PDF Oxu

Müxalifət

  • 9

Radikal düşərgədə xəyanətlər və cinayətlər davam edir

Radikal düşərgədə xəyanətlər və cinayətlər davam edir

Bu gün cəmiyyətimizdə ziyanlı ünsürlər kimi tanınan radikal müxalifət başbilənləri artıq nə etdiklərinin fərqində deyillər. Kimdir onlar? Təbii ki, hər kəs bu üzdəniraqları tanıyır, özü də iç üzlərini. Yəni Müsavat partiyasının ömürlük başqanı İsa Qəmbərov, AXCP (i) sədri Əli Kərimov, "ALP" sədri Əvəz Temirxan və bu tipdə olanlar özlərini xalqa tanıdıblar. Sözsüz ki, öz pis əməlləri, çirkin niyyətləri ilə. Bir zaman Qərbə, konkret olaraq, ABŞ-a "day-dayı" deyənlər indi də üzlərini İrana tutublar. Yəni onlar molla rejiminin anti-Azərbaycan siyasətini dəstəkləyərək, həmin ölkəyə öz sevgilərini bildiriblər. "İctimai Palata" kimi oyuncaq bir qurumda da təmsil olunanlar çoxu fars meyilli, molla təfəkkürlü qüvvələrdir. "Bəy"lərin Şərqə meyil etməsinin səbəbləri nədir? Səbəb sadədir. Yəni radikallar müsəlman Şərqində baş verən inqilablardan ruhlanırlar. Yazıqlar bilmir ki, (və ya bilmək istəmirlər) ərəb dünyasında baş verənlər inqilab, xalqın hakimiyyətə qarşı inamsızlığı deyil, sadəcə olaraq, xarici qüvvələrin həmin ölkələrdə həyata keçirdiyi siyasətdir. Bizim radikal müxalifət nümayəndələri hardan bilsinlər ki, siyasət nədir. Onlar partiya sədri, partiya üzvü olmağı "siyasətçi" olmaq hesab edirlər. Bu, gülünc və savadsızlıq, məntiqsizliqdir. Elə İsa, Əli kimi "bəy"lərin yürütdüyü çirkin siyasət, həyata keçirdikləri səhv, yanlış addımlar müxalifət partiyalarının siravi üzvülərini də hövsələdən çıxarıb. Son vaxtlar mollaların və molla təfəkkürlü Pənah Hüseynovun düşərgədə at oynatması sadə müxalifətçiləri razı sala bilməz. Onlar "biz müasir dövrdə yaşayırıq, lakin İ.Qəmbərov kimiləri P. Hüseynov tipli adamların sözlərinə uyaraq, radikal müxalifət düşərgəsini köhnə, molla təfəkkürü ilə idarə edirlər. "Bu, qəbuledilməzdir və partiyanın ideyalarına xəyanətdir"-deyə, müxalifət nümayəndələri açıq şəkildə bildiriblər. Bütün bunlar onu göstərir ki, düşərgədə narazılıqlar davam edir və "bəy"lər qalan 2-3 nəfər tərəfdarını da itirəcək.


ANAR

Digər xəbərlər