PDF Oxu

Müxalifət

  • 26

Radikal düşərgədə nüfuz savaşı davam edir

Radikal düşərgədə nüfuz savaşı davam edir

Son dövrlər ALP, "VİP", "KAXCP" də AXCP (i)-Müsavata cütlüyünə qarşı mübarizə aparır. Onu da qeyd etmək lazımdır ki, bu məsələdən daha çox Müsavat partiyasının başqanı İ. Qəmbərov yararlanmaq istəyir. Özü də sudan quru çıxmaq istəyir. Müsavat başqanı bu məqsədlə həmkarı Ə. Kərimovu irəli verib. Nəzərə almaq lazımdır ki, son zamanlar "İctimai Palata" ilə bağlı bütün fikirləri, bəyanatları AXCP (i) rəsmiləri səsləndirir. Bütün bunlar, onu deməyə əsas verir ki, öz həmkarlarını çirkin siyasətinə qurban verən Müsavat partiyasının başqanı İ.Qəmbərovun hədəfində AXCP (i) sədri Ə.Kərimovdur. Yəni Müsavat başqanı öz siyasi ambisiyaları naminə dost dediyi Ə.Kərimovu qurban verir. Görünür, AXCP (i) sədri və adıçəkilən partiyanın digər funksionerləri İsa "bəy"in hiyləsindən baş tutmayıblar. Baş tutanda isə artıq gec olacaq. Görəsən, Müsavat başqanı nə vaxta qədər belə hiylələrlə siyasətdə qalacaq? Təbii ki, onun həmkarı Ə.Kərimov da az aşın duzu deyil. Çünki AXCP (i) sədri də İ.Qəmbərov kimi neçə "dostlarını" öz çirkin niyyətlərinə qurban verib. Yəni özgəsinə quyu qazan Əli "bəy" özü də növbəti qurbana çevriləcək.

Radikal müxalifət partiyaları hər dəfə qeyd edirlər ki, Azərbaycanda demokratiya yoxdur. Ölkəmizin sosial, iqtisadi, demokratik inkişafı beynəlxalq təşkilatlar tərəfindən müsbət qarşılansa da, Müsavat partiyasının başqanı İsa Qəmbərov, AXCP (i) sədri Əli Kərimov və digər "bəy"lər ölkəmizdə vəziyyətin ağır olduğunu bildirirlər. Ancaq həqiqət onlar dediyi kimi deyil. 20 ildir ki, müstəqil olan Azərbaycan dövləti müsbət məcrada idarə olunur və güclü dövlət kimi görsənir. Azərbaycanda gender bərabərliyi, vətəndaş azadlığı sahəsində də vəziyyət müsbətdir. Ancaq təəssüf ki, xalqımıza, vətənimizə düşmən mövqedə olan "Amnesty İnternational" təşkilatının hesabatı çox reallıqdan kənar olub, həqiqəti əks etdirmir. Azərbaycan işğala məruz qalan bir dövlətdir və bu məsələ regionda demokratiyanın inkişafına mane olur. Lakin adıçəkilən təşkilatın hesabatında Dağlıq Qarabağ münaqişəsi öz əksini tapmayıb. Belə olan tədqirdə, radikallar "bəy"lər nə üçün üzdəniraq təşkilatın hesabatını müsbət qarşılayırlar? Bu da, onu deməyə əsas verir ki, radikallar üçün əsas öz maraqlarıdır, yəni onlar XALQI DÜŞÜNMÜR. "Amnesty İnternational" təşkilatının Azərbaycanla bağlı hazırladığı hesabata toxunaraq, bildirdilər ki, bu hesabat həqiqəti əks etdirmir. Bu cür hesabatlar respublikamız əleyhinə olan qərəzli hesabatlardan biridir.


ANAR MƏCİDZADƏ

Digər xəbərlər