PDF Oxu

Müxalifət

  • 30

Əvəz Zeynallının səhvləri və günahları

Əvəz Zeynallının səhvləri və günahları

Mən Əvəz Zeynallı haqqında çox eşitmişəm və onu çox gözəl tanıyıram. Yəqin o, bunu unutmuş olar. Bir hadisəni onu müdafiə edənlərə xatırlatmağı özümə borc bilirəm. Təxminən bir neçə il bundan öncə, ali məktəblərdən birinin müəllimi ( adını çəksəm düz olmaz) Əvəz Zeynallının əlində girinc olmuşdu.

Heç yadımdan çıxmaz, müəllim yanımızda zar-zar ağlayırdı ki, dünən mənə Əvəz Zeynallı zəng edib görüşməyimizi istədi. Mən məsələdən xəbərdar olmasam da, razılaşdım və görüşdük. O, mənə üzbəüz dedi ki, 1000 manat ver, yoxsa adını rüşvət alan müəllimlərin siyahısında qəzetdə yazacam. Mən ondan fakt istədim və dedim ki, mənim rüşvət almağıma dair əlində fakt varsa, get yaz. Lakin bu "xox"un keçərsiz olduğunu görən Əvəz Zeynallı artıq mənə qarşı başqa bir ittiham irəli sürdü. Güc-bala ilə ondan canımı qurtardım. Hər gün mənə on-on beş dəfə zəng edirdi.

Əvəzi müdafiə etməyin mahiyyəti...

Əvəz Zeynallını müdafiə etmək ermənini müdafiə etmək kimi bir şeydir. Bu adam "Xural" qəzetində ən tərbiyəsiz və əxlaqına uyğun ifadələr işlətməklə onsuz da olmayan hörmətini də itirmişdi. Onun qadınlar, hörmətli ziyalılar haqqında yazdığı o qədər yazılar var ki, uc-uca bağlasan Əvəz Zeynallıya kəfən tikmək olar. Məni pis anlamayın və düşünməyin ki, özümdən uydururam. Mən həqiqətən Əvəz Zeynallının şantajına görə haqsız yerə çörəyindən olan, ailəsində problemlər yaşanan insanları çox görmüşəm. Azərbaycan mətbuatına misli görünməmiş iyrəncliyi məhz Əvəz Zeynallı gətirdi. "Xural"ın adı çəkiləndə, hamının gözünün qabağına bədxahlıqdan, şantajdan başqa heç nə gəlmir. Bu da sonu. Yəqin o düşünürdü ki, nə istəsə edə bilər, kimi istəsə şantaj edib pul ala bilər və sairə. El arasında "qırx gün" deyilən bir məsəl var. Bu, ilk növbədə, Əvəz Zeynallıya aiddir. Bu qırx gündən artıq çəkə bilməzdi.

Xarici bədxah və bədbəxt müdafiəçilər...

İndi çox maraqlıdır ki, bəzi "cəfakeşlə" banlayırlar ki, Əvəz Zeynallı azad olunsun. Axı niyə və kimə görə? Bu adam cinayət edib və kifayət qədər tutarlı faktlarla həbs olunub. İndi bu, niyə azad olunmalıdır? Jurnalist olduğuna görəmi, ya uşaqlarına görəmi? Lakin bunların heç biri məsuliyyətdən və qanunun aliliyindən azad eləmir. Mən "müdafiəkeşlərimizə" heç nə deməyəcəm, üzümü Nyu-York deyilən bir məmləkətdə yerləşən guya "Jurnalistləri müdafiə komitəsinə" tutub deyirəm. Bəsdirin, iti də müdafiə edirsiniz, ipi də. Ancaq günah ya itdə olar, ya da ipdə. Sizi də anlayıram, axı siz də Əvəz Zeynallı kimi murdar tikə yeməyə öyrəncəlisiniz. Sizlərdən tələb edirik ki, gedin öz başdansovdu rəhbərlərinizə "ağıl" verin, öz fahişə qızlarınızı küçələrdən yığın, kilsələrinizi parnoqrafik filmlərdən azad edin, analarınızı başqa kişilərin altından çıxarın və bir də əl çəkin o şeydən ki, o şey Allahı təhqir edir. Tüpürüm sizin "Jurnalistləri müdafiə komitənizə" də, özünüzə də. Sizin kimilər dünyanı barmağına sarıyıb. Bu boyda Qarabağ problemini bircə dəfə də olsun öz komitənizdə qaldırmamısınız, bu boyda haqsızlığa indiyə qədər heç bir münasibət bildirməmisiniz. Amma indi hansısa özünüz kimi bambılını müdafiə edirsiniz. Əgər hansısa çox tanınmış bir azərbaycanlı ziyalı, siyasətçi erməni terroruna məruz qalsa, onu da müdafiə edəcəksinizmi? Təbii ki, yox. Bəs Əvəz Zeynallını müdafiə etməyə sizi nə vadar edir?

Əvəz Zeynallını jurnalist kimi gözümüzə soxanlara da bir sözüm var. Jurnalist olmaq sənə o hüququ vermir ki, gedib hansısa deputatdan, məmurdan pul alasan. Şərəflə işlə və az da olsa şükür et. Çox qazanıb şükür edənlərin arxasınca düşüb şərəfini, mənliyini alçatma. İndi darıxmayın, bir müddətdən sonra Əvəz Zeynallını və "Xural"ını qəhrəmanlıq nümunəsi kimi gözümüzə soxacaqlar.

P.S. Bu gün "Xəzinə" adlı kitabdan bir kəlam oxudum. " Ey kişi, qadına şər atınca get özünə qəsd elə." İnsan təki pul olsun deyə ləyaqətini ayaqlar altına sürməməlidir, pul qazanmaq üçün insan taleləri ilə oynamaq axırda insanı ya dörd divara, ya da kəfənə aparır.


Samir FEYRUZOV

Digər xəbərlər