PDF Oxu

Müxalifət

  • 12

ABŞ səfirliyinin anlamsız təəssüfü...

ABŞ səfirliyinin anlamsız təəssüfü...

Məlum olduğu kimi, 2 aprel icazəsiz aksiyasında təşkilatçı və iştirakçı qismində təqsirli bilinərək həbs olunan "İctimai Palata" və Müsavat-AXCP (i) təmsilçiləri-Arif Hacıyev, Tural Abbaslı, Məhəmməd Məcidli, Fuad Qəhrəmanlının məhkəmələri başa çatdı və onların hər biri törətdiyi cinayətlərinin müqabilində müvafiq cəzalara məhkum olundular. Bu faktor həm də cinayətə verilən bariz qiymət kimi dəyərləndirilməlidir. Lakin məsələyə kənardan müdaxilələrin olması istər-istəməz bir çox mövzuları açıqlayır...

Belə ki, ABŞ Səbail rayon Məhkəməsinin adları çəkilənlərin 2 aprel 2011-ci ildə baş vermiş dövlət əleyhinə etirazların planlaşdırılması və təşkil edilməsi ilə ictimai asayişin pozulması barədə gizli razılığa gəlmə ittihamı ilə 3 oktyabr tarixli qərarına təəssüf etdiyini bəyan edib. Maraqlıdır ki, ABŞ səfirliyi bütün bu deyilənləri özləri şəxsən, yazılı qaydada mətbuata təqdim ediblər. Yəni "dövlət əleyhinə etirazların planlaşdırılması və təşkil edilməsi ilə ictimai asayişin pozulması barədə gizli razılığa gəlmə" ifadəsini biz deyil, ABŞ səfirliyi qeyd edir. Əgər bunu özləri etiraf edirlərsə, daha nəyə görə təmsil olunduqları ABŞ səfirliyi adından "təəssüf hissi" keçirirlər?

Hələ bu azmış kimi, ABŞ-ın Azərbaycandakı səfirliyi digər dağıdıcı müxalifət təmsilçiləri-Sahib Kərimovun, Babək Həsənovun, Zülfüqar Eyvazlının, Arif Alışlının, Elşən Həsənovun və Elnur İsrafilovun da məhkəmələrinə, eləcə də, barələrində çıxarılan hökmlərinə yekə bir təəssüf edirlər...(?!)


R.RƏSULOV


P.S. Hər halda, ABŞ səfirliyi cinayətkarların xiffətini çəkməklə deyil, öz daxilində zaman-zaman baş verən irqçi, cinayətkar, anti-demokratik hadisələrin aradan qaldırılması istiqamətində özünə tövsiyələr versə, daha məqsədəuyğun olmazdımı?!

Digər xəbərlər