PDF Oxu

Müxalifət

  • 12

Azərbaycanı sevməyən VƏHŞİ LEYLA YUNUSOVA

Azərbaycanı sevməyən VƏHŞİ LEYLA YUNUSOVA

Məlum olduğu kimi, bir neçə gün öncə "Azadlıq" qəzetinin jurnalistləri və onun xəyanətkar rəhbərliyi şəhərdə yerləşən şadlıq saraylarının birində toplaşmışdılar. Onlar bugünkü "Azadlıq" qəzetinin haqqı olmayan qondarma "ildönümünü" qeyd etməkdən ötrü özlərinə bab olan radikal müxalifət liderlərini və onların çaldıqları havalara rəqs edən QHT rəhbərlərini də oraya dəvət etməyi unutmamışdılar. Çünki necə deyərlər, atı atın yanına bağlasalar, həmxasiyyət olmasa da, həmrəng olur. Necə ki, bunlar kimi. Ancaq bunlar həm həmxasiyyətdirlər, həm də ki, həmrəng.

Lakin məsələnin "mahiyyəti" onların həmrəng, yaxud da həmtay olmasından getmir. Çünki onların hansı cinsə və rəngə malik olmaları hər kəsə gün kimi bəllidir.

Həmrəng və

həmxasiyyətlərin

həmvəhşilikləri

Məsələnin "mahiyyəti", bu adamların əllərinə girəvə düşən kimi, öz ölkələrinə qarşı ermənidən də betər həqarətlər etmələridir. Belə həqarətlərdən birini də "ictimai-hüquqi təşkilat"dan daha çox ən qatı radikal siyasi təşkilatın rəhbəri olduğunu xatırladan Leyla Yunusova edib. Bir qadına yaraşmayan tərzdə "Azərbaycan vəhşi ölkədir" deyən bu şərəf və ləyaqətdən uzaq olan "xanım" bir az da irəli gedərək, yüngüllük edib. Daha dəqiq desək, toplantı zamanı şadlıq sarayının işıqlarının sönməsi bunları əməlli-başlı ac goreşənə çevirib və L.Yunusova bunun yerinə çalıb-oynamağı təklif edib (?!)

Əslində, bunlardan hər hansı bir başqa hərəkəti gözləmək mümkün də deyil. Müftə qrantlar yeyib XƏYANƏTKARCASINA harınlamışlardan daha nə gözləmək olar, axı? Bir halda ki, L.Yunusova "Azərbaycan vəhşi ölkədir" deyir. Qənimət Zahidov, Rauf Arifoğlu, Pənah Hüseynov və digərləri buna çəpik çalırsa, bu, onların nə qədər VƏHŞİ olduqlarını sübut edir! İnsan nə qədər mənəviyyatsız olmalıdır ki, bir xanımcanın rəzilliyinə əl çalsın! Heç də təəccüblənmək lazım deyil.

Bəs bu gün öz yaşadığı ölkəsinə, uğrunda şəhidlərin qanı tökülmüş müqəddəs torpağa, bu ölkənin çörəyinə, havasına, suyuna vəhşilik donu geyindirən Leyla Yunusova kimdir?

Ət oğrusunun qısa tarixçəsi

L.Yunusova bu gün onun həqarətlərinə əl çalan "cəbhəçilərin" və müsavatçıların hakimiyyətində Müdafiə Nazirliyində işləyən ət-konserv alverçisi olub. O, cəbhədə qan tökən milli ordu əsgərlərinə məxsus qida anabarlarından ət və ət məhsulları ilə yanaşı, filtirsiz siqaret qutularını, un və digər un məmulatlarını oğurlayıb, dükan- bazarlara satan VƏHŞİ olub. Bu gün isə onun daxili aləmində qalan VƏHŞİLİYİ yenidən üzə çıxıb. Çünki L.Yunusovanın qanı VƏHŞİ qanından əmələ gəlib! Belə olmasa idi, danışığı bir erməninin Azərbaycan dilində danışığından heç də fərqlənməyən L.Yunusova, sözün həqiqi mənasında, bu qədər quduzlaşmazdı! Amma neyləyəsən ki, bu, belədir.

Bu gün sözügedən tədbirdə iştirak edən digər radikal partiya liderlərinə isə sualım budur: "BƏYLƏR", BƏLKƏ ARANI QATMAQDAN ÖTRÜ ŞADLIQ SARAYININ İŞIĞINI SİZ SÖNDÜRMÜSÜNÜZ? Yaxşı, daha bəsdir, etiraf edin...


R.RƏSULOV

Digər xəbərlər