PDF Oxu

Müxalifət

  • 5

Müxalifət “keçmişə” qayıtmaq arzusunda...

Müxalifət “keçmişə” qayıtmaq arzusunda...

Son zamanlar müxalifət düşərgəsində təmsil olunan partiya sədrləri keçmişə qayıtmaq istəyir. Səbəb isə fəaliyyətlərinin biabırçılıqla nəticələnməsidir. Bu düşüncə ilə keçmişə qayıtmaq haqqında fikirləşən müxalifət, bu yöndə müxtəlif addımlar atmağa başlayıb. Lakin bu qərarlar, hazırda olduğu kimi, keçmişdə də acı nəticələr doğurub. Bildiyimiz kimi, Müsavatla AXCP (i) bu yaxınlarda birləşmək və vahid birlik yaratmaq kimi absurd bir fikrə düşüb. İsa Qəmbərovla Əli Kərimov 1992-1993-cü illərdəki fəaliyyət proqramlarına qayıtmaq kimi gülünc fəaliyyət yolu tutublar. Sanki əvvəllər çox gözəl fəaliyyətləri varmış kimi, bu birliyin önəmindən ağız dolusu danışırlar. Görünür, digər partiyalar da bu səriştəsiz birlikdən həvəsə gəliblər. Lakin xatırlasaq, görmüş olarıq ki, bu kimi müxalifətin bu birləşmək qərarları hər zaman uğursuzluqla nəticələnib. Son aylarda bu kimi qərarlarla tez-tez çıxış etmələri, daha sonra da bir-birilərinə qarşı çirkin ittihamları heç bir məntiqə sığmadığı kimi, həqiqətdə də, mümkün olacaq bir şeydir. Ənənə halına çevirilən unutqanlıq xəstəliyinə AMİP də qoşulub. Səhv qərarları ilə AMİP-i get-gedə iflasa yaxınlaşdıran Etibar Məmmədov bu dəfə də partiyaların dəbinə ayaq uydurmağa başlayıb. Əsasən, AMİP-in dağılma həddinə yaxınlaşmasında ilk səhv addım Əli Əliyevin partiyaya sədr gətirilməsi olub. Sədr kimi çox keyfiyyətsiz fəaliyyət nümayiş etdirən Ə.Əliyev partiyanın dağılma həddinə çatmasında əvəzsiz rol oynayıb. E.Məmmədovla qohumluq əlaqələrinin olduğu bilinən Ə.Əliyev, bu əlaqədən istifadə edərək partiyada özbaşınalığın təməlini qoyub. Bu vəziyyətdən çıxmaq üçün partiyaya yeni sədr tapan AMİP lideri keçmiş fəaliyyətini bərpa etmək istəyir. Guya keçmişdə fərli-başlı fəaliyyət görüblər. Retro günlərini gözləyən AMİP lideri əvvəllər çiyin-çiyinə çalışdıqları, daha sonra yollarının ayrı düşdüyü Yusif Bağırzadəni partiyaya sədr gətirdi. Lakin keçmişə nəzər salsaq, görmüş olarıq ki, Y.Bağırzadənin partiyada olduğu müddətdə uğursuzluqları indikindən heç də az deyildi. E.Məmmədov partiyasını böhrandan çıxarmaq üçün qurultay keçirmək qərarına gəlib. AMİP lideri qurultayda təklifləri gözdən keçirərək, böhrandan çıxış yolunu tapacağına inanır. O cümlədən, sponsor axtarışlarından əliboş qayıdan E.Məmmədov bu uğursuz gedişin qarşısını almaqda çətinlik çəkir. Bütün bu olanlar qarşısında partiya daxilində də narazılıq halları özünü göstərib. Narazılığa səbəb olan hadisə, digər partiyaların xarici sponsorlar baxımından heç də korluq çəkməmələri olub. AMİP-in sponsor tapa bilməməsini E.Məmmədovun səriştəsizliyi kimi qələmə verən partiya nümayəndələri, görünür, partiyanı lidersiz qoyacaqlar.

RÖVŞƏN

Digər xəbərlər