PDF Oxu

Müxalifət

  • 21

Tofiq Yaqublunun “məhv edərəm” sayıqlamasına cavab

Tofiq Yaqublunun “məhv edərəm” sayıqlamasına cavab

Əvvəla, Tofiq Yaqublu bu kəlməni hardan çıxardıb onu bilmirəm. Amma dəqiq bilinir ki, bu kəlmə onun ya "dümbələyindən" bir az aşağıdan, ya da xirtdəyindən bir az yuxarıdan çıxıb. Tofiq "bəy", bir dəfə də ağzınla danış da.

Deyirsən ki, mən YAP-çıları debatda "məhv eləyərəm", ya onları, ya da özümü öldürərəm, nə bilim, elə anqıraram ki, hamının qulağı kar olar və sairə və ilaxır. O, ikisini bilimirəm, ancaq anqırıb hamının qulağını kar eləyəcəyinə inanıram. Bu sahədə nəinki sənin, həm də "hörmətli-izzətli-bəlayi-mənfuri-başqani İsayi Qənbəryanın" və "aslanın erkəyi-dişisi olmaz" kəlamına inanan, buna ən çox riayət edən Əli Kərimyanın böyük təcrübəsi var.

Tofiq "bəy", siz bu yekəxanalığınızdan nə vaxt əl çəkəcəksiniz? Başqa cür desək, nə vaxt adam olub adamlara qoşulacaqsınız? Gəl belə danışaq, səni və başqanını çox demirəm, yarım saata tutarlı faktlarla ağaca elə dırmaşdıraram ki, gəlib gedən sizə baxıb ağacın dibinə "zad" eləyər.

Keçək sənin bu çıxıb bağırmaq istədiyin debat məsələsinə. Birincisi, mən belə hesab edirəm ki, şəxsən səninlə debata çıxıb əsəbləşməyə dəyməz. Ondansa gedib küçədə uşaqlarla futbol oynayaram. İkincisi, sənin kimilərlə adam debata çıxanda, elə bil adamda quduzlaşma prosesi-zadı gedir. İstəyirsən ki, durub hamını parçalayasan. Və nəticədə sənə heç nə sübut eləmək olmur, qalırsan yana-yana. Üçüncüsü, eşitmişəm, bu yaxınlarda qatıq satan arvaddan qatıq almısan və sonra da başlamısan arvadla davaya ki, qatıq ağ deyil, qaradır. Heç olmasa yediyin bu qatıq olası zəhrimarın öz rəngini düz de də, adamın Allahı olar. Deyirsən ki, guya Gözəl Bayramlı televiziyada qan eləyib, daş atıb baş yarıb. "Prosto" burda başqa məsəl var. Siz bilirsiniz ki, qadın səsi daha "cəzbedici" olur, ona görə də xalxın arvadını gətirib televiziyaya dırmaşdırıb çığırdırsınız. Amma onu da deyim ha, Gözəl Bayramlı sizin çoxunuzdan "yaxşı" adamdır. Gör nə günə qalmısınız ki, daha evinizdə də sizə inanan yoxdur. Tofiq "bəy" özünüzü siyasətçi kimi qələmə verirsiniz. Ona görə sənə sualım var.

1. Danışanda Qarabağ problemindən tutub evinizdəki problemə qədər dəngəsər edirsən. Şəxsən sənin və ya partiyanın Qarabağa aid bir "həll planınız", təklifiniz varmı?

2. İsa Qəmbərov erməni milyarderlərin himayə elədiyi xarici təşkilatlardan aldığı qrantlardan sənə nə qədər pul verir?

3. Siz həqiqətən güman edirsinizmi ki, yenə də "hakimiyyətə" gəlib millətin axırına çıxacaqsınız?

4. Ünvanına "məhv edərəm" dediyin kəs dədəni-zadı öldürməyib ha? Ya onun təmkinliliyinin, ictimai-siyasi fəallığının bir faizini nəinki özündə, heç İsa "bəy" də hiss eləmisənmi?

5. Təxminən 5-6 ay bundan öncə Müsavatdan 4 adam niyə və kimin əxlaqsız hərəkətinə görə partiyanıza tüpürüb getdi? Bəlkə bundan da xəbəriniz yoxdur? İndi həmin kəslər toyda dədə-bala tamadalıq edib, çörək pulu qazanırlar. Gec də olsa, başa düşdülər ki, sizə ümid olan şamsız qalar.

Tofiq "bəy", ya özünə yazığın gəlsin, ya da bu millətə. Özünü xalqa qəhrəman kimi sırımağa dəyməz. İnan, səmimi deyirəm, tüpürərəm o ölkəyə ki, sən, ya da sənin "iriqarınlı" müdirin ora başçılıq edə. İnan ki, sizin 90-cı illərin əvvələrindəki hərəkətlərinizə baxıb yerinizə dönə-dönə mən utanıram. Get, özünə iş-peşə tap. Yaxşı reytinq tapmaq istədin alınmadı. Təbii ki, sənin kimilərə şərəf olardı ki, YAP-ın hər hansı funksioneri ilə kəlmə kəsəsən. Amma deyəsən, sən bu şərəfə nail olmayacaqsan.


Samir FEYRUZOV

Digər xəbərlər