PDF Oxu

Müxalifət

  • 12

“Demokratik hüquqi  dövlətdə, qanunsuz  keçirilən istənilən  aksiyanın qarşısı alınır”

“Demokratik hüquqi dövlətdə, qanunsuz keçirilən istənilən aksiyanın qarşısı alınır”

Ümidsiz və zəif durumda olan radikal müxalifət liderləri düşdükləri böhranlı vəziyyətdən çıxmaq üçün müxtəlif şou və məzhəkələr qurmaqdadırlar. Bu yöndə "İctimai Palata"da təmsil olunan ünsürlərin və "ACP" lideri Rəsul Quliyevin qeyri-ciddi açıqlamaları və təklifləri daha çox diqqəti cəlb edir. Bəzi ekspertlər bunu radikalların stress vəziyyətində olmaları, bəziləri isə xaricdən verilən yeni tapşırıqlarla əlaqələndirirlər. "Yurddaş" partiyasının sədri Mais Səfərli isə bizimlə söhbətində radikalların hay-küylərini onların ağır depressiya vəziyyətinə düşmələri ilə əlaqələndirdi.

M.Səfərlinin sözlərinə görə, Rusiyada keçirilən parlament seçkilərindən sonra müxalifətin fəallaşması, Azərbaycan müxalifətini həvəsə gətirib: "Rusiyadan fərqli olaraq, ölkəmiz tamamilə fərqli bir məkandır. Yəni, Azərbaycanda demokratik seçki ənənəsi var. Bir sözlə, hər bir siyasi qüvvə öz gücünü sınamaq üçün ölkədə keçirilən bütün seçkilərdə iştirak etməlidir. Demək olar ki, ölkədə keçirilən seçkilər, hər bir siyasi təşkilatın çəkisini müəyyən edən bir meyardır. Bu baxımdan, düşünmürəm ki, Azərbaycanda olan radikal müxalifət qüvvələri ölkədə hər hansı bir aksiya keçirməyə cəhd etsin. Yəni, radikal müxalifət düşərgəsində olan qüvvələrin ölkədə kütləvi şəkildə aksiyalar keçirməyə heç bir siyasi gücləri yoxdur.

"Yurddaş" sədrinin fikrincə, müxalifət liderləri, ilk öncə, təmsil etdikləri partiyaların quruculuğuna fikir verməli və islahatlar aparmalıdılar: "Ölkəmizdə fəaliyyət göstərən radikal müxalifət partiyalarının əksəriyyəti 1990-ci illərdən necə yaranıbdırsa, indinin özündə də həmin vəziyyətdə qalmaqdadır. Həmin partiyalar öz tərəfdarlarını itirə-itirə getməkdədilər. Adıçəkilən partiyalar sədrlərindən və ətraflarında olan 3-4 nəfərdən ibarətdirlər. Bütün bunlar onların inkişafının zəifliyindən xəbər verir. Radikal müxalifət partiya liderləri öz varlıqlarını ölkədə icazəsiz aksiyalar keçirməklə bildirmək istəyirlər. Amma onların bu istəklərinin həyata keçməsi qeyri-mümkündür. Çünki Azərbaycan demokratik-hüquqi dövlətdir. Demokratik-hüquqi dövlətdə, qanunsuz keçirilən istənilən aksiyanın qarşısı alınır.

GÜLYANƏ

Digər xəbərlər