PDF Oxu

Müxalifət

  • 8

Siyasiləşmiş QHT-lər növbəti sifarişli məlumat yayıblar

Siyasiləşmiş QHT-lər növbəti sifarişli məlumat yayıblar

Azərbaycanda fəaliyyət göstərən bir sıra QHT-lər xaricdən qrantlar qazanmaq naminə növbəti dəfə xəyanətkar addım atıblar. Onların bu tipli xəyanətləri, əslində, birinci deyil və sözügedən faktor artıq bu tip QHT-lərin qaranlıq xislətlərində dəfələrlə özünü göstərib. Onlar xaricdə fəaliyyət göstərən anti-Azərbaycan meyilli fondlarla əməkdaşlıqlar edərək, çirkin ambisiyalarını reallaşdırmağa səy göstərirlər. Eləcə də, qanunvericiliyi pozan həmin QHT-lər və "hüquq müdafiəsi" təşkilatları bilavasitə müxalifətdəki siyasi partiyalarla müxtəlif cür qaranlıq əməkdaşlıqlar edərək, dəfələrlə icazəsiz aksiyalarda iştirak etmiş, nəticədə öz fəaliyyətlərini siyasi istiqamətə çevirmişlər.

Bu isə bir çox məqamlarda onların kim və nə olduqlarını sübuta yetirib. Bu günlər "Azərbaycan İnsan Hüquqları Müdafiə Mərkəzi" adı altında fəaliyyət göstərən qondarma qurum özü kimi də qondarma hesabat açıqlayıb. Həmin qondarma hesabata isə "hüquq müdafiəçiləri" Novella Cəfərova, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Əvəz Həsənov, Eldar Zeynalov, Zəlihə Tahirova dəstək veriblər. Çünki burada onların da qrant payları var və öz xəyanətkar əməlləri sayəsində "hesabatlar" verirlər.

Guya, Azərbaycanda "işgəncə" faktının olduğunu iddia edən bu siyasi dələduzlar bir az da irəli gedərək xarici ağalarına yalmanmağa davam edirlər. Belə ki, sözügedən böhtanlı "hesabatın" Azərbaycanla bağlı hissəsində yazılıb ki, 2010-2011-ci illərdə guya ölkədə insan haqlarını vəziyyəti daha da pisləşib. Onların iddialarına görə, ATƏT seçkilərin qeyri-demokratik keçdiyini bəyan edib. Ancaq bu barədə bir dənə də olsun belə fakt ortaya qoymayıblar. Əksinə, ictimaiyyətə də bəllidir ki, ölkədə keçirilən nəinki parlament seçkiləri, eyni zamanda, digər seçkilər tam demokratik şəraitdə keçirilib və həmin seçkilərin hər biri nüfuzlu beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilib. Bununla yanaşı, hər il dövlət başçısının humanist addımları sayəsində neçə-neçə məhbuslar azadlığa buraxılırlar.

Bir daha bəlli olur ki, özlərinin maddi vəziyyətlərini təmin etməkdən ötrü hər bir rəzilliyə imza atan siyasiləşmiş QHT rəhbərləri hər an, hər dəqiqə Azərbaycanı satmaqla, bu ölkəyə xəyanətlər etməklə məşğuldurlar. Sonda onu da əlavə etmək lazımdır ki, "Amnesty İnternational", "Frankafoniya", "Sigrid Rausing Trust" kimi qərəzli xarici təşkilatlar da bu kimi xəyanətkartlardan bəhrələnərək, ölkəmizlə bağlı qeyri-real hesabatlar yayırlar. Lakin çox yəqin ki, onların da qeyri-qanuni əməllərinə hüquqi müstəvidə son qoyulacaq. Çünki ən azından Azərbaycana qarşı qeyri-obyektiv və qərəzli təşkilatların bu cür əməllərindən ictimaiyyət də hiddətlənir.


Rəfiqə Hüseynova

Digər xəbərlər