PDF Oxu

Müxalifət

  • 37

Rəsul Quliyevin müxalifətə yazığı gəlir?

Rəsul Quliyevin müxalifətə yazığı gəlir?

"ACP" sədri Rəsul Quliyevin son günlər sərsəm bəyanatlar verməsi ictimaiyyətdə kəskin qınaq hədəfinə çevrilib. Belə ki, "ACP" sədrinin gah yaxın ərəfələrdə yenidən ölkəyə qayıdacağı ətrafında verdiyi boş vədləri, "müqavimət hərəkatı" adlı qurum yaratmaq cəhdi, ictimaiyyətlə yanaşı, bütövlükdə müxalifət düşərgəsinin də etirazına səbəb olub. Çünki qeyd olunanlarla birgə, eks-spikerin siyasi ölü olduğu hər kəsə bəllidir.

Onun bir zamanlar müxalifət koalisiyası yaratmaq cəhdləri, həmin cəhdlərinin boşa çıxması, sonradan siyasi hadisələr ərəfəsində ölkəyə qayıdacağı ilə bağlı verdiyi yalançı vədləri, həmin vədlərini yerinə yetirə bilməməsi, ümumilikdə, yalnız qondarma pafoslara söykənməsi R.Quliyevin kim və nə olduğunu yetərincə təsdiqləyib. Məhz bu səbəbdən də, "ACP" sədrinin budəfəki boşboğazlığı cəmiyyətdə istehza doğurur. Çünki bütün mənalarda bu adamın xisləti hər kəsə gün kimi aydındır. Lakin heç bir siyasi, elektorat və nüfuz dayağı olmayan birisinin anidən daha böyük iddialara düşməsi bu adamın ağıl-dərrakəsinin heç də yerində olmamasını ehtiva edən gerçək dəlildir.

Xatırladaq ki, Azərbaycana qayıtmaq haqqında düşündüyünü bəyan edən R.Quliyev "müqavimət hərəkatı" yaratdığını da elan edib və onu qəbul etməyən xalqa müraciət ünvanlayıb. Məsələnin digər tərəfi də ondan ibarətdir ki, müxalifətin olmayan (və olamayacaq) birliyindən sərsəmləyən eks-spiker düşərgə rıçaqlarını əlinə keçirmək üçün deyib ki, "İctimai Palata"da bir sıra insanlar, təşkilatlar toplaşıb. Ancaq onların hansısa məsələyə qarşı konkret addım atmaq şansları yoxdur. Ona görə ki, toplum olaraq dəstək verənlərin sayı çox azdır".

Əslində, bir həqiqətdir ki, "İctimai Palata" yararsız qurum olaraq, çoxdan öz funksiyasını itirib. Məhz bu nüfuzsuzluqdan sui-istifadə etməyə cəhd edən R.Quliyev "müqavimət hərəkatı" yaratdığını dərhal bəyan edərək, guya müxalifətdə yeni birlik yaradacağını bəyan edib. Yəni "İctimai Palata"nın yerinə guya daha nüfuzlu "hərəkat" yaradacağını düşünür. Bu isə, onu deməyə əsas verir ki, R.Quliyev daha sərsəm bəyanatlar verməklə öz şəxsi ambisiyalarını həyata keçirməyə cəhd göstərir: " Bunu dəfələrlə dediyim üçün müxalifətdəki bəzi insanlar mənə düşmən kimi baxırlar. Əslində, onlara ürəyim yandığından və onları istədiyimdən bu sözləri deyirəm. Əgər bir iş görə bilmirsənsə, onu heç vaxt elan etmə".

R.Quliyev, yuxarıda qeyd etdiyimiz kimi, bir az da irəli gedərək, daha ciddi siyasi hadisələrdə iştirak edəcəyini bəyan edib. Bəyan etməyinə edib, ancaq bu əsnada xalqa həqarət də edib. Bir kəs ki, şəxsi mənafelərinə görə xalqa həqarət edirsə, demək bu insandan alçaq və ləyaqətsizi yoxdur! Xatırladım ki, hələ 2003-cü ilin prezident seçkiləri ərəfəsində bütöv bir xalqa "qoyun" deyə xitab edən R.Quliyev bunun müqabilində lazımi cavabını almışdı. Hətta ABŞ-da yaşayan azərbaycanlılar ona qarşı sərt təpkilərdə bulunmuş, R.Quliyevi ermənilərə satılmış donuz kimi qələmə vermişdilər. Bu gün onun yenidən xalqa həqarətlər etməsi, bütöv bir xalqı "yetim" adlandırması R.Quliyevin həm də alçaq, rəzil və şərəfsiz olduğunu sübut edir. Belə olan zaman, onun guya ölkəyə qayıdacağı, siyasi proseslərdə iştirak edəcəyi ona çox baha başa gələ bilər. Yəni R.Quliyevin gələcəyi varsa, görəcəyi də olacaq! Çünki xalqın əlindən qurtulmaq qeyri-mümkündür...


R.RƏSULOV

Digər xəbərlər