Bir neçə gün öncə Nyu-Yorkda "Wall Streetin İşğalı" etirazçılarına qarşı təşkil edilən polis əməliyyatı, demokratlığıyla öyünən ABŞ-ın öz xalqına qarşı necə bir polis dövləti refleksiylə hərəkətə keçə bildiyini göstərir. İri şəhərlərdə kapitalizm əleyhinə başlayan xalq hərəkatını şiddətlə yatırmağa çalışan ABŞ özününn iç üzünü bütün dünyaya göstərdi.
Kapitalizmin çöküşü başlayıb
Artıq iki aydan çoxdur ki, Birləşmiş Ştatlarda "Wall Street-i tutaq" hərəkatı iştirakçılarının etiraz aksiyasının polis vəhşiliyi ilə dağıdılması gündəmdədir. Maliyyə institutları və hökumətin büdcəyə qənaət etmək üçün gördüyü tədbirlər üzündən başlanan aksiyalar Amerikanı bir-birinə vurub.
İqtisadi və sosial bərabərsizliyə qarşı çıxan etirazçıların əsas iştirakçıları tələbələr, müəllimlər, səhiyyə işçiləri və fəhlələrdir. Hərəkat iştirakçıları korporativ acgözlük və korrupsiyaya qarşı etiraz etdiklərini, təbəqələr arasındakı uçurumun böyüdüyünü deyirdilər.
Onların sözlərinə görə, ölkədə biznesmen və siyasətçilərdən ibarət elit təbəqə- 1 faiz adam varlandığı bir vaxtda digərlərinin qazancları gündəlik dolanışıqlarına çatmır. Sentyabrın 17-dən bəri "Wall Street"in yaxınlığındakı Zuccotti parkında düşərgə salan ‘’Wall Streetin işğalçıları’’ adlı vətəndaşlar tərəfindən təşkil edilən etiraz nümayişi əsnasında minlərlə insan saatlarla şüar səsləndirir.
2 aydan çoxdur ki, Amerika Kommunist Partiyasının "Wall Streetin İşğalı" qrupunun təşkilatçılığı ilə keçirilən etiraz aksiyalarından 1000-dən artıq vətəndaş həbs olunub, polis aksiyaçılara qarşı zorakılıq edib. Noyabrın 15-dəki aksiyada
Nümayişçilərə qarşı törədilən cinayətlər ardıcıllığı:
01:20 Polis robokop paltarlarını geyir, buldozerləri gətirir
01:20 Nümayişçilər "Bu görünüş polis dövlətidir" deyə şüar səsləndirirlər
01:20 Brooklyn Körpüsü bağlanılır
01:20 Metro stansiyaları bağlanılır
01:27 Polisin sahədəki hər kəsə atəş açacağı söz-söhbətləri yayılır
01:34 CBS vertolyotu canlı yayıma keçir
01:38 Bina damlarından snayper nişançıların yerləşdirildiyi söz-söhbətləri yayılır
01:43 Səmada vertolyotlar uçur
02:03 Kanal və Broadway istiqamətlərində polislər cəmlənir
02:07 Biber qazı hücumu. Ən az bir jurnalistin də qazda boğulduğu xəbəri yayılır
02:10 Mətbuatın Liberty meydanına girməsinə polis maneəçilik törədir
02:15 Paylanan aktivistlər Foley Meydanında təkrar toplanır
02:22 New York Times mövzunu ilk səhifəsindən çap etdirir
02:29 Mətbuat helikopterlerinin ərazi üzərində uçmasına maneəçilik törədilir. NYT müxbiri nəzarətə alınır
02:32 Bütün metrolar bağlanılır
02:38 400-500 adam şimala Foley meydanına doğru hərəkətə başlayır
02:44 Polis nümayişçilərin qurduğu kitabxananı məhv edir. 5 mindən çox bağışlanmış kitab zibilliyə atılır
02:44 Dağılmamağı bacarmış nümayişçilər sahədəki mətbəx ətrafında barrikada qurur
02:55 Nyu-York Şəhər Şurasının üzvü Ydanis Rodriguez başından qanlar axdığı halda nəzarətə alındı
03:05 Polis Liberty meydanında ağac kəsməyə başladı
03:08 Polisin təzyiqli su alətləri gətirdiyi eşidilir
03:13 Polis səs bombası istifadə edir
03:15 Polis nümayişçilərin şəxsi əşyaları məhv edir və özləri ilə götürməklərinə maneə törədir
03:16 Nümayişçilər polisin qarşısında zəncir halında birləşir
03:33 buldozerləri sahəyə girir
03:36 Mətbəx çadırına qaz bombası atılır və polis sahəyə daxil olaraq nümayişçiləri döyür
Anti-kapitalislər Oakland limanını tutublar
ABŞ-da "Wall Streetin" hərəkatının nümayişləri çərçivəsində dünən Kaliforniyadakı Oakland şəhərində 10 minə yaxın vətəndaşın iştirakı ilə ümumi tətil keçirilib. ABŞ-ın 5-ci böyük limanı olan Oakland limanını anti-kapitalistlər tutublar.
