PDF Oxu

Müxalifət

  • 5

AXCP (i) sədrinin sifarişli “siyasəti”

AXCP (i) sədrinin sifarişli “siyasəti”

AXCP (i) səri Əli Kərimovun siyasi arenadan birdəflik silinmək təhlükəsi ilə üz-üzə qalması onun tərəfindən hər vəchlə ört-basdır edilsə də, bu cəhd alınmır. Belə ki, o, bütün riyakar əməllərdən istifadə etməklə diqqəti başqa səmtə yönəltməkdə maraqlıdır. Elə bu səbəbdən də, AXCP (i)-nin ağır və böhranlı durumunu heç kəsə bəlli etməmək üçün Ə.Kərimov qurum adından ardıcıl olaraq yalan bəyanatlar, heç bir kəs üçün maraqlı olmayan fikirlər səsləndirməklə məşğuldur.

Yəni AXCP (i) sədri düşünür ki, bu cür reklamsayağı addımlar atmaqla guya "cəbhə"nin fəaliyyətdə olduğunu sərgiləyə biləcək. Amma onun nə etməsindən, hansı "reklamlar" qurmasından və hansı riyakar addımlar atmasından asılı olmayaraq, AXCP (i) bütün mənalarda sonunun bir addımlığında can verməkdədir. Sonuncu "cəbhəçi", yəni Mirzə Sakitin Ə.Kərimova və "doğma" qardaşı Qənimət Zahidə od püskürərək, AXCP (i)-dən nümayişkaranə şəkildə istefa verməsi də bunu təsdiqləyir.

İndi isə Ə.Kərimov illərdir ki, adından istifadə edərək, xarici donorlardan pul qopardığı qurum iflasın bir addımlığındadır. Çünki AXCP (i)-yə Ə.Kərimov kimi bir mavi adamın sədrlik etməsi məhz bu cür olayın baş verəcəyini də yəqin edirdi. Ona görə də, müxalifət təmsilçilərinin, siyasi analitiklərinin özləri də çox gözəl bilirlər ki, Ə.Kərimov hara əl atırsa, oranı mütləq acı sonluğa çatdırmalıdır. Onun niyyət və xislətinin, eləcə də, fiziki çatışmazlığının nəticəsinin bu cür olduğunu hər kəs çox gözəl bilir. Bu baxımdan da, Ə.Kərimovla birlikdə olmağı və onunla eyni "ideologiya"nı paylaşmaq məcburiyyətində olanlar belə sonrakı peşmançılıqda əziyyət çəkirlər. Sadəcə olaraq, maraqlı bir məqam isə odur ki, Ə.Kərimov indi utanmadan və xəcalət çəkmədən müasir ictimaiyyətin gözlərinin içinə baxa-baxa yalan danışır və onu aldatmağa çalışır. Elə yaxın günlərdə ardıcıl toplantılar keçirməsi, dörd-beş dəfə müşavirə təşkil etməsi ilə bağlı qondarma məlumatlar yayan Ə.Kərimov birmənalı şəkildə yaranmış durumu başqa adlarla diqqətdən kənarda saxlamağa cəhd göstərir.


Ə.Kərimov sonda haradan yapışacaq?

Tamamilə iflic olmuş, fəaliyyətlərində heç bir dönüş etməyi belə bacarmayan radikal müxalifət partiya sədrləri son zamanlar yenidən mətbuatdan qaçmağa çalışırlar. Bir müddət başlarından böyük iddialarla çıxış edərək, özlərini müxtəlif pozalarda göstərməyə çalışanlar yenidən gözə dəymirlər. Hələ bir müddət bundan öncə xülyalara hesablanmış boş şouya, təlxəkliyə, yalan və ifratçılığın hay-küyünə gedən radikal müxalifət "İctimai Palata"nın timsalında görüntü yaratmağa çalışdı. Amma həmişə olduğu kimi, bu addım da bir müddətlik oldu. Çünki bu cür mənzərənin yaranmasında maraqlı olanlar öz niyyətləri baş tutsun deyə müəyyən oyunlara əl atmalı oldular. Həmişə olduğu kimi, bu dəfə də reallıq onların iflasını qaçılmaz etdi. Belə ki, "İctimai Palata"nı təsis edib buna "müxalifətin ümumi birliyi" kimi qondarma ad verənlər maraqlarını təmin edənə qədər dirəniş göstərdilər. AXCP (i) sədri Əli Kərimov və Müsavat başqanı İsa Qəmbərov "Soros" fondundan "İctimai Palata" üçün milyonlarla dolları aldıqdan sonra isə mənzərə tamamilə dəyişəsi oldu. Dünənə qədər başqalarının buraya girmələrinə belə keçilməz sədd qoyan Ə.Kərimov və İ.Qəmbərov cütlüyü ortalıqdan çəkilməklə, niyyətlərini reallaşdırdıqlarını sübut etdilər. Amma sonradan rəhbərlik etdiyi qurumun bütünlüklə iflic olması Ə.Kərimovun "İctimai Palata"nın adından yararlanmasına imkan verdi. Elə bu səbəbdən də, AXCP (i)-ni tarixin acı arxivinə yönələn yoldan xilas etməyi bacarmayan Ə.Kərimov təsəlli kimi "İctimai Palata"dan bərk-bərk yapışıb. Lakin onun daha sonra nədən və haradan yapışacağını da proqnozlaşdırmaq mümkündür. Hər halda, zaman özü hər şeyi (yəni Ə.Kərimovun nədən və haradan yapışacağını - R.) göstərəcək...


RÖVŞƏN

Digər xəbərlər