PDF Oxu

Müxalifət

  • 21

Radikal müxalifət simasını itirmiş topluma çevrilib

Radikal müxalifət simasını itirmiş topluma çevrilib

Əməlləri və fəaliyyətləri hər zaman Azərbaycanın milli və dövlətçilik maraqlarına yönələn radikal müxalifət tör-töküntüləri hər fürsətdə ölkədəki ictimai-siyasi sabitliyi pozmağa cəhdlər etdirlər. Bu da onların xarici maraqlı qüvvələrdən asılı olduqlarını və müstəqil düşüncədən uzaq olduqların göstərir. Ancaq onların cəhdləri uğursuzluğa düçar olur. "Azərbaycan çox böyük və möhkəm dayaqlar üzərində qurulub. Radikal müxalifətin xaricdən əmrlər, göstərişlər və tapşırıqlar əsasında fəaliyyətlərini qurmaları onların daim ziyanına işləməkdədir. Müxalifət liderlərinin daxili sabitliyi pozmağa yönəlmiş çirkin əməlləri və oyunları ölkəmizdə hökm sürən daxili sabitliyini, əmin-amanlığı heç bir vəchlə poza bilməz. Onların Azərbaycan cəmiyyətində heç bir ictimai dəstəyi yoxdur". Bu sözləri qəzetimizə millət vəkili Zahid Oruc qəzetimizə açıqlamasında bildirib. Onun sözlərinə görə, həmin radikal müxalifət, hətta məqsəd və məramlarını anlamayaraq öz qara niyyətlərinə, xülyalarına çatmaq üçün mənfur ermənilərlə işbirliyinə belə getməyə, onlarla dostluq əlaqələri yaratmağa hazırdılar. Yetər ki, onların şəxsi maraqları, təmin olunsun: "Hər zaman hakim partiya radikalların ölkədə törətməyə cəhd göstərdikləri qanunsuz aksiyalara, özbaşına addımlara çox adekvat cavab verərək, onların iç üzlərini cəmiyyətə nümayiş etdirib. Radikal müxalifət bütün hallarda Azərbaycan cəmiyyəti və xalqı tərəfindən qınaqlara və tənqidlərə məruz qalıb. Azərbaycanda sağlam düşüncə ilə fəaliyyət göstərən müxalif qüvvələr mövcud deyil. Onlar hər zaman ölkəmizin qazandığı uğuru, nailiyyəti danır, xalq və dövlət əleyhinə şər, böhtan xarakterli məlumatlar yayırlar".

Z.Oruc onu da qeyd edib ki, Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi isə, bu günlərdə radikal müxalifətin ən yaralı yerinə çevrilib. Çünki Azərbaycan daha da inkişaf edərək dünya ölkələrinin taleyini həll edən dövlətlərdən birinə çevriləcək. Ən əsası, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları üçün geniş imkanlarımız yaranmış olacaq. Təbii ki, bu da həmin radikalları qıcıqlandırır. Dövlətimiz daha da möhkəm əsaslar üzərində önə doğru addımlayır. Bu dövlət Ulu Öndər Heydər Əliyevin yaratdığı şah əsəridir. Daim də belə qalacaq. Uğurlarımızın, nailiyyətlərimizin içində Azərbaycanın radikal müxalifətinə tamamilə yer yoxdur. Ermənistan kimi işğalçı dövlət Azərbaycanın nüfuzuna daim xələl gəlməsi üçün böyük səylə çalışır, xarici diasporalarda anti-Azərbaycan kampaniyaları yaradır. Eyni sözləri sapı özümüzdən olan daxili radikal müxalif qüvvələrimizə də, heç şübhəsiz, şamil etmək olar.

Millət vəkili bildirib ki, Azərbaycanın qatı əleyhdarları ilə bir sırada olmaq heç bir azərbaycanlıya yaraşmaz. Ən azından, bu Azərbaycan onların vətənidir: " Bəzən belə bir fikir səslənir ki, radikal müxalifəti xarici qüvvələr maliyyələşdirir. Əslində, elə bir ciddi xarici qüvvə yoxdur. Radikal müxalifəti maliyyələşdirənlər xırda qüvvələrdir və Azərbaycanın daha da dirçəlməsini istəməyənlərdir. Təbii ki, bu baxımdan onlara radikal müxalifət, radikallara isə, həmin o kiçik xarici qüvvələr sərf edir. Amma birmənalı şəkildə demək olar ki, Azərbaycan üçün həmin o qüvvələr milçəkdən başqa bir şey deyil.


AYLANA RZAYEVA

Digər xəbərlər