PDF Oxu

Müxalifət

  • 12

Radikal müxalifətin debat qorxusu

Radikal müxalifətin debat qorxusu

Son vaxtlar gah "dialoq", gah da digər "üslubları" ortaya ataraq, ölkənin siyasi səhnəsində bir az da qalmağa cəhd göstərən radikal müxalifət ünsürləri, "quyruqları qapı arasında" qalan kimi, yaranmış ağrıdan zingildəməyə başlayırlar. Bu isə, bir daha sübut edir ki, özlərinə məxsus mətbuat səhifələrində az qala "lider" ifadəsindən də o yana pafoslu ifadələrlə təqdim olunan radikal müxalifətin partiya sədrləri həqiqətdə zərrə qədər olsun belə, əqidəyə sahib deyillər. Əgər belə olsa idi, Yeni Azərbaycan Partiyasının dəvət etdiyi debata çıxıb, "kişi" kimi öz sözlərini deməyə cürət edərdilər. Lakin bunlarda cürətlə yanaşı, üz-üzə gəlmək sifəti mövcud deyil...

Xatırlatmaq yerinə düşərdi ki, həm AXCP (i) sədri Əli Kərimov, həm də Müsavat başqanı İsa Qəmbərov dəfələrlə bəyan ediblər ki, guya onları televiziyalara buraxmırlar, onlar da öz "ictimai fəaliyyətlərini" sərgiləməkdən məhrum olurlar. Ancaq məlum olduğu kimi, YAP İcra katibinin müavini Siyavuş Novruzov radikal partiya sədrlərini debata çağırıb və bundan sonra onların canına vicvicə düşüb. Çünki deməyə nə sözləri, nə də göstərməyə sifətləri yoxdur. Çünki bunlar, həqiqətən də, simasızların biridirlər və bunların "fəaliyyətləri" siyasi fahişəlik, həyasızlıq üzərində qurulub. Bunu YAP İcra katibinin müavini Siyavuş Novruzov da öz açıqlamasında bildirib: "Müxalifət partiyaları iddia edirlər ki, guya onlar televiziyalara buraxılmırlar, halbuki özləri gəlməyə qorxurlar. Debata onların heç biri çıxa bilmir. Halbuki indiyə qədər onlar neçə dəfə televiziya kanallarına debatlara dəvət olunsalar da, son anda gəlməkdən imtina ediblər, öz müavinlərini, müşavirlərini göndərəcəklərini deyiblər. Müxalif partiyalar iddia edirlər ki, onlara efir verilsin və çıxış edərək öz təbliğatlarını aparsınlar. Bu isə mümkün deyil.İsa Qəmbərov da, Əli Kərimov da gəlsinlər televiziya debatlarına, diskussiya edək. Mən onlara ictimaiyyətin qarşısında sübut edim ki, onlar insanları qızışdırıb, yolundan azdırıb xarici dövlətlərdə işləməyə təhrik edən adamlardır". Bəli, əsil həqiqət də məhz budur. Əgər xəyanətlərini, satqınçılıqlarını, hansı çirkin oyunlardan çıxmalarını bir daha ictimailəşdirmək istəyirlərsə, çıxsınlar xalqın qarşısına və CAVAB VERSİNLƏR!

Daha öz əxlaqsızlıqlarını tərənnüm edən mətbuat səhifələrində bağırmağa-çığırmağa, şivənliyə üstünlük verməsinlər...

Belə ki, AXCP (i)-nin mətbuat xidmətindən (daha dəqiq desək, fahişə xidmətindən-R.R.) bildirilib ki, partiya istənilən bir təşkilatla siyasi polemikaya hazırdır(?!)

Görünür, bunlar, həqiqətən də, başdan "yerpənəkdirlər". Onlar öz gülünc ifadələri ilə özlərindən "seçim" hoqqaları çıxarırlar ki, guya kiminlə debata çıxmaq olar, kiminləsə olmaz. Belə yerdə bu "yerpənəklərə" demək lazımdır ki, onda gedib mal-qarayla, donuzlarla, eşşəklərlə və digər təkdırnaqlı və cütdırnaqlı canlılarla debata çıxsınlar. Ona görə ki, səviyyələri buna çatır. Buna heç kimin şübhəsi olmasın!


RÖVŞƏN RƏSULOV


P.S. Bu yaxınlarda Qərbin nüfuzlu mal-qara dərnəyi İspaniyada öküz döyüşünün aradan qaldırılmasını müzakirə edəcəkdir. Müzakirələr debat xarakteri daşıyacaq. Öküz tərəfindən debatda Azərbaycanın müxalifət "liderləri" Əli Kərimov və İsa Qəmbərov çıxış edəcək. Onlar İspaniya öküzlərinin hüquqlarını müdafiə edəcəklər.

Digər xəbərlər