PDF Oxu

Müxalifət

  • 27

“İctimai Palata”dan çıxan növbəti hoqqabazlıq

“İctimai Palata”dan çıxan növbəti hoqqabazlıq

Son günlər "İctimai Palata" tərəfindən yaradılan və yararsızlıqları ilə diqqət çəkən "qruplara" biri də əlavə olundu. Belə ki, budəfəki məsələ də öncəkilərdə olduğu kimi, ictimai maraqlardan kənar qalmağı ilə yanaşı, sağlam düşüncəli cəmiyyətin radikal müxalifət ünsürlərinə qarşı olan hiddətini artırdı. Az qala özlərini "alim", "hüquqşünas", "iqtisadçı" yaxud daha nə isə "şünas" qismində təqdim edən düşük "palataçılar"ın süni pafosları sadəcə şəxsi mənafelər üzərində qurulan siyasi blefdən başqa heç nə deyil. Çünki bir "palatanın" ki, başında İsa Qəmbərov, Əli Kərimov kimi xəyanət simvolları dayanıb, o zaman onların ətrafındakıların da onlardan heç də geri qalmadıqları agah olur.

"İctimai Palata" hoqqabazlarının bu dəfə yadlarına nə düşüb? Məhz bu sual ətrafında cərəyan edən məsələyə diqqət verərkən görürük ki, daha öncələr öz arzularına vara bilməyənlərin "ağıllarına" yeni "ideya" gəlib və həmin "ideyanın" adı guya "yüz minlərlə"(?!) insanın "qeydinə qalmaq"dan ibarətdir. Lakin gəlin məsələni bir az da dəqiqləşdirək.

Xatırladaq ki, hələ yay aylarında keçmiş Basin, indiki Füzuli küçəsində aparılan tikinti-quruculuq işləri ilə əlaqədar, orada yaşayan sakinlərə dövlət tərəfindən müvafiq miqdarda maddi vəsait ödənilmişdi. Ancaq bəzi insanlar siyasiləşmiş QHT-lərin, onların havadarları olan radikal müxalifətin küyünə aldanıb buna qarşı etiraz etməyə cəhdlər göstəriblər. Amma yanlış yolda olduqlarını anladıqdan sonra, onlara ödənilən maddi vəsaitləri, eləcə də, mənzilləri qəbul edib, kənara çəkiliblər. Xüsusilə, bu işdə "Sülh və Demokratiya İnstitutu"nun rəhbəri, erməni lobbisinin sifarişlərini həyata keçirən, bu gün də Haykanuş və Akoplarla can bir qəlbdə olan Leyla Yunusova daha çox canfəşanlıq göstərib.

Belə bir "tədbir" adı ilə toplaşan "İctimai Palata"nın avtoritar idarəçiləri Müsavat başqanı İsa Qəmbərov, AXCP (i) sədri Əli Kərimov əllərinə düşən "fürsətdən" yaxşıca istifadə etməyə səy göstəriblər. Onlar sözügedən "tədbirdə" elə bir çıxış ediblər ki, bu çıxışlardan "vəcdə" gələn "palata" üzvləri tələm-tələsik bir "işçi qrupu" da yaradıblar. Adını da qoyublar ki, "evləri, əmlakı zorla sökülən, əlindən alınan vətəndaşlara hüquqi yardım göstərmək məqsədilə vəkil və iqtisadçılardan, habelə, hüquqları pozulan sahibkarlardan ibarət işçi qrupu"(?!)

Adama (bunlara deyil, başa düşən adama - R.) deyərlər ki, bu uzunluqda qondarma qurum adı olarmı? Yəni bir şeyin ki, ictimai marağı yoxdursa, ona ad qoyub reklam olunmağın hansı mənası ola bilər? Çünki "İctimai Palata" yuxarıda qeyd etdiyim kimi, "gənclər birliyi", "qadınlar şurası" kimi lüzumsuz qurumlar yaratdı və həmin qurumların ömrü-günü bir neçə ay çəkdi. Görünür, bu dəfə də belə olacaq. Çünki Azərbaycanda heç bir vətəndaşın hüququ pozulmur və hüquqları pozulan şəxslərə məhz dövlət tərəfindən müvafiq yardımlar ayrılır, hüquqi xidmətlər göstərilir. O cümlədən də, əgər sabah kimsə AXCP (i) sədrinin, Müsavat başqanının boynunun ardından Həzrət Abbas şilləsi vuraraq, onların hüquqlarını pozsa buna da müvafiq orqanlar qanuni şəkildə müdaxilə edib, günahkarı cəzalandıracaq. Ona görə ki, ölkədə onların zamanında olduğu kimi dərəbəylik deyil, hər şey qanunla ölçülür!

Digər tərəfdən, "işçi qrupu" qala-qala orada söz alan Ə.Kərimovun, İ.Qəmbərovun yekə-yekə danışmaları aranı qızışdırmaq cəhdlərinə də hüquqi qiymət verilə bilər. Yəqin ki, onda da "Ə.Kərimovla İ.Qəmbərovun gününə ağlayan işçi qrupu" yaradılacaq. Çünki onlardan hər necə desən düşüklük gözləmək mümkündür...


RÖVŞƏN

Digər xəbərlər