Radikal müxalifət partiyalararası qarşıdurmalar davam etməkdədir. Növbəti qarşıdurma isə AXP-nin keçmiş sədri Pənah Hüseynovla "İctimai Plata"nın üzvü Hacı İlqar İbrahimoğlu arasında müşahidə olunur. Belə ki, adıçəkilən şəxslərin "İctiami Palata"nı İranın bəzi dairələrinin dəstəyi ilə dini yönümdə idarə etməsi yenidən "İctimai Palata"da ciddi narazılıqla qarşılanıb. Elə müxalifət mətbuatında tərəflər arasında gedən qarşıdurma barədə yazıların da sayı artır. Yəni tərəflər biri-birini qəzetlər vasitəsilə ittiham etməkdən çəkinmirlər. Molla təfəkkürlü P.Hüseynov və İ.İbrahimoğlu bir-birini milli dəyərlərdən uzaq olmaqda ittiham edirlər. Bir qrup müxalifət gənci Müsavat partiyasının başqanı İsa Qəmbərova səslənərək, qeyd edirlər ki, P.Hüseynovla İ.İbrahimoğlu radikal müxalifət düşərgəsini məhvə doğru aparır: "Onların fikirləri, əməlləri həmin adamların ideyalarına tamamilə ziddir. Onlar Rauf Arifoğlu kimi sənin ayağının altını qazımaqla məşğuldur. Təcili olaraq həmin şəxslər "İctimai Palata"dan uzaqlaşdırılmalıdır."
Pənah Hüseynov müxalifətçi gənclərə qarşı təkbaşına mübarizəyə qalxıb
Bütün bunlar isə, onu deməyə əsas verir ki, radikal müxalifət düşərgəsində gənclərlə yaşlı müxalifət funksionerlərinin açıq savaşı getdikcə daha da qızışmaqdadır. P.Hüseynov özü təkbaşına müxalifətçi gənclərlə mübarizəsini davam etdisə də, "İctimai Palata"nın koordinasiya şurasının üzvü İ.İbrahimoğlu Müsavat başqanı İ.Qəmbərovu və AXCP (i) sədri Ə.Kərimovu önə verib. Belə ki, müxalifət liderləri İ.İbrahimoğlunun müdafiəsinə qalxaraq, tərəfdarı olduqları gəncləri ittiham ediblər. Necə deyərlər, İ.Qəmbərov və Ə.Kərimov kimilər bir mollaya görə, ətrafındakı gəncləri özlərinə düşmən edirlər. Bu da radikal müxalifət liderlərinin "gənclər siyasəti"dir.
RƏFİQƏ