PDF Oxu

Müxalifət

  • 38

Əli Kərimovun “Q-Müsavat” planı

Əli Kərimovun “Q-Müsavat” planı

Heç şübhəsiz, Əli Kərimovun İsa Qəmbərovla bir müddətdir ki, davam edən "isti" münasibətinin müəyyən pərdəarxası məqamları da var. Əslində, Əli "bəy"in İsa "bəy"lə olan xoş rəftarı o anlama gəlmir ki, AXCP (i) sədri Müsavatın güclənməsinin istəyir. Xeyr, burada şəxsi ambisiyalar öndədir. İsa Qəmbərov başqanlıq məsələsini ortaya atmaqla, əslində, bunu müəyyən məqsədlə etmişdi. Lakin sonrakı proseslər göstərdi ki, onun Müsavatdakı nüfuzu, demək olar ki, sıfıra enib. Onun ümumi mənafeyə qeyri-ciddi yanaşması Müsavatı qütblərə parçaladı. Elə bunun nəticəsidir ki, Müsavatda həm Əli Kərimovun, həm də başqa şəxslərin diqtəsi altında başqanlığa namizədliyini irəli sürən adamlar var. Aqil Səmədbəylinin Müsavat başqanlığına namizədliyi birbaşa Əli Kərimovun ssenarisinin tərkib hissəsidir. Bu, təsadüfi deyil. Əvvəla, Aqil Səmədbəyli ilə Əli "bəy"i AXC-nin keçmişi birləşdirir, o keçmiş ki, bu gün bir-birilərinə qarşı ən iyrənc addımlarda istifadə olunur. Aqil Səmədbəylinin Müsavat başqanı olmağında, İsa "bəy"in başqanlıqdan uzaqlaşdırılıb küncə sıxışdırılmağında ən çox marağı olan adam Əli Kərimovdur. Düzdür, Aqil Səmədbəyli ilə Əli "bəy" arasında olan münasibətlərdən İsa Qəmbərovun xəbəri və məlumatı var. İsa Qəmbərovun bir dəfə gizli göstərişi də olub ki, onlar arasındakı münasibətlərə dair məlumatlar bütün detalları ilə ona çatdırılsın. Lakin bu, baş tutmayıb. İsa "bəy" bu məsələyə də biganə yanaşmalı olub. Hal-hazırda Müsavatda Aqil Səmədbəylinin tərəfdarları ilə Arif Hacıyevin tərəfdarları arasında pis münasibətlər mövcuddur. Maraqlısı odur ki, Müsavatın əsas söz sahibləri də İsa Qəmbərovun vaxtının çatdığını etiraf edirlər. Amma bu, təkcə etirafla da bitmir. Onlar açıq-aydın İsa "bəy"i ya indidən istefa verməyə, ya da Müsavatın qurultayında başqanlıqdan getməsinin istəyirlər. İsa "bəy" isə saymazlıq edərək həmin insanlara nə cavab verir, nə də onların fikirlərinə münasibət bildirir. Bu, ona qarşı olduqca pis imic yaradıb. Və hesab edirəm ki, onlar mövqelərində haqlıdırlar.

İsa Qəmbərovun başqan olduğu müddətdə Müsavat heç bir uğur əldə edə bilməyib, əksinə partiya daha da aqressivləşərək nə elədiyini bilmir. Digər tərəfdən Müsavat, demək olar ki, nəzarətdən çıxıb. Belə ki, Müsavatda dəxli olmayan adamlar belə hər hansı qərara müdaxilə edə bilir.

Əli Kərimov bütün ciddi-cəhdlə çalışacaq ki, Müsavatda Aqil Səmədbəyli başqan olsun. Çünki bu ona sərf edir. Radikal müxalifətdə heç də normal olmayan funksionerlər var ki, Əli "bəy" onun AXCP (i)-yə transfer olmasını istəyir. Başqa bir tərəfdən, AXCP(i)-nin Müsavatı yox, Müsavatın AXCP (i)-ni dəstəkləməsi onu narahat edən əsas məsələdir. Ona görə də onun İsa "bəy"lə görüşüb-öpüşməyinə baxmayaraq, aralarında heç də normal münasibətlər yoxdur. Əvvəla, bunu şərtləndirən bir sıra məsələlər var, dünənə qədər bir-birilərinin şərəfinə, tərbiyəsinə, əxlaqına, ailəsinə ən nalayiq sözlər deyən adamlar bu gün neçə "qardaş" ola bilərlər? Bax, bu, mənə çatmır. İkincisi, hər iki partiyanın xarici təşkilatlarla maliyyə məsələsinə görə elə əlaqələr var ki, bu onlara imkan verməz ki, bu gün "həmrəy" olsunlar.

Artıq belə bir məlumatda var ki, Müsavatın qurultayında məhz kimsə tərəfindən bəzi məsələlər açıqlanacaq və İsa "bəy" ifşa olunacaq. Şübhəsiz, bu addım atılmalıdır, ya cəmiyyət, ya da Müsavat tərəfindən.


Samir Feyruzov


P.S. Müsavatda aləm dəyib bir-birinə. Kimin kimlə münasibəti yaxşıdırsa, onun namizədliyini irəli sürür, özü də müstəqil və "demokratik". İndi deyirlər ki, guya İsa Qəmbərov başqanlıqdan gedəcək və yerinə ya Arifi Hacıyev, ya da Aqil Səmədbəyli gələcək. Amma mənim bir incə demokratik təklifim var. Siz gəlin bu başqanlıq məsələsini sintez yolu ilə həll edin. Məsələn, başqanlığa namizədlərin hamısını bir-birinə qatıb vahid namizəd tapın. Elə deyək ki, İsa "bəy"lə Arif "bəy"i. Ancaq bir problem var ki, Əli Kərimov gərək bu qatqıya müdaxilə eləməsin.

Digər xəbərlər