PDF Oxu

Müxalifət

  • 8

Müsavatda “başqan” olmaq istəyənlər çoxalır...

Müsavatda “başqan” olmaq istəyənlər çoxalır...

Hazırda Müsavat partiyasında başqanlıq uğrunda mübarizə kritik həddə davam etməkdədir. Belə ki, törətdiyi cinayət tərkibli əməllərinə görə məhkumluq həyatı yaşayan Arif Hacıyevin radikal qruplaşması ilə partiyanın məclis sədri Arzu Səmədbəyli arasında uzun müddətdən bəridir ki, aparılan gizli rəqabət get-gedə güclənməkdədir və bu rəqabət öz cızığından çıxaraq, düşmənçilik həddinə çatıb. A.Hacıyevin qruplaşması hücum xarakterini əsas tutublar. O da bəllidir ki, A.Hacıyevin həbsdə olması onun başqanlıq uğrundakı iddiasında müəyyən avantaj, üstün şanslar qazandırır.


Kim kimdən üstündür?


Amma qarşıda hələ müxalifətin öz adına çıxdığı "meydan hərəkatı"nın növbəti ildönümü də var. Bütün bu proseslərdə o zamankı AXC Ali Məclisinin sabiq sədri, A.Hacıyev "cəbhədə" və Müsavatda çox sonralar yuxarı eşalona qalxa bilmiş A.Səmədbəylidən üstündür. Yəni daha dəqiq desək, A.Hacıyevin adamları mümkün vasitələrdən istifadə edərək radikallıq edir, A.Səmədbəylinin adamlarını çətin vəziyyətdə qoymağa hər vəchlə cəhd göstərirlər. A.Hacıyev qruplaşması mətbuatda, eləcə də, sosial şəbəkələrdə verdikləri bu yöndəki açıqlamalarında qurultayın ertələnməsini vacib sayır, başqanlığa iddiaçılardan biri həbsdə ola-ola, qurultayın keçirilməsini düzgün hesab etmirlər. Onlar mümkün qədər Müsavat partiyasının qurultayını yubatmağa çalışırlar.


Daha dörd nəşəxor "köşə yazarları"


Düzdür, bu, nə qədər süni alınsa da, ötən həftə 4 nəfər "köşə yazarı"nın Müsavata daxil olmaq barədə müraciətləri də bu kontekstəndir. Bunlar radikal müxalifət mətbuatında cızmaqara edən qeyri-peşəkar jurnalistlər-Seymur Baycan, Əliəkbər Əliyev, Elnur Astanbəyli və Elmir Mirzəyevdir. Yeri düşmüşkən, xatırlatmaq istərdim ki, bu dörd nəfərin hər biri öz nalayiq davranışları və şərəfsizlikləri ilə müxalifət mediasında kifayət qədər "nüfuza" malikdirlər. Bu baxımdan da onların Müsavat partiyasında fəaliyyət göstərmələri təəccüb doğurmamalıdır...

Müsavat daxilindən sızan məlumatlara görə, bu adamlardan Elmir Mirzəyevlə Əli Əkbərin İsa Qəmbərova görə partiyaya gəldikləri bildirir. Ağzına gələni yazan S. Baycanın isə guya adamın "adamı" yoxdur. Daha doğrusu, bu gün yeyib-içmək məclisində eşitdiyi sözləri sabah qəzetə çıxaran bu adama nəinki Müsavatda, ümumiyyətlə, müxalifət düşərgəsində heç kim bel bağlamır. E. Astanbəyliyə gəlincə, onun A. Hacıyevin qruplaşmasında olan əhlikef adamlarla "oturub-durduğu", nəşə çəkdiyi, alkaşlıq etdiyi heç kimə sirr deyil. Həmçinin, onu və A.Hacıyevin qardaşı, "Demokrat" qəzetinin rəhbəri Mustafa Hacıbəylini birləşdirən "ortaq maraqlar" mövcuddur. Həmin ortaqlıq isə bilavasitə, "Yeni Müsavat"ın baş redaktoru Rauf Arifoğluya qarşı kəskin nifrətbəsləmə hissidir. Onların hər ikisi R.Arifoğlunun Müsavatı tərk etməsini istəyirlər. Baxmayaraq R.Arifoğlu ilə A. Hacıyevin münasibətlərində normallıq mövcuddur. Lakin Müsavata üzv olması ilə "reklam çarxı kimi raskrutka olunmaq" istəyən E. Astanbəyli partiyanın A. Hacıyev qanadının (radikalların) sevimlisinə, "göz qarasına" çevrilməyi arzulayır. Fəqət, Müsavat rəhbərliyinin ona qarşı olan soyuq münasibəti, bir daha onu deməyə əsas verir ki, bu qondarma jurnalistlərin heç də hamısı Müsavata qəbul olunmayacaqlar.

Göründüyü kimi, Müsavatda yeni gələnlərə inanmırlar və başqan olmaq istəyən şəxslər bu "ziyalılardan" ehtiyat etməli, məsafə saxlamalıdırlar. Əks halda onların da işləri fırıq ola bilər. Artıq bunun işartıları görünməkdədir...


R.Rəsulov

Digər xəbərlər