PDF Oxu

Müxalifət

  • 7

İsa Qəmbərov - müxalifət “lideri”, yoxsa mafioz “xaç atası”?

İsa Qəmbərov - müxalifət “lideri”, yoxsa mafioz “xaç atası”?

Özlərini müxalifət düşərgəsinin "liderləri" hesab edən bir çox partiya sədrləri zaman-zaman özlərini müxtəlif qisimlərdə təqdim edərək ictimaiyyət qarşısında gülünc vəziyyətdə qalırlar. Təbii ki, həmin "liderlər"dən biri və ən başda dayananı Müsavat partiyasının başqanı İsa Qəmbərovdur. Bir zamanlar, daha dəqiq desək, 2003-cü ilin prezident seçkiləri öncəsi öz namizədliyini irəli sürən Müsavat başqanı həmin dövrdəki elektoratı qarşısında daha hansı oyunbazlıqlardan çıxmırdı? Məsələn, bu adam seçki təşviqatında namizəddən daha çox xristian dini liderinə bənzəyirdi. Xatırladaq ki, seçki plakatında İ.Qəmbərovun şəkli üzərində "İsa" sözü, şəklin altında isə "əsrimizin xilaskarı" ifadəsi yazılmışdı. Şəklin arxa fonunda isə bulud şəkilləri verilmişdi. Yəni ümumilikdə, sözügedən seçki plakatı kilsə ikonasını xatırladırdı. Məhz bundan sonra ictimai gülüş hədəfinə çevrilən bu cür seçki platforması seçkilərdən sonra müsavatçıların da onu ələ salması ilə nəticələndi. Çünki 2003-cü ilin məlum məğlubiyyətindən sonra İ.Qəmbərov uzun müddət yoxa çıxdı. Bəlkə də İsa peyğəmbər kimi "qeybə" çəkildiyini həqiqət kimi qəbul etdi. Əslində, Müsavat başqanının həmin zamanlar, həqiqətən də, başı "sərinləmişdi".


Təxəyyülü xaosa söykənən BANDİT


Artıq bu günlərdə onun daha bir hoqqası ictimaiyyətin gülüş hədəfinə çevrilib. İ.Qəmbərov başqanlıqdan gedəcəyini tam yəqin etdikdən sonra, radikal müxalifət mətbuatına deyib ki, o, müxalifətin "xaş atasıdır"(?!)

Siyasətə heç bir aidiyyəti olmayan bir ifadə işlədərək özünü İtaliyanın Siciliya mafiozlarına bənzədən hoqqabaz partiya rəhbəri, görünür, həqiqətən də, ağlını itirmək təhlükəsi ilə qarşı-qarşıya qalıb. Çünki özünü ciddi siyasətçi hesab edən heç bir şəxs belə bir klounluq etməz. Siyasi məsələlərdə öz partiyalarında sədr postundan gedən hər bir şəxs müəyyən zamanlarda həmin partiyanın "fəxri lideri" kimi təqdim edilir. Lakin İ.Qəmbərovun başqanlıqdan getdikdən sonra Müsavatın "xaç atası" olması vəziyyəti qəlizləşdirir. Bu, onu deməyə əsas verir ki, İ.Qəmbərovun təxəyyülü yalnız qeyri-qanuniliyə, cinayətkarlığa, xaosa və banditizmə söykənir. Onun bundan ötə heç nəyə yaramadığı iyirmi ildən çoxdur ki, hamıya bəllidir.


RÖVŞƏN RƏSULOV


P.S. Sabahda, birigündə Müsavat başqanı İsa Qəmbərov durub desə ki, "mən İosif Vissarionoviç Stalinəm, heç kim çaşmasın, çünki ruslar demişkən, "u neqo krışa poyexala"...

Digər xəbərlər