Son vaxtlar Azərbaycan mətbuatının gündəmində olan və əsas müzakirə olunan mövzulardan biri də "Siyasi partiyalar haqqında" Qanun layihəsinə nəzərdə tutulan əlavə və dəyişikliklərdir. 1992-ci ildə "Siyasi partiyalar haqqında" Qanun layihəsinə əlavə və dəyişikliklər edilməsinə baxmayaraq, artıq demək olar ki, sözügedən bu qanun layihəsinə yeni dəyişikliklərin edilməsinə ehtiyac duyulur. Maraqlı və diqqətçəkən məqam ondan ibarətdir ki, radikal müxalifət partiya sədrləri "Siyasi partiyalar haqqında" Qanun layihəsinə əlavə və dəyişikliklər edilməsindən narahatdır. Nəyə görə radikallar bu qanun layihəsinə yeni dəyişikliklərin edilməsindən narahatdır? Vəhdət Partiyasının sədri Tahir Kərimli bizimlə söhbətində bildirdi ki, "Siyasi partiyalar haqqında" Qanun layihəsinə əlavə və dəyişikliklər edilməsindən ölkədə fəaliyyət göstərən bütün siyasi partiya liderləri tam şəkildə razı qalan deyil. Çünki hər bir partiya sədri istəyər ki, dövlət tərəfindən maliyyələşsin. Amma dövlətin də partiyaların maliyyələşməsi ilə bağlı bir mexanizmi və resursu var ki, yəni həmin partiyalar müəyyən mexanizmi daxilində dövlət büdcəsindən maliyyələşə bilər. Bir sözlə, dövlətdən o partiyaları maliyyələşə bilər ki, ilk öncə, həmin partiyalar dövlət qeydiyyatından keçsin. İkincisi, seçkilərdə iştirak etsin. Üçüncüsü, keçirilən seçkilərdə səs toplasın. Dördüncüsü, parlamentdə təmsilçiliyə uyğun, yəni deputatların sayına uyğun əmsallar əlavə olsun. Beşincisi isə, həmin partiyaların sosial bazası olsun ki, ölkə ərazisinin bir çox hissəsində sözügedən partiyaların strukturları olmuş olsun. Əks halda, bildiyiniz kimi, ölkədə çoxlu sayda qeydiyyata alınmış partiyalar var ki, təbii ki, bu partiyalarda dövlət tərəfindən maliyyə vəsaiti almaq niyyətində olacaq. Bir sözlə, qeyd etdiyim prinsiplərə cavab verə bilməyən partiyalar sözügedən maliyyədən kənarda qalacaq.
T.Kərimli qeyd edərək, bildirdi ki, ölkədə keçirilən seçkilərdə yaxından iştirak edən və səs toplayan partiyalar dövlət büdcəsindən maliyyələşə bilər. Bir sözlə, haqqı olan partiyalar sözügedən maliyyə dəstəyindən bəhrələnməlidir.
Partiya sədri onu da əlavə edərək, bildirdi ki, artıq demək olar ki, "Siyasi partiyalar haqqında" Qanun layihəsinə edilən əlavə və dəyişikliklərin yeniləşməsinə ehtiyac var. Çünki 1992-ci ildə bu qanun layihəsinə əlavə və dəyişikliklər olunub. Ona görə də, ümid edirəm ki, "Siyasi partiyalar haqqında" Qanun layihəsinə ediləcək əlavə və dəyişikliklər ölkədə fəaliyyət göstərən siyasi partiyaların daha da yaxşı inkişaf etməsinə səbəb olacaq.
Vəhdət Partiyasının sədri T.Kərimli "Siyasi partiyalar haqqında" Qanun layihəsinə ediləcək dəyişikliklərdən radikal müxalifət partiya liderlərinin narahatçılıq keçirməsinə də aydınlıq gətirərək, bildirdi ki, radikal müxalifət düşərgəsində olan partiya sədrləri parlamentdə təmsil olunub parlamentə düşə bilməyib. Yəni, müxalifət partiya liderləri parlamentdə yer tutmayıblar. Əgər burada partiyaların maliyyələşməsi ilə bağlı ən əsas kriteriya olarsa, yalnız parlament seçkilərində iştirak edərək, qalib gələn partiyalar dövlət büdcəsindən maliyyələşə bilər. Belə olan halda da, radikal müxalifət partiyaları dövlət tərəfindən maliyyə dəstəyi ala bilən deyil. Ona görə də, müxalif partiya rəhbərləri sözügedən maliyyə yardımlarından kənarda qalacaq deyə narahatçılıq hissi keçirir.
GÜLYANƏ AĞAKƏRİMOVA