PDF Oxu

Müxalifət

  • 18

Rəsul Quliyev niyə “qaqqaya” dönüb?

Rəsul Quliyev niyə “qaqqaya” dönüb?

Müxalifət düşərgəsində səngiməyən ittihamlar bu dəfə yeni müstəviyə keçərək eks-ADP sədri, hazırda "ACP" lideri olan Rəsul Quliyevin ətrafında cərəyan edir. Belə ki, onu müdafiə edənlərlə etməyənlər arasında yaşanan ziddiyyətli söz atışmaları düşərgəyə soyuq duş təsiri bağışlayır. R.Quliyev hazırda yenə də "qaqqaya" dönüb. Hətta vəziyyət o dərəcədə inkişaf edib ki, vaxtilə R.Quliyevə "imam" kimi baxanlar indi onu "yezid" kimi görürlər. Lakin onların burada haqlı olduqlarını da deməmək olmur. Yəni 2005-ci ildə R.Quliyev ətrafında baş verənlərdə kimin günahkar olduğu sirr deyil. Ancaq eks-ADP sədrinin müşaviri Zəminə Dünyamalıyevanın nədənsə R.Quliyevi yenidən mataha mindirməsi hələ də anlaşılmaz olaraq qalmaqdadır. Görünür, ortada bir sıra şəxsi məqamlar dayanır ki, onlardan da biri R.Quliyevin gündəmə gəlməsi istiqamətində Z.Dünyamalıyevaya xərclədiyi maliyyə vəsaitidir. Yoxsa Z.Dünyamalıyevanın birdən-birə 2005-ci ildə baş verən məsələləri qaldırmaqda, S.Cəlaloğlunu xəyanətdə suçlamaqda başqa hansı məqsədi ola bilər?

Q.Məmmədov onu da deməyi unutmayıb ki, R. Quliyevi 2005-ci ildə müdafiə etdiyinə görə özünü bağışlaya bilmir: "Siyasi həyatımda və ömrümdə buraxdığım ən böyük səhv R.Quliyev kimi adamı təbliğ eləməyim olub. Bunu özümə bağışlaya bilmirəm".

Zamanında R.Quliyevin, həqiqətən də, siyasi oyunbazlıq etdiyi dəfələrlə mətbuat səhifələrində qeyd edilmişdi. Lakin nə S.Cəlaloğlu, nə də ki, Q.Məmmədov əsl həqiqətləri qəbul etmək istəmirdilər. Çünki bu gün "ACP" liderinin Z.Dünyamalıyevaya verdiyi maddi vəsaitləri o zaman S.Cəlaloğluya və Q.Məmmədova xərcləyirdi və həmin maliyyə kəsilən kimi hər iki qardaş R.Quliyevdən imtina etdi. Bəs görəsən, "ACP" lideri bu gün həmin maliyyəsini yenidən S.Cəlaloğluya və Q.Məmmədova xərcləsəydi, onlar yenidən onu "qəhrəmana" çevirərdilərmi?


RÖVŞƏN

Digər xəbərlər