PDF Oxu

Müxalifət

  • 15

Şəxsi mənafelər üzərində qurulmuş radikalizm

Şəxsi mənafelər üzərində qurulmuş radikalizm

Radikal müxalifətin siyasi fəaliyyəti barədə çox sözlər deyilib, çox ifadələr işlədilib. Lakin bir həqiqət məlumdur ki, radikalizm statusunda cərəyan edən bütün hadisələr, bilavasitə, şəxsi maraqlar üzərində qurulmuş süni müxalifətçilikdir. Bu, həm də onu sübut edir ki, bu cür halların baş verməsi, o cümlədən müxalifət mənsublarının özləri tərəfindən etiraf edilir.

Bu əsnada,"İctimai Palata" barəsində də bir sıra fikirlər söyləmək mümkündür. Belə ki, müxtəlif siyasi partiya sədrləri bu cür tendensiyalardan kifayət qədər istifadə edərək, bir növ ictimaiyyəti məlumatlandırırlar. Belə ki, bu dəfə yeni açıqlamalarla müxalif meyilli şəxs, Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu danışıb...

Ə.Oruclu mətbuata verdiyi açıqlamasında "İctimai Palata"nın fəaliyyətiini reklam etdirməyə cəhd göstərsə də, bilavasitə, bu qondarma qurumun fəaliyyətsizliyini aşkar şəkildə etiraf edib. Deyilənlərin həqiqətdən kənar olduğunu iddia edən Ə.Oruclu bildirib ki, sözügedən müxalifət strukturu "normal fəaliyyət göstərir". O, eyni zamanda radikal müxalifətin, daha dəqiq desək, "İctimai Palata"nın "Yol xəritəsi" adlı layihəsi barədə də danışarkən deyib ki, müxalifətdə baş verən hər bir hadisədə şəxsi mənfəətlərin güdülməsi müşahidə edilir.

" O ki qaldı mitinqlər və ya kütləvi etiraz aksiyalarına - bütün bunlar fərdlərin fikirləri idi. "İctimai Palata"nın bununla bağlı qərarları olmamışdı və struktur sentyabrda mitinqlərə başlayacağı barədə heç bir sənəd də qəbul etməmişdi. Bölgədəki situasiyanı nəzərə alsaq, Azərbaycandakı vəziyyətin gərginəşdirilməsi ölkənin maraqlarına əsla cavab vermir" deyə Ərəstun Oruclu bildirib.

"Altılar" blokunun son təşəbbüsləri və ənənəvi müxalifətin konsolidasiya imkanları, partiya liderlərinin birləşmək istəklərinə gəldikdə isə, Ə.Oruclu hesab edir ki, müxalifətin dağınıq olması və hələ də birliyin əldə edilməməsi potensialla bağlı deyil: "Azərbaycan siyasətində, ictimai münasibətlər müstəvisində hər kəsin yeri müəyyənləşməyib, müəyyən pərakəndəlik hökm sürür. Müxalifət düşərgəsindəki partiyalar arasında da eyni vəziyyətdir.

Onların arasında dərin anlaşılmazlıqlar var. Məsələn, 5 üzvü olan partiya da özünü "güclü müxalifət" partiyası sayır, 500 üzvü olan da, sıralarında 5 min nəfəri birləşdirən partiya da. Müxalifətin hər zaman bir yerə toplaşacağını düşünmək sadəlövhlükdür və buna ehtiyac da yoxdur.

Azərbaycan müxalifətinin siyasi spektri kifayət qədər rəngarəng, müxtəlif maraqların olduğu məkandır. O məqamı da unutmayaq ki, müxalifət düşərgəsindəki partiyaların əksəriyyəti ideologiyadan daha çox, şəxslər üzərində qurulub. Ona görə də həmin şəxslər arasındakı münasibətlər avtomatik olaraq partiyalararası münasibətlərə sirayət edir. Ona görə də müxalifətin birliyinin alınacağını güman etmirəm".


R.Rəsulov

Digər xəbərlər