20 ilə yaxındır ki, adları olub, fəaliyyətləri olmayan radikal müxalifət ünsürləri dəfələrlə qeyri-ciddi açıqlamaları ilə gündəmə gəlməyə, ictimaiyyətin diqqət mərkəzinə çevrilməyə çalışıblar. Amma görünən odur ki, bu tip hay-küylü bəyanatlar ictimaiyyət tərəfindən qətiyyətlə rədd edilir. Demək olar ki, müxalif qüvvələrin xalqdan heç bir siyasi dəstəyi yoxdur. Vəhdət Partiyasının sədri Tahir Kərimli bizimlə söhbətində bildirdi ki, radikal müxalifət partiya liderləri özlərinə belə anormal adlar qoymaqla, özlərini daha da gözdən salırlar:
- Düşünürəm ki, radikal müxalifət liderlərinin bəziləri özlərinə "xaç atası", digəri "ana müxalifət" və başqa birisi isə ümumi müxalifətin lideri adlarını qoymaları onların heç bir güclərinin olmamasının etirafı deməkdir. Radikal müxalifət liderləri çox gözəl bilirlər ki, onların arxasında xalqın dəstəyi yoxdur. Ona görə də, həmin liderlər bu cür əməllər ilə məşğul olurlar.
Demək olar ki, radikal müxalifət partiya liderləri hər zaman demokratiyadan bəhs edirlər. Amma öz daxili idarəçiliyində isə avtoritar qaydalara əməl edirlər. Radikal müxalifət liderləri öz kreslolarını tərk etmək niyyətində deyillər. Yəni həmin liderlər öz yerlərini yenilərinə vermək istəmir. Əslində isə radikal müxalifət partiya sədrləri öz yerlərini digərlərinə verməlidir. Düşünürəm ki, müxalif partiya liderləri yeniləri ilə əvəz olunsa, sözügedən partiyalarda demokratik ab-hava olacaqdır. Amma həmin müxalifət partiyalarda əhəmiyyətli dərəcədə bir dəyişiklik olması inandırıcı görünmür.
Radikal müxalifət partiya liderlərinin öz yerlərini digərlərinə vermək istəməmələrinin səbəbləri çoxdur. Bir sözlə, onlar, liderlik zövqünü yaşadıqlarına görə, öz yerlərini digərlərinə vermək istəmirlər. Yəni radikal müxalifət partiya sədrləri liderlik iddialarını yalnız yaşamaqla məşğul olurlar.
GÜLYANƏ AĞAKƏRİMOVA