PDF Oxu

Müxalifət

  • 12

“İctimai Palata” nın sessiyası - biabırçılıq və riyakarlıq

“İctimai Palata” nın sessiyası - biabırçılıq və riyakarlıq

"İctimai Palata"nın qondarma sessiyası bu dəfə də qalmaqalsız ötüşmədi. Belə ki, həmin sessiya çərçivəsində baş verənlər, bir daha sübut etdi ki, radikalizm ünsürləri və onların yalançı liderləri hər bir çıxışlarında özlərini ifşa ediblər. Bununla da, onsuz da cəmiyyətdəki qəbuledilməzliklərini öz düşərgədaşlarına da sübut etdilər. Belə ki, guya 2011-ci ildə nəyəsə nail olduqlarını iddia edənlər bir az da həyasızlaşaraq, 2012-ci ildə hansısa "uğurlardan" sərsəmləyiblər.


Erməni "kirvəsi" olan İsa Qəmbərovdan başqa fransızca şou və ya Xocalı soyqırımı daha

kimin boynuna yazılıb?


İlk olaraq, söz alan Müsavat başqanı İsa Qəmbərov guya dərdə-qəmə batdığını bildirərək, Fransa Senatının qəbul etdiyi qondarma erməni "soyqırımı"nın tanınmasından "pəjmürdə" olduğunu bildirib. Amma məlum olub ki, bu gün Fransada erməni lobbisinin çaldığı havayla oynayan bir sıra fransız siyasətçisi ilə onun şəxsi əlaqələri mövcuddur. Belə ki, xaricdə yaşayan erməni lobbisi ilə İ.Qəmbərovun arasında "kirvəlik" də var. Bu gün Fransa Senatına təzyiq göstərməyi bacarmış erməni lobbisinin aparıcı qüvvələri məhz İ.Qəmbərova sifarişlər verməkdə davam edirlər. Bununla da, İ.Qəmbərovun həm ikiüzlülüyü, həm də hansı dırnaqarası şərəfə nail olması üzə çıxdı.

Burada söyləməmək olmur ki, məhz erməni lobbisinə işləyən İ.Qəmbərovun əli onlarla azərbaycanlının qanına batıb və bu adamın kim olmasını, nəyə və kimlərə xidmət etməsini hər kəs çox gözəl bilir. İ.Qəmbərov "İctimai Palata"nın sessiyasında danışanda, ağzına çullu dovşan yerləşməsə də, bu günə qədər sübut edə bilməyib ki, o, DTK agentidir. Əgər bunu sübut edə bilməyibsə, demək bu gün də hansısa anti-Azərbaycan qüvvələrin agenti kimi fəaliyyət göstərməkdə davam edir. Əgər belə deyilsə, çıxsın ictimaiyyətin qarşısına və bunu desin. Demirsə, bu zaman öz axırını düşünsə, daha yaxşı olardı. Çünki onun axırına elə də çox zaman qalmayıb!

İ.Qəmbərov hazırda Müsavat partiyasından getməməsi üçün bütün növ TÜLKÜLÜKLƏRƏ əl atmağa hazır olan ÇAQQALDIR və onun bu cür yırtıcılığı bütün Azərbaycan xalqına bəllidir. Bu adam partiyadan istefa verməməkdən ötrü. Hətta öz partiyadaşlarını da əzmək iqtidarında, yaxud həvəsində ola biləcək siyasi müxənnətdir. Belə müxənnətləri isə Azərbaycan xalqı çox görüb. İ.Qəmbərov isə çox yəqin ki, AXCP (i) sədri Ə.Kərimovla birgə sonuncu siyasi müxənnətlərdəndir.


Əli Kərimov Şəhidlər Xiyabanına getdiyi üçün minnət qoyur (?!)


AXCP (i) sədri Əli Kərimov da Müsavat başqanından heç nəyi ilə fərqlənmir. Sadəcə, ola bilsin ki, bir fərq var ki, bu da İ.Qəmbərovun narıncı, Ə.Kərimovun isə MAVİ rəngə mübtəla olmasıdır. Qalan bütün bənzərliklər hər iki xəyanətkarda mövcuddur desək, yanılmarıq.

Bu cəhətdən də "İctimai Palata"nın qondarma sessiyasında "gur-gur guruldayaraq" qondarma qurumun "real qüvvə" olduğunu iddia edən AXCP (i) sədri həmin qurumun xəyanətkarlar yuvası olduğunu özü də bilir. Sadəcə, səsini çıxarmır. Çünki bu, ona sərf etmir.

Əksinə, müxalifətçilərə "minnət" qoyaraq danışır. 20 yanvarda soyuq havada Şəhidlər Xiyabanına getməyi özünə şərəf bilən Ə.Kərimov əsil şərəfsizliyini üzə çıxarır. Məgər qışda Şəhidlər Xiyabanına gedən hər bir kəs bununla kimlərəsə minnətmi qoymalıdır?!

Əlbəttə ki, yox. Amma Ə.Kərimov belələrindəndir və bu kimi şərəfsizlikləri ilə bir daha hansı xislətə malik olduğunu göstərir.


"İctimai Palata" xəyanətkarların toplaşdığı ən real xəyanətkar və ən real çaqqal yuvasıdır


Bu gün "İctimai Palata"nı guya ən real nə isə hesab edən, yaxud da bunu etməyə cəhd göstərən Ə.Kərimov və İ.Qəmbərov cütlüyü daha bir iddiada bulunurlar ki, guya bunlar Azərbaycan xalqının "rəsmi sözcüləridirlər" (?!) Amma özlərinin Azərbaycan xalqı tərəfindən rəsmən necə tanındıqlarını, deyəsən, unudurlar. Ona görə ki, nə olduqlarını xatırlasalar, o zaman susmağa məcbur olacaqlar. Amma görünür, bunu etməmək üçün bütün növ rəzilliklərə getməyə, hətta xalqın "rəsmi sözçüsü" olduqlarını dilə gətirməyə belə üz göstərirlər. Amma bu cür üzlərin çoxu xalq şilləsinə tuş gələrək, parça-parça olub! Bu dəfə də belə olacaq. Necə deyərlər, qudurmuş itin bir gülləsi əksikdir ki, onu da tapmaq heç də çətin deyil!

"Bu gün qanlı dəyişiklik istəmirik" deyən xəyanətkar liderlər, daha sonra bəyan edirlər ki, müdafiə olunmağımız yetər. Bunu necə başa düşmək olar? Sadəcə, bu cür anlamaq mümkündür: "İctimai Palata" və onun inhisarçı liderləri Azərbaycanda yaranmış sabitliyi pozmağa və bununla da, qan tökməyə, ajiotaj yaratmağa cəhdlər göstərirlər. Amma yüz faiz əmin olmalıdırlar ki, bu onlarda alınmayacaq, özü də bu, dəfə həm İ.Qəmbərovda, həm də Ə.Kərimovda qətiyyən alınmayacaq. Çünki onlarda şərəf yoxdur. Şərəf yoxdursa, ləyaqət də yoxdur. Ləyaqət yocxdursa, vicdan da yoxdur, vicdan yoxdursa, mənəviyyat da yoxdur və əgər heç biri yoxdursa, demək bunlarda...


RÖVŞƏN

Digər xəbərlər