PDF Oxu

Müxalifət

  • 7

“Hüquq müdafiəçiləri”ndən yeni “Eurovision-2012” hoqqabazlığı

“Hüquq müdafiəçiləri”ndən yeni “Eurovision-2012” hoqqabazlığı

Son zamanlar Azərbaycanın bütün sahələrdə, eləcə də, mədəniyyət sahəsində uğur qazanması nədənsə müxalifət dairələri ilə yanaşı, özlərini "hüquq müdafiəçiləri" adlandıraraq burunlarını namünasib yerlərə soxan "insanların" da keflərinə acı soğan doğrayıb. Belə ki, radikal müxalifətin və bir sıra anti-Azərbaycan meyilli beynəlxalq dairələrin zurnaları ilə çırtıq çalıb oynayan "hüquq müdafiəçiləri" bu dəfə yeni əttökən kampaniyaya- "Azad olmayan ölkədə azad musiqi" kampaniyasına start verdiklərini bəyan etməklə, əslində, bir daha sübut edirlər ki, onların "əmək fəaliyyətləri" xaricə işləməkdən və yenə də xaricə işləməkdən ibarətdir. Yoxsa durduğu yerdə bunların ağıllarına bu cür "ideya" haradan gələ bilərdi? Təbii ki, pula görə filan yerlərini dəsmalladıqları xarici ağalarının əmrlərindən...

Məsələ ondadır ki, "Eurovision-2012" Mahnı Müsabiqəsi ərəfəsində başda "Sülh və Demokratiya İnstitutu"nun rəhbəri Leyla Yunusova olmaqla, onun kimi digər "şamtutanlar"ın tədbir keçirmələri bunu deməyə əsas verir. Görünür, bu adamlar Azərbaycanın əldə etdiyi uğurlarına, həqiqətən də, sevinmirlər. Və çox yəqin ki, onlar "Eurovision-2011" yarışmasında Ermənistana azarkeşlik edərək, bu ölkənin qalib olması üçün əllərindən gələn şərəfsizlikləri ediblər. Bu gün bu tiplərin azərbaycanlı olmalarına şübhə ilə yanaşanlar öz şübhələrində yanılmırlar. Çünki özünü dövlətçi, millətçi hesab edən heç bir şəxs bu cür mötəbər yarış öncəsi (lap yarış olmasa belə) vətəninin imicinə xələl vurmağa cəhd göstərməz. Bununla yanaşı, L.Yunusovanın Avropa Yayım İttifaqında fəaliyyət göstərən hər bir ölkəyə guya burada hüquqların pozulması barədə məktublar göndərməsi özünü bu ölkənin vətəndaşı hiss edən hər bir kəsi hiddətləndirməyə bilməz.

L.Yunusovanın qondarma tədbir düzənləyərək ətrafına özü kimi satqınları - vətən xaini Eynulla Fətullayevi, siyasiləşmiş QHT rəhbəri Anar Məmmədlini, "İnsan Hüquqları Klubu"nun əlaqələndiricisi Rəsul Cəfərovu, "hüquq müdafiəçisi" İradə Cavadovanı yığıb, murdar fikirlər işlətməsi isə bir daha təsdiq edir ki, həmin ləyaqətsiz "varlıqlar", sözün həqiqi mənasında, Azərbaycanda yaşamağa haqları olmayan şərəfsizlər tayfasının nümayəndələridir.


R.RƏSULOV

Digər xəbərlər