PDF Oxu

Müxalifət

  • 12

Müxalifət yenilənməlidir

Müxalifət yenilənməlidir
20 ilə yaxındır ki, adları olub, fəaliyyətləri olmayan radikal müxalifət ünsürləri dəfələrlə qeyri-ciddi açıqlamaları ilə gündəmə gəlməyə, ictimai diqqətə çevrilməyə çalışırlar. Amma görünən odur ki, bu tip hay-küylü bəyanatlar ictimaiyyət tərəfindən qətiyyətlə rədd edilir. Demək olar ki, müxalif qüvvələrin xalqdan heç bir siyasi dəstəyi yoxdur. "Yurddaş" partiyasının sədri Mais Səfərli bizimlə söhbətində bildirdi ki, radikal müxalifət düşərgəsində olan partiyaların quruculuğu normal qaydada aparılmır:
- Hər zaman radikal müxalifət partiyaları arasında rəqabət olub. Bu partiya liderləri özlərini ictimai rəyə təsir göstərə biləcək bir siyasi qüvvə kimi təqdim etmək istəyirlər. Radikal müxalifət liderlərinin bu istəklərini həyata keçirmək üçün real güc, nüfuz və cəmiyyət tərəfindən dəstəklənmələri lazımdır. Bütün bu reallıqlar olmadığı halda isə, həmin liderlər müxtəlif vasitələrə əl ataraq özlərinə müxtəlif adlar götürməklə məşğul olurlar. Yəni radikal müxalifət liderlərinin biri özünü "xaç atası", digəri "ana müxalifət" və başqa birisi isə ümumi müxalifətin lideri kimi təqdim edirlər.
Radikal müxalifət düşərgəsində olan partiyaların quruculuğu normal qaydada aparılmır. Demək olar ki, bu kimi partiyalar ayrı-ayrı liderlərin ətrafında yaranmış siyasi qüvvələrdən ibarətdir. Sözügedən partiyalar hansısa ideyalar və platforma ətrafında yaransaydı, onada həmin ideyaları, platformalar dəstəkləyən şəxslər ölkədə keçirilən seçkilərdə uduzan liderlərinə sərt təpki göstərərək, onları istefa verməyə məcbur edərdilər. Amma gördüyünüz kimi, ölkəmizdə bunu etmək mümkün deyil. Bu partiyalarda düzgün partiya quruculuğu aparılmayıb. Bu partiyalar, əslində, ayrı-ayrı liderlərin ambisiyalarına xidmət edir. Hər bir partiya üzvünün, partiyanın qəbul edikləri qərarlara təsir imkanları olmalıdır. Həmin partiyanın rəhbər orqanları həmin şəxslərin, yəni hər bir partiya üzvünün səsverməsi nəticəsində formalaşmalıdır. Necə ola bilər ki, seçkiləri uduzan liderlər yenə də partiya rəhbərləridir. Ona görə də, bu kimi partiyaların özündə partiya quruculuğu siyasi nəzəriyyə, demokratik və hüquqi baxımdan düzgün aparılmayıb. Ona görə də, radikal müxalifət düşərgəsində fəaliyyət göstərən partiyalar ölkədə keçirilən seçkiləri uduza-uduza gəlir. Amma yenə də həmin şəxslər partiya liderləri olaraq qalırlar. Təbii ki, radikal müxalif partiya liderlərinin istefa verərək siyasi arenadan çıxıb gedəndən sonra, həmin partiyalarda normal partiya qurucluğu ola bilər. Bu da həmin partiyalarının özlərini və cəmiyyətin maraqlarına uyğun ola bilər. Radikal müxalifət partiya liderləri ölkəmizin maraqlarına uyğun şəkildə yox, öz şəxsi maraqlarına və ambisiyalarına uyğun çalışırlar. Bir sözlə, müxalifət liderlərinin öz yerlərini digərlərinə vermək istəməməsinin səbəbi öz şəxsi maraqlarından irəli gəlir.
GÜLYANƏ

Digər xəbərlər