Liman tutulduqdan sonra Oakland Limanı rəhbərliyi vəziyyəti şərh edərək bütün dənizçilik fəaliyyətinin dayandırıldığını və işçilərin evlərinə göndərildiyini bildirib.
Bu tətil, 1946-ci ildən bu yana Oaklandda təşkil edilən ilk ümumi kütləvi tətildir. Etirazçıların açıqlamalarında Oaklandda uzun zamandan bəri yaşanan ən geniş tərkibli etiraz aksiyasının təşkil edildiyi bildirilir. Həmkarlar ittifaqlarının hökumətin nəzarətində olması səbəbi ilə tətil elan edə bilməməsinə baxmayaraq, hərəkata çox sayda işçinin də qatıldığı müşahidə edilib.
Tətillə yanaşı "Oscar Grant" meydanındakı daimi oturaq etiraz aksiyası da davam etdirilir. Burada kütlə qarşısında Angela Davis də çıxış edib. Davis keçmişdə ABŞ Kommunist Partiyası və Qara Panter təşkilatları üzvü olub və insan hüquqları mübarizəçisi kimi tanınıb. Oaklandda Qara Panterlər təşkilatının da qurulduğu yer olaraq ABŞ-dakı mübarizə tarixində əhəmiyyətli bir yer tutur.
200 nəfərədək vətəndaş həbs edilib
Dünyaya özünü hüquq və azadlıqların beşiyi kimi təqdim edən ABŞ-da hakimiyyətin aksiya iştirakçılarına qarşı dözümlülüyü çox çəkmədi. Ötən gecə aksiya iştirakçılarının çadır qurduğu Zuccotti parkının ətrafı polislərlə doldurulmağa başladı. Onlar sentyabr ayından bəri parkda çadırlar quran, oturaq aksiya keçirənlərə ərazini təmizləmək üçün buranı tərk etməli olduqlarını bildiriblər.
Gecə saat iki radələrində "Ya gedin, ya da həbs ediləcəksiz" xəbərdarlığı olunandan sonra parkdakı yüzlərlə etirazçı ərazini tərk edib. 10 dəqiqə sonra polis hələ orda qalanları sıxışdırmağa başlayıb. Qoruyucu dəbilqələrdə olan polislər çadırları söküb, etirazçıların şüarlarını yığıb, başqaları isə etirazçıları maşınlara basıblar. İki yüzə yaxın insan həbs edilib. Aksiya dağıdılandan sonra mer sərbəst toplaşmaq azadlığına hörmətlə yanaşdıqlarını, ancaq burada sərbəst toplaşmaq azadlığı ilə ictimai təmizlik, təhlükəsizlik hüququnun toqquşduğunu deyib.
Aksiyalarda jurnalistlər də həbs edilib
Daim jurnalistlərə qarşı zorakılıqları pisləyən ABŞ hökuməti peşə borcunu yerinə yetirən KİV nümayəndələrini həbs etməkdən də çəkinməyib. Belə ki, polis aksiyanı işıqlandıran 3 jurnalisti də həbs edib. Onlar "Assoşieyted Press"in əməkdaşı Karen Metyuz, Set Veniq və "New York Daily News"un əməkdaşı Metyu Lisyakdır.
Media nümayəndələri çadır düşərgələrinə hücum edən polis əməkdaşlarının hərəkətlərini işıqlandırırmışlar. Özü də onlar qandallanıblar. Bu zaman yüzlərlə insan "Demokratiya budurmu?" şüarları səsləndiriblər".
"Baxın demokratiya budur" şüarı səsləndirən etirazçılar deyirlər ki, polisin parkı təmizlik və təhlükəsizliyin təmin edilməsi adıyla boşaltması sadəcə bəhanədir. Nyu-York Ali Məhkəməsi mer Maykl Blumberqin isə çadır şəhərciyinin ləğv edilməsi ilə bağlı qərarını qanuni sayıb."Wall Street-i işğal et" hərəkatının düşərgəsi dağıdılsa da, etiraz aksiyaları davam edir. Hərəkat nümayəndələri Nyu-York polisinin Zuccotti parkını təmizləmək əməliyyatına yeni nümayişlərlə cavab veriblər.
Kaliforniya Universitetinin ətrafında toplaşan bir qrup etirazçı yeni "Kaliforniyanı işğal et" düşərgəsi qurmağa çalışıb. Universitetin tələbə birlikləri və universitet işçilərinin həmkarlar ittifaqları düşərgə tətilinə və yürüşə çağırıb.
Göründüyü kimi, öz xalqına divan tutan, insanları bir qrup kapitalistin vəhşicəsinə istismar etməsinə şərait yaradan və dünya ölkələrindən özünün etdiklərini etməməyi tələb edən dövlətin çöküşü başlayıb. Bu, əslində, təkcə bu jandarm dövlətin yox, həm də kapitalizmin çöküşüdür.
Elçin Bayramlı