PDF Oxu

Müxalifət

  • 11

Radikal müxalifət partiyaları gücsüzdür

Radikal müxalifət partiyaları gücsüzdür

Radikal müxalifət partiyaları iddia edir ki, onlar bu ilin mart-aprel aylarında ölkədə 100 min nəfərin iştirakı ilə aksiya keçirəcəklər. Doğrudanmı, radikal düşərgədə təmsil olunan qüvvələr aksiya keçirmək gücünə malikdir? Məsələyə münasibət bildirən "Vəhdət" partiyasının sədri Tahir Kərimli bildirdi ki, bəzi xarici dairələr müxalifət düşərgəsini maliyyələşdirirlər.

- Düzdür son vaxtlar yayılan məlumatlara görə, radikal müxalifət partiyaları tərəfindən mart-aprel aylarında ölkədə aksiyalar keçiriləcək. Bir sözlə, adıçəkilən qüvvələr tərəfindən reallığı özündə əks etdirməyən bəyanatların səslənməsi gülüş hədəfinə çevrilir. Demək olar ki, bu kimi qüvvələr gözlərini xaricdə hər hansı bir xoşagəlməz hadisələrin baş verməsinə dikir. Çünki onlar ümid edirlər ki, əgər xaricdə qarşıdurmalar yaranarsa, onda Azərbaycanda da bu kimi hadisələr baş verə bilər. Bu gün Azərbaycanda fəaliyyət göstərən radikal müxalifət qüvvələrinin heç bir siyasi gücü yoxdur ki, onlar ölkədə hər hansı bir xoşagəlməz vəziyyətin yaranmasına səbəb olsun. Çünki bütün dünya ölkələri çox gözəl bilir ki, Azərbaycan hər sahə üzrə inkişaf etmiş ölkələr sırasındadır. Radikal müxalifət düşərgəsində olan partiyaların elə bir sosial bazası yoxdur ki, kütləvi aksiyalar keçirsin. Sadəcə olaraq, adıçəkilən qüvvələr qəzet səhifələrində qalmaq üçün bu cür əməllərə əl atırlar.

Radikal müxalifətin xoşagəlməz bəyanatlar səsləndirməsinin arxasında hansısa qüvvələrin dayandığını söyləmək olar. Zənnimcə, müxalifətin arxasında dayanan qüvvələr xaricdə fəaliyyət göstərən Azərbaycanı istəməyən bəzi qüvvələrdir. Onlar radikal müxalifətə kömək edirlər ki, bu müxalifət qüvvələri ölkədə hər hansı bir qarşıdurmalar yaratsın. Hesab edirəm ki, xarici qüvvələr tərəfindən edilən köməkliklər ölkədə fəaliyyət göstərən radikal müxalifət qüvvələrinə faydasızdır. Çünki Azərbaycan xalqı öz seçimini 20 il bundan əvvəl edib.

Düşünürəm ki, radikal müxalifət partiyalarının bu cür bəyanatlar səsləndirməsi öz varlıqlarını nümayiş etdirməkdən ibarətdir. Yəni, bu kimi qüvvələr bir müddət gündəmdə qalmaqdan ötrü bu cür əməllərə əl atır. Düzdür, adıçəkilən qüvvələrin ürəyində bir çox arzuları var ki, onlar ölkədə kütləvi şəkildə aksiyalar keçirsin və öz arzularına çatsınlar. Amma hesab edirəm ki, müxalif qüvvələrini arzu və istəkləri həyata keçməyəcəkdir.


GÜLYANƏ

Digər xəbərlər