PDF Oxu

Müxalifət

  • 37

Radikal müxalifətin qondarma “vahid namizəd” ambisiyası

Radikal müxalifətin qondarma “vahid namizəd” ambisiyası

Radikal müxalifət mənsublarının siyasi arenada qalmaq arzuları sıfır həddinə yaxınlaşdıqca, onların daha da azğınlaşması, iddialarla çıxış etməsi müxtəlif səpgilərdə sərgilənməkdədir. Ümumilikdə bir olmayan, ayrı-ayrılıqda bir-birilərinə qənim kəsilən radikalların "liderləri" artıq indidən "vahid namizəd" məsələsini ortalığa atamaqla guya "prezident" olacaqlarını bəyan edirlər. Buna misal kimi, yaxın ərəfələrdə AXCP (i) sədri Əli Kərimovun, Müsavat başqanı İsa Qəmbərovun, ADP sədri Sərdar Cəlaloğlunun, "Ümid" sədri İqbal Ağazadənin, ALP "lideri" Lalə Hacıyevanın, "VİP" sədri Əli Əliyevin hətta "cırtdan" partiya sədrlərinin ortaya "yuyulmamış qaşıq" kimi düşmələri vəziyyətin daha da gərgin həddə çatmasına şərait yaradır. Üstəlik, icazəsiz 2 aprel aksiyasında dağıdıcılıq əməllərinə görə həbs olunanların da öz aralarında müxtəlif fikirlərə düşmələri həm partiyaları daxilində, həm də "İctimai Palata"da çaxnaşmalara qədər gətirib çıxarıb. Belə ki, həbsdə olan Arif Hacıyevin öncə Müsavat başqanlığına iddiası, sonradan İsa Qəmbərovun fəaliyyətsiz sədr olmasını dilə gətirməsi dolayısı ilə onun "vahid namizəd" olmayacağına olan işarə kimi dəyərləndirilib. Daha dəqiq desək, A.Hacıyev "vahid namizəd" üçün özünü daha məqbul hesab edib.

AXCP (i) sədri Əli Kərimov da bu müstəvidə müxalifətdaxili savaşın hazırlıq mərhələsinə qədəm qoyub. Onun "özümü buna hazır görürəm" kimi ifadə səsləndirməsi "cəbhəçi"- müsavatçı qarşıdurmasına güclü təkan verib. Bu gün "İctimai Palata"da guya "bir" olduqlarını sərgiləyən hər iki partiya sədri imkanları olduqca bir-birilərinin ayaqları altında məzar qazmaqla məşğuldurlar. Təkcə İ.Qəmbərovun Müsavat başqanlığından partiyasının "fəxri lideri" vəzifəsinə keçəcəyini bəyan etməsi onun Ə.Kərimovla düşmənçiliyinə olan növbəti işarəsidir. Yəni bu vasitə ilə İ.Qəmbərov AXCP (i) sədrinə mesaj göndərib ki, partiyadakı postunu başqasına dövr etdirməklə, onun müxalifətin "vahid namizəd" olması yolunu kəsir. Daha dəqiq desək, müxalifət daxilində tərəfdarlarının sayını artırıb, "vahid namizəd" olmağı düşünür.

ADP sədri Sərdar Cəlaloğlu isə qərargahında keçirdiyi toplantıda deyib ki, müxalifətin "vahid namizəd" məsələsi real görünmür. Çünki onun özü də seçkilərdə iştirak edəcək və lazım gələrsə, digər müxalifət təmsilçilərinə qarşı amansız mübarizə aparacaq.

Nəticədə bir daha bəlli olur ki, istənilən seçkilərdə düşmənə çevrilən radikal müxalifət mənsubları yalnız seçkilərdə üzləş dikləri acı məğlubiyyətlərdən sonra "birlik" nümayiş etdirirlər. Və bu "birlik" şouları yalnız və yalnız xaricdən almaq istədikləri maddi gəlirlərə, qrantlara, maliyyə yardımlarına hesablanıb. Təbii ki, belə yardımlardan yararlanan radikallar sonradan siyasi harınlara çevrilib, bir-birilərinin "ətlərini" yeyirlər. "Vahid namizəd" məsələsi də bu cür müxalifət hannibalizmlərindən biridir. Görünür, xalqın canına daraşa bilməyən radikallar öz "ətlərini" yeməklə kifayətlənməli olacaqlar və beləcə aram-aram yox olacaqlar...


RÖVŞƏN NURƏDDİNOĞLU

Digər xəbərlər