PDF Oxu

Müxalifət

  • 10

“İctimai Palata”da qarşıdurma davam edir

“İctimai Palata”da qarşıdurma davam edir

Məlum olduğu kimi, bu gün radikal müxalifət düşərgəsində qarşıdurmalar davam etməkdədir. Qarşıdurmaya səbəb Pənah Hüseynovla Hacı İlqar İbrahimoğludur. Belə ki, adıçəkilən şəxslərin "İctiami Palata"nı İranın bəzi dairələrinin dəstəyi ilə dini yönümdə idarə etməsi düşərgədə narazılıqla qarşılanıb. Elə müxalifət mətbuatında da artıq savaşın əsası qoyulub. Yəni tərəflər biri-birini ittiham etməkdən belə çəkinmirlər. Belə ki, radikal müxalifət düşərgəsində təmsil olunan gənclər P.Hüseynovla İ.İbrahimoğlunun əməllərinin müxalifəti geriliyə, cəhalətə sürükləməkdə ittiham edirlər. Molla təfəkkürlü Pənah və İlqar "bəy"lər, öz növbəsində, qarşı tərəfi milli dəyərlərdən uzaq olmaqda ittiham edirlər. Bir qrup müxalifət gənci Müsavat partiyasının başqanı İsa Qəmbərova səslənərək, qeyd edirlər ki, "P.Hüseynovla İ.İbrahimoğlu radikal müxalifət düşərgəsini məhvə doğru aparır. Onların fikirləri, əməlləri bizim ideyalara tam ziddir. Onlar Rauf Arifoğlu kimi sənin ayağının altını qazımaqla məşğuldur. Təcili olaraq həmin şəxslər "İctimai Palata"dan uzaqlaşdırılmalıdır." Bütün bunlar onu deməyə əsas verir ki, radikal müxalifət düşərgəsində gənclərlə yaşlı nəsilin açıq savaşı göz önündə davam etməkdədir. P.Hüseynov özü təkbaşına müxalifətçi gənclərlə mübarizəsini davam etdisə də, "İctimai Palata"nın koordinasiya şurasının üzvü İ. İbrahimoğlu Müsavat Partiyasının başqanı İ.Qəmbərov və AXCP (i) sədri Ə.Kərimovu önə veriblər. Belə ki, müxalifət liderləri İ.İbrahimoğlunun müdafiəsinə qalxaraq, tərəfdarı olduqları gəncləri ittiham ediblər. Necə deyərlər, İsa və Əli kimi "bəy"lər bir mollaya görə, ətrafındakı gəncləri özlərinə düşmən edirlər. Bu da radikal müxalifət liderlərinin "gənclər siyasəti"dir.

"Bəy"lər qeyd edirlər ki, bizi (radikal düşərgəni) Qərb dəstəkləyir. Əgər belədirsə, nə üçün radikallar Qərbə düşmən olan molla-fars rejiminin təsiri altında olan və onların ideologiyasını ölkəmizdə dəstəkləyən molla təfəkkürlü şəxsləri önə veriblər. Bu da, onu deməyə əsas verir ki, radikal müxalifət liderlərinin Qərb dünyasına olan "sevgisi" səmimiyyətdən uzaqdır. İkinci bir tərəfdən Allah eləməsin, onlar hakimiyyətə gələrlərsə, Azərbaycanda cəhalət hökm sürəcək və Qərb də bundan yararlanaraq, ölkəmizdə ictimai-siyasi vəziyyəti gərginləşdirəcək. Bu isə arzuolunmaz haldır. Açıq şəkildə qeyd etmək lazımdır ki, QƏRB MOLLA TƏFƏKKÜRLÜ "BƏY"LƏRİ HEÇ ZAMAN DƏSTƏKLƏMƏYƏCƏK!

ALP sədri Əvəz Temirxan və ADP sədri Sərdar Cəlaloğlu mətbuata açıqlamalarında açıq şəkildə qeyd ediblər ki, biz Müsavatla AXCP (i)-ni birliyə dəvət etsək də, onlar bundan imtina etdilər. "Onları müxalifət adlandırmaq olmaz. Həmin "bəy"lər müxalifətin birliyində deyil, parçalanmasında maraqlıdırlar"-deyə S.Cəlaloğlu ilə Ə.Temirxan vurğulayıb. Bütün bunlar onu göstərir ki, düşərgədə tərəflərin qarşıdurması davam edir və bu da yaxın gələcəkdə DÜŞƏRGƏNİN MƏHVİ ilə nəticələnəcək.


ANAR

Digər xəbərlər