PDF Oxu

Müxalifət

  • 7

Müxalifət ictimai dəstəkdən məhrumdur

Müxalifət ictimai dəstəkdən məhrumdur

Bu gün müxalifətin ifrat radikalizm, yalan və böhtan üzərində qurulmuş fəaliyyət istiqaməti nəticə etibarilə sonluğun nə olacağına, bilavasitə, işarə ola bilər. Çünki atalarımızın söylədiyi kimi, "sirkə nə qədər tünd olarsa, öz qabını çatladar" deyimi radikal müxalifət düşərgəsində baş verənlərin səbəbləri isə müxalifətin real güclərindən daha böyük iddialara düşməsi və ictimai dəstəklərinin olmamasıdır. "Yurddaş" Partiyasının sədri Mais Səfərli "Səs" qəzetinə verdiyi açıqlamasında radikal müxalifətin nə dünən, nə bu gün, nə də bundan sonra ictimaiyyət tərəfindən dəstəklənməyəcəyini söyləyib: "Bu gün müxalifətin radikal hissəsilə Azərbaycan cəmiyyəti arasında uçurum getdikcə dərinləşir. Azərbaycan cəmiyyətində hər bir vətəndaşın yüksək qiymətləndirdiyi sabitlik, rahatlıq və dinclik mövcuddur. Cəmiyyət bu sabitiliyi, əmin-amanlığı yüksək qiymətləndirir. İlk növbədə, ona görə ki, 90-cı illərin əvvəllərindəki anarxiyanı, qeyri-sabitliyi, hər bir vətəndaşın başının üzərini almış təhlükəni insanlar yaşayıblar. Bu səbəbdən, hər bir azərbaycanlı üçün sabitlik və əmin-amanlıq mühüm dəyər kateqoriyasına yüksəlib. Belə olan halda bugünkü radikal müxalifət anlamalıdır ki, nə Azərbaycan, nə də Azərbaycan vətəndaşları 90-cı illərin əvvəllərinin təfəkkürü ilə yaşayan müxalifətə inana bilmir. Çünki müxalifətin heç bir dayağı yoxdur. Belə olan halda, özünü "ana" müxalifət adlandıranlar birdəfəlik siyasi meydandan getməlidirlər".
"Demokratik Sol" Partiyasının sədri Elşən Manafovun açıqlamasında "maraqlar və prinsiplər müstəvisində kimlər, hansısa qüvvələr konnektur maraqlardan, cəmiyyət adından yalan danışmağa cəhd etməklə nələrlə qarşılaşdıqlarını özləri çox gözəl bilirlər" sözlərini söyləyib: "Müasir cəmiyyətlərdə bu cür uyğunsuz hallara rast gəlmək barmaqla sayıla biləcək qədər ola bilər. Amma təəssüf və təəccüblə qeyd etməliyik ki, bu gün müasir Azərbaycan cəmiyyətində bu cür mənfur ünsürlər hələ də öz mövcudluqlarını davam edirlər. Maraqlısı isə odur ki, onlar öz varlıqlarını qoruyub saxlamaqla yanaşı, cəmiyyət həyatına nüfuz etmək kimi abstrakt iddialara da düşürlər. Bu isə aqibətin acı sonluqla bitməsinə ən böyük təkan olar bilər". "Xalq tərəfindən dəstəyi olmayan siyasi təşkilatın hər hansı bir nailiyyətə çatması mümkün deyil" söyləyən E.Manafov müxalifətlə xalq arasında olan təmasın getdikcə daha da azaldığını vurğulayıb: "Arxasında xalq olmayan bir partiya heç bir işə qadir ola bilməz. Bu baxımdan, düşünürəm ki, onların bacarıqsızlığının ilkin əsası dialoqlardan yayınmalarıdır. Radikal müxalifət liderləri tərəfindən aparılan siyasət tam şəkildə yanlış yöndədir.
Rəfiqə Hüseynova

Digər xəbərlər