Özünü "Sülh və Demokratiya İnstitutu"nun direktoru kimi ictimaiyyətə sırımağa cəhd göstərən Leyla Yunusova zaman-zaman özündən heç də fərqlənməyən rəzil, ermənipərəst addımları ilə öz "siyasi məharət"ini göstərməkdə davam edir. Həmin "siyasi məharət"lər arxasında bir çox məqamlar və məqamlardan doğan qaranlıq tendensiyalar mövcuddur ki, onların ən baş ucunda MİLLİ XƏYANƏT adlandırılan ifadə dayanıb. Belə ki, həmin ifadənin daha hansı qaranlıq tendensiyalara malik olması bu günlərdə bir da özünü sərgiləyib. Və nəticə etibarilə məlum olub ki, onun rəhbərlik etdiyi qurum heç də sülh, demokratiya kimi dəyərləri əks etdirmir, əksinə olaraq, həmin qurumun "siyasi məharəti" milli xəyanətlə yanaşı, anti-sülh və anti-demokratiyaya daha yaxındır. Bu baxımdan da, onun məqsədləri arxasında kimlərin və nələrin dayanması sirr deyil.
"EUROVİSİON-AZERBAİJAN 2012"-Nİ HƏZM EDƏ BİLMƏYƏN MARKUS LÖNİNQ LEYLA YUNUSOVANIN AŞNASIDIR?
Bu gün "Eurovision" kimi mötəbər mahnı yarışmasının Azərbaycanda keçirilməsi, eləcə də, beynəlxalq aləmdə "EUROVİSİON-AZERBAİJAN 2012" kimi təqdim olunması ölkəmizdə erməniləşmiş radikalizm tör-töküntüləri ilə yanaşı, xarici ermənipərəstləri də ciddi narahat edir. Belə ki, Almaniyanın insan hüquqları üzrə səfiri Markus Löninq sən demə haradasa şnaps içib və dəm olaraq deyib ki, Azərbaycanda keçiriləcək "Eurovision" musiqi yarışmasının iştirakçıları guya ölkədə "siyasi məhbusların" azadlığa buraxılması tələbi ilə çıxış etməlidirlər (?!) Buyurun, bu da L.Yunusovanın sevinc və iftixar hissləri! L.Yunusova sevinir ki, haranınsa alman sərxoşu Azərbaycanda keçiriləcək möhtəşəm yarışma haqqında sərsəm ideya ilə çıxış edib. Bir də ki, əldə etdiyimiz məlumatlara görə, həmin o Markus Löninqlə L.Yunusova arasında nəinki "siyasi", eləcə də, digər macəralar yaşanıb. Macəra isə keçən il Ermənistanda keçirilmiş vətəndaş cəmiyyəti institutlarının konfransında yaşanıb. Hətta bu macəranın dəqiq yeri də məlumdur - Erebuni oteli. Məncə bundan artıq nə isə demək lazım deyil.
Sadəcə olaraq, qeyd etmək istərdim ki, əgər L.Yunusova, həqiqətən də, ermənilərə sevgisində rekord vurursa, erməni xalqını bu qədər çox sevirsə, onların daxili çirkinliklərindən bu qədər həzz alırsa, "Eurovision"-un Azərbaycanda keçirilməsindən gecələr yuxusu ərşə çəkilirsə, o zaman alman Markus Löninqi də vursun qoltuğuna və köçsün Ermənistana. Hətta özü ilə "Azadlıq", "Yeni Müsavat" kimi qəzetlərin qələm dağarcıqlarını da özü ilə apara bilər. Çünki onlar L.Yunusova qədər olmasa da, ondan bir az aşağı səviyyədə erməni xalqının vurğunlarıdırlar. Ancaq onlar Ermənistana gedəcəklərsə, hər halda, "Eurovision"un Azərbaycanda keçirilməsindən daha da cırnayacaqlar. Axı həmin vaxt onların qanları daha da murdarlaşaraq, erməniləşəcək.
