PDF Oxu

Müxalifət

  • 12

“Birləşərkən” parçalananlar

“Birləşərkən” parçalananlar

Müxalifət düşərgəsində radikal kəsim kimi tanınan "ənənəvi müxalifət" təmsilçiləri bir araya gəlmək üçün nə qədər səy göstərsələr də, bu, onlarda alınmır. Belə ki, ortada şəxsi mənafelərin olması, güzəştlərə gedilməməsi səbəbindən sözügedən sahədə daha dərin parçalanmalar əmələ gəlir. Bu isə, bir daha onu deməyə əsas verir ki, əslində, "birləşmək" kimi süni ideyalarla çıxış edən müxalifət liderləri belə bir məqamda ictimaiyyətə "var" olduqlarını sırımağa cəhd edirlər. Buna isə, ümumiyyətlə, siyasət adı vermək mümkün deyil.

Eyni zamanda, radikal müxalifətin təmsilçilərinin də ara-sıra bu kimi hadisələrə münasibət bildirmələri, olanları etiraf etmələri qeyd olunanların gerçəkliyini sübut edir. Onlarla yanaşı, bir vaxtlar müxalifətdə təmsil olunmuş tanınmış şəxslər də məsələyə münasibət bildirməkdən çəkinmirlər. Belə ki, bir zamanlar AMİP sədri vəzifəsini icra edən Ayaz Rüstəmov son vaxtlar müxalifətin radikal qanadında baş verənlərə şəxsi münasibətini açıqlayıb. Onun fikrincə, Azərbaycanın müxalifət düşərgəsində qüvvələri bir araya gətirmək və birləşməklə bağlı indiyədək çox bəyanatlar olub. Amma həmin bəyanatlar real, konkret nəticə verməyib: "Müxalifət düşərgəsində "İctimai Palata", "Üçlər" qrupu və "Qarabağ" bloku indi faktiki olaraq xaotik, sistemsiz fəaliyyət göstərən qüvvələri birləşdirməyə, bir mərkəzə toplamağa çalışsalar da, onların səylərinin effektivlik səviyyəsinin yüksək olacağı şübhə doğurur. Müxalifətin birləşməsi ilə bağlı səylər və fəallaşmanı isə yalnız bəyanatlar səviyyəsində olan hərəkətlər hesab edirəm. Həmişəki kimi, belə fəaliyyət, belə səylər qabaqlayıcı xarakter daşıyır".

A.Rüstəmov radikal müxalifət liderlərinin milli maraqlar və mənafelər baxımından da fəaliyyət göstərmədiyini etiraf edib. Onun fikrincə, düşərgə liderləri şəxsi mənafelərini, dividend savaşlarını bir kənara qoyub, milli, dövlətçilik maraqlarından çıxış etməlidirlər: "Müxalifətdə heç olmasa milli maraqlar, dövlət və milləti narahat edən ümumi məsələlər və mənafe baxımından birlik gərəkdir. "İctimai Palata"da isə gündə bir dəyişiklik olur, orada qarşıdurmalar höküm sürür. Bu isə müxalifətin bir daha parçalanacağına olan işarədir".


RÖVŞƏN

Digər xəbərlər