PDF Oxu

Müxalifət

  • 10

Əli Kərimovun Müsavatı çökdürmək planı işə düşür

Əli Kərimovun Müsavatı çökdürmək planı işə düşür

Son zamanlar radikal müxalifət partiyaları arasında davam edən siyasi mübarizə artıq pik nöqtəsinə çatıb. Qeyd etmək lazımdır ki, artıq gizli savaş açıq müstəviyə keçməkdədir. Bu gün "İctimai Palata"da təmsil olunan AXCP (i) ilə Müsavat arasında baş verən qarşıdurmalar, nüfuz davası müxalifət qəzetlərində də dərc edilməkdədir.

Bununla da Müsavat partiyasının başqanı İsa Qəmbərovun meydanda təkləndiyi və ona bir neçə yerdən hücumlar olduğu görünür.

Birinci hücum partiyadaxili hücumdur. Yəni Rauf Arifoğlunun başçılıq etdiyi qrupla Arif Hacıyevin rəhbərlik etdiyi qrup arasında savaş İ.Qəmbərovu dalana dirəyib. Yəni adıçəkilən partiyanın başqanı iki can arasında qalıb. Bu isə onsuz da zəif olan İ.Qəmbərovu daha da zəiflədib.

İkinci hücum "dost", "həmkar" Ə.Kərimov tərəfindəndir. Belə ki, "İctimai Palata" uğrunda NÜFUZ SAVAŞI AXCP (i) sədrini İ.Qəmbərova qarşı mübarizə aparmağa sövq edib. Onsuz da düşmən olan hər iki şəxs biri-birilərinə qarşı düşmənçiliyi daha da artırıblar. "İctimai Palata"dakı mənbəmizin verdiyi məlumata görə, AXCP (i) sədri Müsavat partiyasının başqanı İ.Qəmbərovu çökdürmək planını işə salmaqdadır. Artıq bunun ilk işartıları görünməkdədir. Bütün bu proseslər onu göstərir ki, İ.Qəmbərov Ə.Kərimovun çirkin siyasətinin qurbanı olacaq. Necə ki, AXCP (i) sədri Ə.Kərimov bir müddət öncə Etibar Məmmədovu siyasi baxımdan iflic vəziyyətə sala bildi.

Üçüncü hücum digər müxalifət partiyalarındandır. Yəni "İctimai Palata"ya daxil olmayan müxalifət partiyaları adıçəkilən quruma daxil olan radikal müxalifət partiyalarını hədəfə alıb.

Beləliklə, bütün bu baş verənlər onu göstərir ki, yaxın zamanlarda həm Müsavat partiyası, həm də digər radikal müxalifət partiyaları siyasi səhnədən silinəcək.

ANAR

Digər xəbərlər