Bu günlərdə "KXCP"-nin qərargahında "ACP" sədri Rəsul Quliyev tərəfindən yaradılmış növbəti qondarma qurum - "Milli Müqavimət Hərəkatı"nın toplantısı keçirilib. Həmin toplantıda guya millətin dərdinə yanan "azadlıq aşiqləri" guya millət yolunda "şam kimi ərimələrini" reklam etdirmək məqsədi ilə ağızdolusu danışıblar. Amma sonda bəlli olub ki, bunların danışıqları da özləri kimi "fıs"dır. Yəni deyilən sözlər, işlədilən ifadələrin heç biri bir qəpiyə belə dəyməzmiş. Ona görə də bütün bunların üzərindən sakitcə şəkildə keçərək, digər məqam üzərində dayanmağı hesab etdik. Bəs nədir həmin məqam?
Məsələ ondadır ki, "Milli Müqavimət Hərəkatı"nın toplantısında guya daha bir "yenilik" baş verib və bəlli olub ki, "hərəkat"ın rəhbəri R.Quliyevin təzə-tər növcavan, bığ yeri tərləməmiş, ağzından süd iyi gələn müşaviri təyin olunub. Müşavirin adı Ağasif, "famili" isə Şakiroğludur. Bax, həmin bu bığ yeri tərləməmiş Füzuli rayon sakini (rayonunun adını ona görə qeyd etdim ki, sonra bu barədə də müfəssəl məlumat verəcəm-R.) M.Şakiroğlu deyib ki, o, həm də "El" hərəkatının sədridir və R.Quliyevin etimadını "Azərbaycan cəmiyyəti qarşısında" doğrultmağa çalışacaq. Amma necə?
Bax, indi gələk onun nəyə görə doğulduğu rayonunun adının çəkilməsi məsələsinə. Bəlli olduğu kimi, Füzuli rayonu da Qarabağ bölgəsinin ərazisində yerləşir və həmin rayonun bir hissəsi hələ də erməni işğalçılarının tapdağı altındadır. Bu gün həmin bu sütül gənc R.Quliyevin müşaviri olmasından "fəxr duyaraq" nədənsə hələ də hərbi xidmətdən hansı üsullarla yayındığını dilinə belə gətirməyib. Yəni əsgərlikdə olmayıb, kişilik məktəbi keçməyib. Amma durub başından böyük bəyanatlar səsləndirir, "Azərbaycan cəmiyyəti" qarşısında sərsəm-sərsəm öhədliklər götürür. Adama deyərlər ki, adə, ay uşaq, sən, ilk növbədə, Azərbaycan xalqı qarşısında böyük günahları olan birinin-R.Quliyevin müşaviri təyin olunursansa, demək, Azərbaycan xalqı qarşısında danışmağa ümumiyyətlə haqqın yoxdur. İkincisi isə, sən hələ get əsgərliyini çək, sonra gəlib telinə jele çəkərək, qəzet səhifələrinə çıxarsan. Ən azından doğma Füzuli rayonunun sərhədyanı bölgələrində yerləşən səngərdəki əsgərlərdən utan, əgər utanmağa üzün varsa. Bir də de ki, sən R.Quliyevin "uşağı" olmaqla, müşavir postuna gətirilməyindən ötrü ondan nə qədər pul qopara bilmisən? Bax, bunları de, sonra "Azərbaycan cəmiyyəti qarşısında" öhdəlik götür. Yox. Bunu edə bilmirsənsə, onda get əmzəyini əm, axı sən hələ uşqasan, ay binəva!
RÖVŞƏN