PDF Oxu

Müxalifət

  • 14

Ştrassersevər Eynulla Fətullayev yenə də erməni rolunda

Ştrassersevər Eynulla Fətullayev yenə də erməni rolunda

Uzun müddət AŞPA-nın hüquq məsələləri və insan hüquqları üzrə Komitəsində "siyasi məhbuslar" üzrə məruzəçisi Kristofer Ştrasserin fəaliyyətini hər vəchlə gündəmdə saxlamaq istəyən qondarma hüquq müdafiəçisi rolunda çıxış edən Eynulla Fətullayev növbəti sərsəm açıqlaması ilə öz ermənipərəst mövqeyini sərgiləyib.

Belə ki, K.Ştrasser müəyyən qüvvələrin sifarişlərini nəzərə alaraq "siyasi məhbus" qismində təqdim olunan 70 nəfərin siyahısını Azərbaycan hökumətinə göndərdiyini və mandatı çərçivəsində bu məsələni yerində araşdırmaq istədiyini, lakin rəsmi Bakının onun səfərinə mane olduğunu iddia edir. Amma Azərbaycanda "siyasi məhbus" anlamının olmaması Ştrasserin məhz həmin "vəzifə" altında ölkəmizə gəlməsini arzuolunmaz hesab edir.

Təbii ki, ortada digər maraqlı məqam da mövcuddur ki, bu da K.Ştrasserin "siyasi məhbus" məsələsində "hüquq müdafiəçisi" E.Fətullayevə istinad etməsidir. Yəni burada Azərbaycan hökumətinin rəsmi müvafiq dairələri kənara qoyulur və hansısa "hüquq müdafiəçisi"nin qondarma rəyləri daha üstün tutulur. Bu baxımdan da, komitə rəhbərinin E.Fətullayevlə əlbir olması öz təsdiqini tapır.


E.Fətullayev və digərləri K.Ştrasserə nökərçilik edərək, ondan "tulapayı" almağa alışıblar


Başqa tərəfdən, onun həm də "Amnesty İnternational"ın "vicdan məhbusu" kimi bəyan etdiyi 17 nəfərə də "haqq qazandırması" Azərbaycan ictimaiyyətinin hiddətinə səbəb olmaqdadır.

Bu gün K.Ştrasserin Azərbaycana "siyasi məhbuslar" üzrə məruzəçi qismində gələ bilməməsindən heyfsilənən E.Fətullayevin fikrincə, guya Ştrasser Azərbaycana gəlməsə də, onun məruzəçi qismində fəaliyyətinin "müsbət" nəticələri var. Təbii ki, həmin "müsbət" nəticələrin arxasında "siyasi məhbus" məsələsindən qaynaqlanan kirli valyutalar və digər mənfur sifarişlər dayanıb. Əbəs yerə deyil ki, K. Ştrasser onu yenə Azərbaycana buraxmasalar belə, yerli "hüquq müdafiəçiləri"nin məlumatları əsasında məruzə hazırlayacağını iddia edib. Yəni məsələdən belə nəticə çıxarmaq mümkündür ki, nəinki E.Fətullayev, eləcə də, Leyla Yunusova, Arif Yunusov, Səidə Qocamanlı və digər bu kimi "hüquq müdafiəçiləri" bütün mənalarda K.Ştrasserə nökərçilik edərək, ondan "tulapayı" almağa alışıblar.


Herkel Eynullanın ermənipərəstliyini öz kitabında işıqlandırıb


E.Fətullayev Herkelin AŞPA Monitorinq Komitəsinə sədr seçilməsinə sevincək münasibətini açıqlayıb. O, hətta bütün rəzilliklərini üzə çıxararaq, türk dünyasına qarşı çıxdığını, eləcə də, öz ermənipərəstliyini sərgiləyib. Çünki Herkel bir zamanlar kitab yazarkən, E.Fətullayevin Qarabağdakı Qukasyanla görüşünü də işıqlandırıb. Həmçinin, E.Fətullayevin Xocalı soyqırımında guya, azərbaycanlıların əli olduğunu "həqiqət" kimi qeyd edib. "Açığı, bu seçimə çox sevindim. Bu, Azərbaycan üçün bir qazancdır" deyən "hüquq müdafiəçisi" görünür, burada Azərbaycan deyərkən, ictimaiyyəti çaşdırmağı düşünüb. Çünki burada bilavasitə onun şəxsi mənfəəti qazana bilər və həmin pullar birbaşa onun cibinə axacaq.

Başqa tərəfdən E.Fətullayevin AŞPA-nın yeni sədrinə gəlincə, Çavuşoğlunu əvəz edən fransalı deputatın guya "insan haqları məsələsində çox prinsipial" olduğunu deməsi də onun murdar iç üzünü ifşa edir. Çünki ən azından Çavuşoğlu hər zaman Azərbaycanın haqq səsini bütün dünyaya tanıdılmasında mühüm işlər görüb. Bütün bu işlərin müqabilində E.Fətullayevin "yeni sədr AŞPA-nın Çavuşoğlunun rəhbərliyi dövründə itirdiyi nüfuzunu bərpa edəcək" kimi əsassız, hətta qudurğan ifadələr səsləndirməsi bir daha onun ermənilərlə iş birliyini təsdiqləyən amil kimi dəyərləndirməkdədir.

R.RƏSULOV

Digər xəbərlər