PDF Oxu

Müxalifət

  • 10

Radikal qüvvələrin genişmiqyaslı aksiya keçirmək niyyəti...

Radikal qüvvələrin genişmiqyaslı aksiya keçirmək niyyəti...

Radikal müxalifət partiya sədrləri iddia edir ki, onlar bu ilin mart-aprel aylarında ölkədə 100 min nəfərin iştirakı ilə aksiya keçirəcəklər. Doğrudanmı, radikal düşərgədə təmsil olunan qüvvələr aksiya keçirmək gücünə malikdir? Məsələyə münasibət bildirən "Demokratik Sol Partiyası"nın sədri Elşən Manafov bizimlə söhbətində bildirdi ki, radikal müxalifət partiyalarının ölkədə aksiya keçirmək istəyi rallığı əks etdirmir.

- Radikal müxalifətin bu ilin mart-aprel aylarında 100 min nəfərin iştirak ilə aksiya keçirməsi ən azı ölkədəki reallıqları əks etdirmir. Geridə qoyduğumuz 2011-ci ilin mart-aprel aylarında "İctimai Palata"da təmsil olunan siyasi qüvvələrin ölkə iqtidarının həyata keçirdiyi siyasətə etiraz olaraq keçirmək istədiyi aksiyalara çox az miqdarda ölkə vətəndaşlarının qatıldığının şahidi olduq. Bu da onun göstəricisidir ki, "İctimai Palata"da təmsil olunan siyasi qüvvələrin ölkədə ki, mövcud ictimai-siyasi vəziyyəti və ictimai rəyin formalaşması ilə bağlı məsələlərin münasibətlərə təsir imkanları yetərincə deyil. Bir sözlə, radikal müxalifət düşərgəsində fəaliyyət göstərən siyasi qüvvələrin ölkədə hər hansı bir aksiyalar keçirmək kimi istəkləri reallığı əks etdirmir. Ölkədə olan bəzi mövcud problemlərin həll ilə bağlı məsələlərə münasibətdə hakimiyyət və müxalifət arasında dialoqun baş tutması daha münasibdir. Hakimiyyət bir neçə dəfə bəyan edib ki, konstruktiv mövqe sərgiliyə bilən siyasi qüvvələrlə, o cümlədən, radikal müxalifətdə dayanan siyasi qüvvələrlə dialoqa daim hazırdır. Burada "İctimai Palata"nın sərgilədiyi mövqe ən azı politologiya elminin kriteriyaları baxımından da ona görə anlaşılan deyil ki, "İctimai Palata"da təmsil olunan siyasi qüvvələr ölkə iqtidarının legitimliyini qəbul etmək istəmir və bu məsələdə ilk baxışda guya beynəlxalq institutların ölkədə keçirilən seçkilər ilə bağlı sərgilədiyi mövqelərə istinad edirlər. Halbuki bütün beynəlxalq institutlar, region dövlətləri və təbii ki, regionda maraqları olan geosiyasi güc mərkəzlərinin, hüquqi dövlətlərin hamısı Azərbaycan iqtidarının və hakimiyyətinin legitimliyini tanıyıblar. O cümlədən, Azərbaycan dövləti ilə münasibətləri istər ikitərəfli dövlət münasibətləri kontekstində, istərsə də beynəlxalq təşkilatlar kontekstində davam etdirilərək daha da yüksək səviyyədə inkişaf etdirilməkdədir. Bunun da bir bariz göstəricisi ondan ibarətdir ki, artıq Azərbaycan dövləti BMT Təhlükəsizlik Şurasının bu ilin yanvar ayından etibarən qeyri-daimi üzvlərindən biri olub. Təbii ki, bu, Azərbaycan hakimiyyətinə və dövlətinə beynəlxalq aləmdə olan etibarın və etimadın mühüm göstəricilərindən biridir.

Azərbaycan müxalifətinin radikal qanadı ölkədə hər hansı bir ciddi sosial, iqtisadi və siyasi islahatların keçirilməsini nədənsə məhz daha çox ölkə xaricinin hüdudlarından kənarda baş verən proseslərlə əlaqələndirməyə səy göstərir. Dünyanın bəzi ölkələrində baş verən xoşagəlməz hadisələrin arxasında geosiyasi güc mərkəzlərinin konkret maraqları dayanır. Bir məsələni də qeyd edim ki, Azərbaycan dünyanın inkişaf etmiş ölkəsinə çevrilib. Yəni radikal müxalifətin aksiyalar keçirmək üçün heç bir əsası yoxdur.

GÜLYANƏ

Digər xəbərlər