PDF Oxu

Müxalifət

  • 24

Arif Hacıyev özünü Andrey Saxarova bənzədir

Arif Hacıyev özünü Andrey Saxarova bənzədir

Zaman-zaman həbsxanalarda "kitab yazmaq" eşqindən bezən Müsavat yetkilisi Arif Hacıyev indi də başqa eşqə düşüb. Onun budəfəki eşqi isə vaxtilə dissident həyatı yaşamış ermənipərəst akademik Andrey Saxarovdur. Bəs kimdir A.Saxarov? Xatırlatmaq vacibdir ki, həmin A.Saxarov əli Azərbaycan xalqının qanına batmış Mixail Qorbaçovun yardımı ilə dissidentlikdən qurtulub, yenidən SSRİ-yə geri dönmüş və siyasi fəaliyyətə başlamışdır. Onun siyasi fəaliyyəti isə 1988-ci ildən başlayan erməni fitnəsinə bilavasitə dəstək verməkdən ibarət olub. Həmin dövrlər A.Saxarov SSRİ xalq deputatları sırasına daxil olan digər deputatlar-Qdlyan, Ambarsumov və digərləri kimi ermənilərlə sifariş müqabilində iş birliyinə getmiş, Azərbaycana qarşı qərəzli iddialarda bulunmuşdur. Onun arvadı isə Azərbaycana qatı düşmən mövqeyi sərgiləyən Yelena Bonner olub. Həmin Y.Bonner ki, Xocalı cəlladı olan erməni şairi Zori Balayanın "Ocaq" kitabının xaricdə yayılmasına dəstək verib, "Daşnaksutyun" partiyasını maliyyələşdirib. A.Saxarov, eləcə də, bir neçə il öncə Moskvada başından güllə yarası alaraq, gorbagor olmuş Qalina Starovoytovayla birlikdə Sumqayıta gələrək, həyasızcasına azərbaycanlıların üzünə durub, onları günahkar çıxartmağa cəhd göstərmişdi. Bir sözlə, A.Saxarov belə murdar tarixə malik olan ermənipərəst şəxsiyyətsizlərdən olub.

Bu gün həbsxanada yatmağı "şərəf" bilən, "millətçilikdən", "dövlətçilikdən", "turançılıqdan" dəm vuran (amma bu adam namus-qeyrət üstündə deyil, sadəcə, araqarışdırmaq, vurub-dağıtmaq, hakimiyyətə, dövlətçiliyə qarşı çıxmaq üstündə barmaqlıqlar arasına düşüb) A.Hacıyevin özünü həmin bu ermənipərəst Saxarova bənzətməsi, sözün həqiqi mənasında, özünü ifşa etməsi kimi qiymətləndirilməlidir. Əgər Müsavat partiyasında, həqiqətən də, ona inananlar-filanlar varsa, gedib görüş alsınlar və görüşə çıxan kimi A.Hacıyevin sifətinə tüpürsünlər! Tüpürsünlər və desinlər ki, bəs ay Arif, bu, nə həngamədir, hoqqadır deyirsən: "HƏBSXANA YOLDAŞLARIMA DEYİRƏM Kİ, BİR AZ DA BURDA QALSAM, ANDREY SAXAROVA BƏNZƏYƏCƏYƏM"

Buyurun, bu da sizin Andrey Saxarovunuz, ay binəva Müsavat şəbehverənləri. A.Hacıyev daha A.Hacıyev deyil, artıq A.Saxarovdur!

Ancaq müsavatçılara heç nə sirayət etmir. Çünki onların İsa Qəmbərov kimi manukunyansevər başqanları, A.Hacıyev kimi saxarovsevər başqanlığa namizədləri var. Belə adamların əlləri altında işləyənlər də onlardan qətiyyən fərqlənib eləmirlər. Qoy onlar da getsinlər balayansevər, bonnersevər, sarkisyansevər və daha nə bilim, hansısa itsevər olsunlar. Onsuz da bunlara heç nə örk olmur. Olmursa belə, cəhənnəmə, qara gora (Saxarovun goru da daxil olmaqla) olsun!


RÖVŞƏN

Digər xəbərlər