PDF Oxu

Müxalifət

  • 10

2012-yə çıxa bilməyən radikalizm və ya 2011-in nəticələri və gerçəkləşmiş proqnozlar

2012-yə çıxa bilməyən radikalizm və ya 2011-in nəticələri və gerçəkləşmiş proqnozlar

Ölkədə ilin son günlərində baş verən müxtəlif olaylar bir daha təsdiqləyir ki, Azərbaycanın siyasi həyatına müdaxilə etmək qabiliyyətində olduqlarını iddia edən radikal müxalif təşkilatların, partiyaların sırası get-gedə daralmaqdadır. Artıq bunun müxtəlif simptomları müşahidə edilməkdədir. Dünənə qədər bir sıra siyasi proseslərdə "əsas iradə sahibi" kimi qələmə verilən radikal müxalifət düşərgəsi naşılığı ucbatından aldığı zərbələrdən özünü itirmək dönəminin son mərhələsini yaşayır. Siyasi prosesləri dəyişmə, müəyyənləşdirmə istiqamətində ortalıqda görünən cəhdlər isə miqyasının kiçik olması səbəbindən daha çox özfəaliyyət, yaxud dərnək meyillərini xatırladır. Əlbəttə ki, bu da ciddi şəklində nələrinsə dəyişilmə ehtimallarını sıfıra endirir. Bir sözlə, radikal müxalifət 2012-ci ilə yox şəkilndə girir ki, bu da yeni ildə heç də köhnə, yaxud "ənənəvi" müxalifətin yaşaması demək olmayacaq. Təbii ki, belə bir şəraitin yetişməsinə səbəb olan bir çox ciddi faktorlar mövcuddur. Odur ki, burada bir sıra həmin amilləri müəyyənləşdirməyə çalışacağıq. Söz yox ki, bir vaxtlar radikal müxalifət düşərgəsinin dayağı onun sosial eloktoratı idi. Lakin belə müəyyən qüvvəyə malik olan müxalifətin heç bir siyasi dəyişiklik yarada bilməməsi səbəbindən get-gedə ciddi, kütləvi şəkildə eloktorat itkisi yaşamalı oldu. Bu itkinin yaranmasının bir səbəbi heç bir siyasi uğurların əldə olunmamasıdırsa, ikincisi səbəbi, bu itki həm də siyasi müxalifətin daxili çəkişmələri nəticəsində, daha da geniş miqyası əhatə etməsidir. Nəticədə, müxalifət düzənlədikləri aksiyalarda ciddi şəkildə problem yaşadı. Bundan əlavə, müxalifət qüvvələrinin mövqelərini gücləndirən, onların siyasi proseslərə təsir imkanlarını artıran bir başqa amil isə ortalıqda olan liderlər və onların keyfiyyətlərilə bağlı idi. Yəni məhz bu səbəbdən bu gün müxalifət qüvvələri daha zəif görünməklə yanaşı, həm də hadisələrə təsir imkanlarını itiriblər. Müxalifət düşərgəsini dünənə qədər baş verən siyasi proseslərin fövqündə dayanmalarına yardımçı olan ən mühüm faktorlardan biri isə onların bir sıra beynəlxalq anti-Azərbaycan meyilli təşkilatlarla olan əlaqələri idi. Yəni daha çox məhz bu şərtin olması səbəbindən ayrı-ayrı məqamlarda müxalifət hətta öz dağıdıcı funksiyasını reallaşdırmağa səy göstərmişdi. İndi isə-2011-ci ilin son günlərində bu faktor da ciddi şəkildə sıradan çıxma dövrünü yaşayır. Artıq müxalifətin əvvəlki kontaktları, demək olar ki, sıradan çıxarılıb və onlar birdəfəlik yoxolma funksiyası ilə yadda qalacaqlar. Geniş mənada etiraf olunmalıdır ki, artıq radikal müxalifət məhz iddia etdiyi qüdrətə malik olmaması səbəbindən hakimiyyətlə mübarizədə heç bir yeniliyə imza ata bilmir və bunun əsas səbəbi ölkədə xalq-hakimiyyət, yaxud da hakimiyyət-xalq birliyinin sarsılmaz birliyidir. Bu amil isə son nəticədə, radikalizmin, dağıdıcılığın tərəfdarı olan qaragüruhçu müxalifətin siyasi proseslərdəki fərsizliyini ehtiva edən məsələ kimi qiymətləndirilir.


RÖVŞƏN RƏSULOV

Digər xəbərlər