PDF Oxu

Müxalifət

  • 42

Müxalifətin 20 ildən bəri şüarları və bəyanatları dəyişməyib

Müxalifətin 20 ildən bəri şüarları və bəyanatları dəyişməyib

Bu gün Azərbaycanın istər radikal, istərsə də konstruktiv müxalifət düşərgəsində "birləşmə və konsolidasiya", "koalisiyalar" barədə, az qala, hər kəs danışır. Eyni zamanda, guya "bir araya gəlməyin" gündəmdəki əsas məsələ olduğunu da əksər siyasətçilər vurğulayırlar. "İctimai Palata", "Qarabağ" bloku və "Üçlər" qrupu məhz bu istiqamətdə olan "birləşmə" məqsədli siyasi strukturlar kimi təqdim olunur. Lakin bütün bu cəhdlərə baxmayaraq, müxalifət düşərgəsi təmsilçiləri, ümumilikdə, heç bir nailiyyət, müvəffəqiyyət əldə edə bilmirlər. Çünki ortada bir məqsəd mövcuddur, azsaylı, hətta olmayan "elektoratı" ört-basdır etmək üçün bu cür manevrlərlə ictimaiyyətə sırınmaq.

Bu məsələ barədə münasibətini bildirən politoloq Zərdüşt Əlizadə qeyd edib ki, fəqət, birləşmə barədə çox bəhs olunsa da, həmin istiqamətdə effektiv və konkret addımlar yoxdur və olmayacaq da: "Mən müxalifətin indiki formatda və şəraitdə birləşməsinə inanmıram. Onların 20 ildən bəri şüarları və bəyanatları dəyişməyib. Bu adamlara güvənən adam qalıbsa, çox yanılır. Şəxsən mən onlara güvənmirəm, inanmıram". Z.Əlizadə tərəfdaşı olduğu sosial-demokratların da siyasi arenada heç bir nəticə hasil edə bilməməsi məsələsinə toxunub. Politoloqun fikrincə, müxalifətdəki sağçı və solçu qüvvələrin zəif olduğu bir dönəmdə sosial-demokratların da, faktiki olaraq, apatikliyi mövcuddur. Çünki cəmiyyətin bu istiqamətdə tələbi və ya siyasi çağırışı yoxdur. Z.Əlizadə müxalifətdəki solçu qüvvələrin vəziyyətindən danışarkən bu tipli təşkilatların ölkədə perspektivi olmadığını vurğuladı: "Solçuların və kommunistlərin də perspektivlərini görmürəm".

RÖVŞƏN

Digər xəbərlər