Digər tərəfdən, vurğulamaq yerinə düşərdi ki, "Eurovision" yalnız iqtidarın deyil, bütövlükdə, Azərbaycanın qələbəsidir. Əgər bunlar həmin qələbəyə müxtəlif cür çirkablar yaxmaq istəyirlərsə, demək, Azərbaycana qarşı çıxmalarını həmin bəd əməlləri ilə sübut etmiş olurlar. Ona görə də Azərbaycan xalqının qəzəbinə tuş gəlməmək üçün girməyə siçovul deşiyi axtarsalar yaxşı olardı. Məndən məsləhət: həmin siçovul deşiyi məhz Ermənistan və onun ac xalqıdır.
MİLLİ XƏYANƏTİN BARİZ SİMVOLU
Ümumiyyətlə, heç bir çərçivəyə sığa bilməyən, ancaq əməllərini çərçivəyə zorla sığışdırmağa səy göstərən Leyla Yunusova "milli kimliyini" bir daha təsdiq edən növbəti bəyanatla çıxış edib. Ancaq mən bunu bəyanat deyil, erməniləri sevməkdən irəli gələn qaragüruhçuluq çağırışı kimi görürəm. Ona görə ki, bu "adam" (milli xəyanətə xidmət edənləri yalnız dırnaqarası adam kimi təqdim etmək lazımdır-R.R.) bütün mənalarda öz iç üzünü bütün çılpaqlığı ilə ifşa edib. Yəni L.Yunusova pula satıldığını, özünün pula satılan "adam" olduğunu bəlli edib. Həm də, görünür, özü kimilərinin yanlarında "baha qiymətə satılan mal" olduğu üçün fəxr edir, qürrələnir L.Yunusova. Axı növbəti xarici sifarişi də yerinə yetirib və Armen-Haykanuş qardaş-bacılarının yanlarında da başı qürrələnməkdən az qala göylərə dəyir. Amma onun başı hara qədər qalxa bilirsə, qoy qalxsın, hər halda, bu qalxmağın bir enişi də var, özü də birdəfəlik!
Bəs nə deyib baha qiymətə satılan L.Yunusova? Deyib ki, 2012-ci ilin əvvəllərinə onun təsisatının hesablamalarına görə, guya Azərbaycanda 63 "siyasi məhbus" var və onların günahları sübuta yetirilməyib (?!) Necə ola bilər ki, insan həbs oluna, ancaq həmin insanın həmin həbslə əlaqəsi olmaya? Özü də həmin adamların bütün cinayət tərkibli əməlləri hal şahidlərinin təsdiqi ilə sübuta yetirilib, cinayət törədənlər isə haqlı cəzalarını alıblar. Bəlkə L.Yunusova kriminal aləmlə də iş birliyi qurub və həmin iş birliyinin nəticəsi kimi cinayətkarları "siyasi məhbus" siyahısına əlavə edir? Əslində, bu "adamdan", həqiqətən də, istənilən alçaqlıqları, rəzillikləri gözləmək mümkündür.
Gəlin məsələyə daha yaxından nəzər salaq. Məsələn, L.Yunusova artıq yeddi ildir ki, həbsdə olan vətən, dövlət, millət xaini Ruslan Bəşirli kimi nadürüstü, dövlətçilik üçün xüsusi təhlükə mənbəyi olan Səid Dadadşbəylinin dəstəsini "siyasi məhbus" qismində təqdim etməklə nəyi demək istəyir? Demək istəyir ki, o, həqiqətən də, bir qanıqarışıq ermənidir və doğma erməni xalqına ürəkdən, cani-dildən xidmət göstərir? Əgər belə olmasa idi, bu cür cəfəng əməlləri ilə haykların dəyirmanına su tökməzdi və bar-bar bağıraraq, donunu başına çəkməzdi ki, "siyasi repressiyalar baxımından 2011-ci il ən məhsuldar il oldu" (??!!)
