PDF Oxu

Müxalifət

  • 11

İSA QƏMBƏROVUN MƏNƏVİYYATSIZLIĞI

İSA QƏMBƏROVUN MƏNƏVİYYATSIZLIĞI

Bu günlərdə Türkiyəyə gedən İsa Qəmbərov növbəti dəfə öz pozuculuq hərisliyini ortaya qoymaqla siyasi blefdən "məharətlə" istifadə etməyi "bacarıb". Məsələ isə ondadır ki, Türkiyənin müxalifət partiyasının (BBP-nin) qurultayında iştirak etmək üçün həmin ölkəyə səfər etdiyini deyən İ. Qəbmərov, əslində, tamamilə başqa fikirlərini ortaya qoyub. Həmin fikirlər arxasında isə radikal baxışları altında iki qardaş dövlət arasına nifaq salmaq cəhdi, eləcə də, hakimiyyət hərisliyinin dayanması şübhəsizdir. Onun rəhbərlik etdiyi Müsavatın təxribat maşını sayılan "Yeni Müsavat" qəzetindəki palaz müsahibəsi də bunu deməyə əsas verir.

Bu gün öz gözündəki çöpü görməyən Müsavat başqanının başqalarının gözündə tir axtarması, heç bir səbəb olmadan dövlət və hakimiyyəti günahlandırması, Azərbaycan xalqının iqtidarına kəc baxması və digərlərini də onun mənfur "baxışları" kimi baxmağa səsləməsi bu şəxsin hansı rəzilliklərə və şərəfsiz siyasətə xidmət etdiyini bariz şəkildə sərgiləyir. Bu baxımdan da qaragüruhçu xarakterli müsahibəsində "Müsavat olaraq da, "İctimai Palata" olaraq da dəyişikliklərə hazırlığımızı davam etdiririk" qismində ifadlər səsləndirməsi onun öz "mənəvi hüquqlarının" nədən ibarət olmasına dəlalət edir. Çünki məhz İ.Qəmbərovun zamanında hansı "mənəviyyatlara" aludə olması ictimaiyyətə sirr deyil. Bu gün bu "adam" hansı mənəvi hüquqa əsaslanaraq, həyasızcasına "dəyişikliklərə hazırlığımızı davam etdiririk" deyir?! Məgər əlləri Azərbaycan xalqının, günahsız insanların qanına bulaşaraq satılmış "LİSA" ləqəbli "KQB" agenti onun özü deyilmi?! Bütün xəyanətlərin fonunda verilən sualların cavabı sözügedən faktlarda özünü kifayət qədər təsdiq edir.


İKİ QARDAŞ DÖVLƏT ARASINDA ÇAPALAYAN BİR "DIĞANIN" XİSLƏTİ


Sirr deyil ki, bu gün Azərbaycan və qardaş Türkiyə dövlətləri arasındakı davamlı münasibətlər bir çoxlarının, eləcə də, ermənilərin qısqanclıqları ilə müşahidə olunur. Əbəs yerə deyil ki, Fransa Senatının rəzil qərarı arxasında da erməni lobbisinin əli olduğu fakt kimi öz təsdiqini tapıb. Və öz mənfəətləri naminə siyasi dividend qazanmaq üçün şər-böhtan, yalan, iftiralara dolu pafoslu ifadələrlə iki qardaş dövlət arasında öz təbirincə nifaq toxumu səpməyə cəhd göstərən İ.Qəmbərov həqiqətdə erməni "dığasından" fərqlənmədiyini sübuta yetirmiş olur. Yəni ən azından heç olmasa bu kimi incə məsələdə dilini dinc qoymayan Müsavat başqanı bilavasitə Ermənistanın və ermənipərəst qüvvələrin mənafelərinə xidmət edir, onların dəyirmanlarına su tökmüş olur.

Bu gün sözügedən məsələdə Türkiyənin arxasında məhz Azərbaycanın dayanması, qardaş ölkəyə dəstək göstərməsi bütün dünyanın gözü qarşısında baş verir. Ona görə də İ.Qəmbərovun və onun kimi digər siyasətbazların sərsəm fikirləri ağızlarından çıxan kimi yerə düşür.

Məhz Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın Fransada qəbul edilən qanunla bağlı Türkiyəyə dəstək vermədiyi haqda deyilənlərin yalan olması bəyanatı İ.Qəmbərov kimilərə bir cavabdır: "Son günlər bəzi qəzetlərdən oxuyuram ki, Azərbaycan Türkiyəyə dəstək vermir. Bəsdir, yetər. Bizə qardaş Azərbaycanın dəstəyi lazımdır və bu dəstək var. Azərbaycan və Türkiyənin millət vəkilləri çalışacaq ki, Xocalı soyqırımı dünyada tanınsın. Düşmənlərimiz həmişə yetərincə olub. Azərbaycan bizim qardaşımızdır və qardaş çiyni həmişə bizimlədir".

Məgər bu kimi ifadələr hər şeyi demirmi?! Bu kimi ifadələr İ.Qəmbərovun Ə.Kərimovun üzünə vaxtında çırpılan sillə deyilmi?!

Bu günlərdə Türkiyə Böyük Millət Məclisi Xocalı soyqırımını müzakirəyə çıxarmaq üçün bütün mümkün tədbirləri yerinə yetirərkən, İ.Qəmbərov 1992-ci ildə- zamanında hakimiyyətə gəlməkdən ötrü, yəni Mütəllibovu hakimiyyətdən uzaqlaşdırmaqdan ötrü Xocalı soyqırımının "cəbhəyə" lazım olduğunu dilə gətirmişdi. Hətta bunun tam sübutu olan stenoqramm da mövcuddur!

RÖVŞƏN RƏSULOV

Digər xəbərlər