Özünü "müxalifət" adlandırdıqları gündən bu günə kimi, dağıdıcı müxalifət partiyaları nəsə kəşf edibmişlər kimi, başlayırlar "ürəklənməyə". "İctimai Palata" adlı qondarma quruma daxil olanlar son aylar ərəb ölkələrində baş verənlərin Azərbaycanda təkrarlanacağını iddia edirlər. Eyni zamanda, reallaşması mümkün olmayan yalanların "real" olacağını cəmiyyətə sırımağa cəhdlər göstərirlər. Lakin bu bədbəxtlər bir reallığı anlamırlar ki, beynəlxalq sferada kifayət qədər müsbət təcrübələr mövcuddur və bu mövcudluq başqa ölkələrdə konstruktiv müxalifətlə iqtidar arasında olan normal funksiya rolunu oynayır. Azərbaycanda isə, əksinə, radikal müxalifət müsbət faktorları görməzlikdən gələrək, anti-dövlətçilik vasitələri ilə necə hakimiyyətə yiyələnmək barədə düşünür.
"VİP" sədri Əli Əliyev "müxalifət liderlərinin tükənmiş ambisiyalarını həyata keçirmək üçün indi də ərəb ölkələrində baş verənlərin Azərbaycanda olmasını iddia etsələr də ictimaiyyətin birə-on qat nifrətini qazanmış olurlar" fikrini söyləyərək bildirib ki, bundan sonra onların bütün çirkin niyyətlərinin həyata keçirilməsinə imkan verməyəcək: "Doğrudur, mən də müxalifətdəyəm, ancaq Əli Kərimov, İsa Qəmbərov və onun kimilərin bu qədər böhtanına dözmək qeyri-mümkündür. Bunlar, o adamlardır ki, öz gələcək fəaliyyətlərini yalnız dağıdıcılıq hadisələrinə uyğun olaraq ifadə etməyə üstünlük verir və nəticədə heç nəyə nail ola bilmirlər. Bu da onların məqsədlərinə çatmaq üçün ölkədəki vəziyyəti, qüvvələr nisbətini düzgün qiymətləndirə bilməmələrindən, hansısa kənar təkan, güc, maddi və mənəvi dəstək olmadan addım ata bilməmələrindən irəli gəlir. Onların bu günə qədər fəaliyyətləri də bunu aydın göstərir".
Ə.Əliyev, həmçinin, son günlər heç bir qrant əldə edə bilməyən müxalifət düşərgəsini öz "ata mirası" kimi qəbul edənlərin nə istəyirlərsə, onu da etdiklərini bildirib. Bu mənada, "VİP" rəhbərləyi əzəli rəqiblərinə qarşı dirəniş göstərərək, onu da bildirib ki, düşərgədə həmişə köhnələr tərəfindən küncə sıxışdırılan yeni birlik və təşkilatlar bundan sonra dözümlülük nümayiş etdirmək niyyətində olmayacağını bildirib. Ə.Əliyev bu günə qədər müəyyən səbəblərə görə susduqlarını, amma bundan sonra ötüb keçənlərin hamısını cəmiyyətə açıqlayacağının anonsunu da verib: "Müxalifət düşərgəsi nə Müsavat partiyasının başqanı İsa Qəmbərovun, nə də AXCP (i) sədri Əli Kərimovun dədəsindən qalan miras deyil. Onlar siyasi rəqabət yeridirlər. Əslində, burada hər kəs öz mövqeyini, iradəsini açıq şəkildə ortaya qoymaq hüququndadır. Bir də İ.Qəmbərov və Ə.Kərimov cütlüyü özlərini nə hesab edir? Onlar hansı geniş səlahiyyətlərə malikdirlər ki, "müxalifət" deyəndə, ancaq bu iki riyakarın adları hallansın? İctimaiyyət onların kimliyini məndən də yaxşı bilir. Necə deyərlər, "sizin gəminiz artıq getdi".
Ə.Əliyev, bu yaxınlarda bu cütlük haqqında mətbuata "xoruz səsi" eşidlməyən məlumatlar da verəcəyini deyib.
Rəfiqə