PDF Oxu

Müxalifət

  • 10

Radikal müxalifətin dış çağırışları iflasa uğradı

Radikal müxalifətin dış çağırışları iflasa uğradı

Azərbaycanda radikal müxalifətin yenidən ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərməsi, bu gün coğrafi məkanı səhv salmaqla, Müsavat başqanı İsa Qəmbərovun bir daha öz iyrənc niyyətini büruzə verdi. Belə ki, potensial gücə və mənbəyə malik olmayan bu partiya rəhbərliyinin "inqilab" adı altında xaos yaratmaq cəhdləri baş tutmadı və müxalifətin sosial baza yoxluğunu, kütləni öz arxasınca apara bilməməsini bir daha sübut etdi.

Xülyalar üzərində yaradılmış nəzəriyyə ilə yaşayan müsavatçılar və İsa Qəmbərov, Bakının bu qarlı-şaxtalı günlərində öz partiyadaşlarının sosial şəbəkələrdə işə çağırmaqla, bu partiyanın artıq süqutunu bizə göstərir. Artıq bir çox Müsavat üzvləri də İsa Qəmbərova olan inamlarını itirmiş və beynəlxalq partiyanın şərti olaraq fəaliyyət göstərdiyini dərk etmişlər. Ona görə də onların sıraları seyrəlir və üzvləri partiyadan kənarlaşır. Acı reallığı həzm edə bilməyən İsa Qəmbərov bunları görməzlikdən gələrək, saxtalıqlara, yalanlara əl atmaqla, süquta uğramış partiyasını ayaqda tutmağa çalışır.

Öz partiya üzvlərini bir araya gətirə bilməyən başqanın ölkənin idarəetmə potensialına sahib olması isə bir az gülünc, bir az da düşündürücü görsənir. 20 ildir ki, yalanlarla dolu bir siyasət həyatını yaşayan İ.Qəmbərov ölkə gündəmində yalnız kütlələri qeyri-qanuni mitinqlərə çağırmaqla, ölkədə gedən quruculuq və inkişafa zamin olacağını iddia edir. Adları olub, fəaliyyətləri olmayan bu radikal müxalifət ünsürləri dəfələrlə qeyri-ciddi açıqlamaları ilə gündəmə gəlməyə, diqqət mərkəzində çalışırlar.

Bu günlərdə soyuq ayazdan və şaxtadan məcburiətn vəziyyətlərini donduran müxalifət düşərgəsi özünü birtəhər yaza çıxarmaq barəsində düşünür. Sözügedən donmuş müxalifətin "İctimai Palata"sı hələ bir neçə gün bundan qabaq sessiya keçirəcəyi barədə məlumat vermişdi. Aradan bir müddət keçsə də, heç bir nəticə yoxdur. Görünür ki, boranın fəsadları radikal müxalifət düşərgəsini hələ çox sarsıdacaq. Sözsüz ki, bu paydan İsa Qəmbərovun adına layiq pay düşməkdədir. Havaların bir az istiləşməsi radikal müxalifət partiyalarında qarşıdurmaları daha alovlandırmaqdadır.

Necə deyərlər, buzların əriməsi ilə radikal müxalifət düşərgəsində biz bir çox sürprizlərin şahidi olacağıq.


İLQAR SİYAFOV

Digər xəbərlər