Radikal müxalifət qüvvələri hər zaman çalışıblar ki, bütün vasitə və üsullardan istifadə etməklə, ölkədə xoaşgəlməz vəziyyət yaratsınlar. Xüsusilə də radikallar çirkin niyyətlərini həyata kecirmək üçün yeniyetmə gənclərdən bir vasitə kimi istifadə etməyə çalışırlar. Sizcə, müxalifətin gənclərlə bağlı məkrli siyasəti baş tuta bilərmi? Məsələyə münasibət bildirən "Yurddaş" partiyasının sədri Mais Səfərli bizimlə söhbətində bildirdi ki, Azərbaycan dövləti gənclərin təhsil almaları, işlə təmin olunmaları və onların inkişafı üçün hər cür qayğı göstərir: "Radikal müxalifət düşərgəsində təmsil olunan qüvvələrin fikrincə, onlara bir alət kimi lazım olan yeniyetmə gənclər hələ tam şəkildə kamilləşməyib. Bu baxımdan, radikallar üçün gəncləri öz təsirləri altına salmaq daha asan olur. Azərbaycan gəncləri həyatın astanasında olduğuna görə, onlardan istifadə etməyə çalışırlar. Amma radikalların istəkləri baş tutan deyil. Çünki bu gün Azərbaycan gənclərində kifayət qədər intellektual düşüncə tərzi var ki, pisi yaxşıdan ayırsın."
Partiya sədrinin sözlərinə görə, Azərbaycan dövləti gənclərə çox ciddi qayğı göstərir. Gənclərə qayğı göstərilməsi ilə bağlı dövlətimiz bir çox Dövlət Proqramları qəbul edib ki, həmin proqramlar da uğurla həyata keçirilir. Ona görə də, radikal müxalifət qüvvələri nə qədər çalışsalar belə, gəncləri tam şəkildə öz təsirləri altına sala bilməyəcəklər. Burada müxalifət qüvvələrinin gənclərə üstünlük verməsi ondan irəli gəlir ki, gənclər həyatı bir o qədər də dərindən dərk edə bilmədiklərinə görə, həmin qüvvələr çalışırlar ki, gənclərdən istifadə edərək, öz təsir dairələrinə salsınlar.
M.Səfərli onu da bildirdi ki, radikal müxalifət qüvvələrinin gənclərdən öz cirkin istəklərini həyata keçmək üçün istifadə etməsi baş tutan deyil. Çünki ölkəmizdə gənclərin zehni qabiliyyətlərinin daha yüksək səviyyədə inkişaf etməsi üçün hər cür şərait var. Bir sözlə, dövlət gənclərinin təhsil almaları, işlə təmin olunmaları və onların inkişafı üçün hər cür qayğı göstərir. Bu baxımdan, bu dəfə də müxalif qüvvələrin istəkləri baş tutmayacaq.
GÜLYANƏ