PDF Oxu

Müxalifət

  • 18

AXCP (i) Müsavatı real müxalifət hesab etmir

AXCP (i) Müsavatı real müxalifət hesab etmir

Son günlər radikal müxalifət düşərgəsində "ana müxalifət" uğrunda gedən partiyalararası savaş yenidən getdikcə şiddətlənməkdədir. Belə ki, budəfəki mübarizə, eyni zamanda, virtual "cəbhədə" də aparılır. Məsələ ondadır ki, AXCP (i)-Müsavat arasında gedən bu savaş daha çox qabardılır və bu, bir daha sübut edir ki, "İctimai Palata"da imitasiya xarakteri alan "birlik" heç də səmimi deyil.

Bu günlərdə "Facebook" sosial şəbəkəsində AXCP (i) üzvlərindən biri anti-Müsavat meyilli bir yazı ilə çıxış edib. Həmin yazıda AXCP (i) sədri Əli Kərimovun şəklini qoyan "cəbhəçi" öz səhifəsində yazır ki, "Əli Kərimov olmasaydı, müxalifət də olmazdı. Yaxşı ki, Ə.Kərimov var, yoxsa müxalifət bundan da betər olardı". Apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, bu adam AXCP (i) mətbuat xidmətinə təzəcə rəhbər təyin olunmuş Natiq Güləhmədoğlunun yaxın ətrafı tərəfindən yazılıb. Yazını da məhz N.Güləhmədoğlunun sifarişi ilə yazıb. İlk baxışdan belə görünür ki, AXCP (i)-nin mətbuat katibi bununla onu vəzifədə irəli çəkmiş Ə.Kərimova "minnətdarlıq" edir, daha dəqiq desək, yalmanır. Amma belə həssas məqamda onun kimi xırda "fiqur" bunu hər halda özbaşına edə bilməz. Onun arxasında AXCP (i)-nin "ideoloqu" Xaliq Bahadırın dayanması görünür. O zaman ortaya belə bir sual çıxır "Görəsən, Xaliq Bahadırı buna vadar edən nədir? AXCP (i) rəhbərliyi nədən qısqanclığa başlayıb?"

Bu sualın da cavabı məlumdur. Belə ki, adının çəkilməsini istəməyən Müsavat yetkililərindən biri bununla bağlı maraqlı açıqlama verib. Mənbə bildirir ki, Müsavat başqanı İsa Qəmbərovun partiya daxilində müəyyən loyal addımları Ə.Kərimovun partiyadaxili rejimini ifşa etməkdən ötrü atılır: "Bunu gözləyirik. Qəzəb, kin üzə çıxdı. Natiq Güləhmədoğluna yaxın birisinin "Facebook"da AXCP (i) sədrinin müxalifətin "əsas lideri" adlandırması və "Əli Kərimov olmasaydı, müxalifət cılız görünərdi" deməsi anlaşılan deyil. Ə.Kərimov nə etdi ki? Hələ parlament seçkilərində Hafiz Hacıyevin və digərlərinin qorxusundan onlarla debata da getmədi. Bu halda onun tərifini göyə qaldırmaq nə deməkdir və bu qaldırmanın mənası nədir?"

Mövzudan belə bir nəticəyə də gəlmək mümkündür ki, İ.Qəmbərovun partiya başqanlığından getməsi Ə.Kərimovu qorxuya salıb, çünki bu, baş verərsə, növbə AXCP (i) sədrinin olacaq. Ona görə də o, İ.Qəmbərovun sədrlikdən getməməsi üçün bütün vasitələrə əl atmağa hazırdır.

Rəfiqə Hüseynova

Digər xəbərlər