PDF Oxu

Müxalifət

  • 9

Xaricə satılmış Azərbaycan müxalifəti

Xaricə satılmış Azərbaycan müxalifəti

Maddi və sosial motivlər üzərində qurulmuş müxalifət

Azərbaycan müxalifətini, əslində, həqiqi müxalifət adlandırmaq olmaz. Azərbaycan müxalifəti siyasi motivlər üzərində deyil, daha çox maddi və sosial motivlər üzərində qurulub ki, bu mənada da onu Liviya müxalifəti ilə müqayisə etmək olar. Azərbaycan müxalifətinin ABŞ-la əlaqəsinin olmasına şübhə ola bilməz. Mənfi cəhət odur ki, bu qüvvələr asanlıqla xarici təsir altına düşə bilirlər. Lakin Azərbaycan müxalifətinin zəifliyi bəzi dairələr tərəfindən siyasiləşdirilməməsindədir. Onlar artıq köhnəlmiş fikirlərdən istifadə edirlər - "vətəndaş hüquqlarının və azadlığının qorunması".
Radikal dini qüvvələrdən istifadə

Digər tərəfdən, maraqlı məqamlardan biri də ondan ibarətdir ki, Qərb dövlətləri Azərbaycanda radikal dini qüvvələri gücləndirməyə çalışırlar. Azərbaycanın tolerant bir dövlət olduğu artıq bütün dünya tərəfindən qəbul olunur. Bir sıra ölkələrdəki kimi, Azərbaycanda dini inanclarına görə insanlar təqib olunmur, əksinə, müxtəlif dini təmayüllü təşkilatların fəaliyyətinə şərait yaradılır. Lakin bunlara rəğmən, nədənsə, Azərbaycanda son zamanlar din pərdəsi altında təxribat meyilləri aşkar şəkildə hiss olunmaqdadır. Mütəmadi olaraq, bir sıra məsələlər məqsədli şəkildə şişirdilərək, əsl mahiyyətindən yayındırılaraq, dindarların heysiyyatına təsir edəcək bir formaya salınır.

Məntiqsiz görülən
"siyasət"
Belə situasiyada ABŞ-ın bölgə siyasəti ilk baxışda heç də məntiqli və ağıllı görünmür. Amma strateji hədəflərə baxmaq kifayətdir ki, məsələni aydın görəsən. Yəni "Ağ Ev"in dərdi demokratiya, insan haqları deyil, milli, dini ayrı-seçkilik, bölgədə xaos yaratmaqla, hakim olma və siyasi nüfuzetmə starategiyası üzərində qurulmuş siyasətdir. Tanış və tipik ingilis xarici siyasət taktikası - "parçala, hökm sür" prinsipi.
Göründüyü kimi, dünyada və bölgəmizdə çox təhlükəli oyunlar gedir. "Demokratiya", "Azadlıq" kimi şablon şüarlarla ölkəni qarışdırmağa sürükləməyə çalışanlar, bu qondarma şüarlarla darmadağın edilən digər ölkələrin taleyindən ibrət dərsi çıxarsalar, yaxşı olar və Azərbaycanda belə oyunlar keçməz. Bu artıq yetərincə öz təsdiqini tapmış sübutdur. Nəticə etibarı ilə deyə bilərik ki, Azərbaycanda özlərini əsil müxalifət kimi hiss edən radikallar hər zaman xarici təsir altına düşə biləcək "qüvvələrdirlər".

A.Səmədova

Digər xəbərlər