PDF Oxu

Müxalifət

  • 12

Müxalifətin Rəsul Quliyev “qorxusu”

Müxalifətin Rəsul Quliyev “qorxusu”

Azərbaycanın radikal müxalifətində təlaş hökm sürür. Belə ki, sonuncu parlament seçkilərindən sonra üstünlüyü ələ aldığını hesab edən "İctimai Palata"nın "ana müxalifətçilik" stasusu əldən çıxmaqdadır. Söhbət sabiq spiker Rəsul Quliyevin ətrafında yaranan "Müqavimət Hərəkatı"ndan gedir. Ötən ilin son ayları "fəallaşmış" eks- spiker artıq ətrafında müəyyən maddiyyatlar hesabına sifarişli "siyasi qüvvələri" toplaya bilib. Eks-spikerin rəhbəri olduğu "Açıq Cəmiyyət Partiyası" da daxil olmaqla, 5 partiya arasında gedən söz-söhbətlər düşərgədəki sükanı tamamilə əldən çıxarmaq üzrədir. Bunlar "ACP", ALDP, "Azadlıq" və "Aydınlar" partiyasıdır. Ən maraqlı nüans isə "İctimai Palata"nın üzvü olan "KXCP"-nin ayrılaraq sözügedən birliyə qoşulmasıdır. "KXCP" isə partiya olaraq "beşliy"ə qoşulmağa qərar verib. Partiyanın yeni quruma qoşulması isə həm "palata"da, həm də "klassiklər"də ciddi narahatçılıqlar yaratmaqdadır.

"Beşlər" artıq birləşmək bəyanatını veriblər. Bəzi ehtimallara əsasən, ADP də bu birliyə qoşula bilər. ADP gələrsə, "Ümid" də yeni qurumda olacaq. O halda yeni qurum "İctimai Palata"ya alternativ kimi ortaya çıxacaq. Yeni qurum isə müxalifət daxilində R.Quliyevin yaratdığı birlik kimi tanınacaq. Yəqin ki, eks-spiker yeni qurumun genişlənməsinə və güclənməsinə maliyyə də ayıracaq. Onu da proqnozlaşdırmaq mümkündür ki, yeni qurumun "İP"-dən ayrıldığı tək partiya "KXCP" olmayacaq.

Yeri gəlmişkən, AMİP nümayəndəsi Əli Orucov "palata"nın rəhbər qurumuna seçilməkdən imtina edib. Görünür, bu durum AMİP-in "İP"-dən uzaqlaşmasının əlamətləridir. Xatırladaq ki, hələ bir müddət öncə R.Quliyevlə Etibar Məmmədov Avropada görüşərək birgə hərəkət etməklə bağlı qərara gəliblər. Hər halda, AMİP-in "İP"-də uzaqlaşmaq istəyi ortadadır və "Beşlər" formalaşmağa macal taparsa, AMİP yeni qurumda təmsil olunacaq.

Bu arada "İctimai Palata" daxilindəki ciddi narahatlıq özünü daha çox göstərir. "Palata"ya yaxın mətbuat orqanları qondarma qurumun son "sessiyası"nı az qala mitinq kimi təqdim ediblər. "İctimai Palata" rəhbərliyinin bu günlərdə "Azadlıq" və "Yeni Müsavat" qəzetləri ilə münasibətləri yaxşılaşdırdığı da aşkar hiss olunur. Belə ki, radikal müxalifətin "postmodernist" yazarların Rauf Arifoğluna qarşı qəzəbli yazılarına rəğmən "Yeni Müsavat" rəhbəri artıq "İctimai Palata"da İsa Qəmbərov, Əli Kərimov, İlqar İbrahimoğlu ilə yanaşı, "sədarətdə" oturur. Görünür, "İP" rəhbərləri qüvvələri dağıtmaq yox, bir arada tutmaq qərarına gəliblər. İstənilən halda, R.Quliyevin fəallaşması ilə radikal müxalifətin parçalanmasını reallaşdırıb. Bundan sonra "İctimai Palata" istəsə belə parçalanmanı dayandıra bilməyəcək. Çünki bir-birinə qarşı yaradılan alternativ qurumlar artdıqca, iflasa qarşı atılan addımlar da bir o qədər böyüyür. R.Quliyev "faktoru"nun varlığı da məhz bu səbəbdən "İctimai Palata" liderlərinin kürklərinə birə salıb.


RÖVŞƏN

Digər xəbərlər