LEYLA YUNUSOVA, "AZADLIQ", "YENİ MÜSAVAT", "AZQ" VƏ "HAYASTAN"
Bu gün L.Yunusovanın mənfur əməlləri, onun xəyanətkar əməllərini bəzəyərək manşetlərinə çıxaran "Azadlıq", "Yeni Müsavat" kimi radikal müxalifətin kağız parçaları, bütövlükdə, Azərbaycan xalqının düşmənləri, Azərbaycan dövlətçiliyinin gözügötürməzləridirlər. Düzdür, bəzi ağzıgöyçəklər bu kimi həqiqətlərə öz təbirlərincə donlar geyindirməyə cəhd göstərsələr də, məsələ bəllidir və bəlli olduğu kimi, kifayət qədər aydındır. Ona görə də heç bir pafos onların rəzilliklərini ört-basdır etməyəcək! Ona görə də nə qədər nala-mıxa döyəcləsələr ki, yox, biz ermənilərlə qanı qarşmış erməni "metisləri" deyilik, heç kim onlara inanmaz. Çünki ən azından, L.Yunusova bundan da betər murdar əməlləri ilə erməni qardaş-bacılarına xidmət göstərib. Hələ AXC-Müsavat hakimiyyəti dövründə Müdafiə Nazirliyi tərkibində çalışarkən, Azərbaycan əsgərlərinə göndərilən qida məhsullarını mənimsəyərək, bazarlarda satışa çıxaran L.Yunusova oradan əldə etdiyi gəlirləri xarici banklardakı hesabına yatırırdı. Məgər bundan da betər rəzalət, bundan da betər milli xəyanət olarmı? Bu suala cavab belədir: L.Yunusova nə qədər Azərbaycanda yaşayaraq, bu kimi əməllərini davam etdirəcəksə, o qədər də murdar əməllərini davam etdirəcək. Ona görə də onun Ermənistana gedib, orada yaşaması, anti-Azərbaycan fəaliyyət göstərməsi başadüşülən olardı. Axı ermənilər Azərbaycan xalqının düşmənləridir.
Həmçinin, "Azadlıq", "Yeni Müsavat" kimi qəzetlər də öz işlərini Ermənistan mətbuatı adı altında Yerevanda davam etdirsinlər. Hər halda anti-Azərbaycan xarakterli məlumatları yaymaq onlar daha ucuz başa gələrdi. Daha buradan Ermənistanın "Azq", "Hayastan" kimi qəzetlərinə min-bir cür əziyyətlərlə məlumatlar ötürməzdilər.
TAKSİ VƏ JURNALİST "İDEYALARI" ARXASINDAKI ERMƏNİ BARMAĞI
Bu barmaq da L.Yunusovaya aiddir. Bu gün ölkə qanunlarına qarşı çıxan birisindən nə gözləmək olar? Onu gözləmək olar ki, hətta ölkə qanunvericiliyinin tələblərinə qarşı da çıxan "adam"ın bu ölkədə yaşamağa heç bir hüququ yoxdur!
Bu gün beş-üç nəfər radikal müxalifət tərəfindən öyrədilmiş taksi sürücüsünün, bir-iki nəfər "etirazçı vətəndaşın", özünü "jurnalist" hesab edən qələm dağarcıqlarının "dəstəkvericisi" kimi "mələk" donuna girən L.Yunusova məhz erməni lobbisindən gələn sifarişlər hesabına şəxsi dividendlərini (yəni maliyyə gəlirlərini) artıqmaqla məşğuldur. Və bu gün hətta İranın panfarsist rejimindən də pul-para uman L.Yunusova qondarma "hicab" məsələsinə burnunu soxaraq, gah radikal dindarların, gah da daha kimlərin "qoruyucu mələyinə" çevrilib. Amma nə fərqi var ki, ya erməni olsun, ya da ki fars mollası. Onsuz da onlar kimi L.Yunusova da Azərbaycanın qələbələrini həzm edə bilmir. Həzm etmir və həzm etmədikcə də azğınlaşır, vampirləşir və FAHİŞƏLƏŞİR! Ona görə də "burada erməni barmağı var" dedikdə, mütləq L.Yunusovanı da oraya əlavə etmək labüddür.
RÖVŞƏN RƏSULOV
P.S. "Eurovision" Azərbaycan xalqının birgə qələbəsidir. Bu gün bu yarışın Azərbaycanda keçirilməsini istəməyənlər yalnız Azərbaycana düşmən nəzərlərlə baxanlardır. Və erməni sevgisində rekord vuran L.Yunusova artıq Azərbaycan xalqının düşməni olduğunu yetərincə təsdiq edib.