PDF Oxu

Müxalifət

  • 12

Əli Kərimovun “qandığı qrafa” nədən ibarətdir?

Əli Kərimovun “qandığı qrafa” nədən ibarətdir?

AXCP (i) sədri Əli Kərimovun son anda özündən hər hansı "ideya" kəşf etməsi, müxalifəti "çətin durumdan" çıxarması kimi sərgilədiyi oyunbazlıqları, əslində, onun hansı "təfəkkürə" və "anlayışa" malik olmasını zaman-zaman sübuta yetirib. İlk növbədə, müxalifət düşərgəsindəki azsaylı elektoratı qarşısında öz zəifliyini gizlətməkdən ötrü bütün mənəviyyatsızlığını tam çılpaqlığı ilə nümayiş etdirən Ə.Kərimov bunu yaratdığı şəxsi bloqunda günaşırı olaraq işıqlandırmağa cəhd göstərir.

Amma bu amilin özü də bir çox məqamları aşkar edir. Məsələn, AXCP (i)-də və ümumilikdə, "İctimai Palata"da onsuz da nüfuzunu itirmiş bir təşkilat rəhbəri kimi öz sözünü yeritmək iqtidarından məhrum olan Ə.Kərimov öz "ürək sözlərini" bloqunda yerləşdirmək məcburiyyətindədir. Belə olmasa idi, hər halda kütlə qarşısına çıxaraq, həmin ifadələrini işlədə bilərdi. Amma nə kütlə var, nə də ki, tərəfdarlar. Onların hər biri hazırda Ə.Kərimov "siyasətindən" bütövlükdə imtina etməkdədirlər. Bu isə yuxarıda qeyd etdiyimiz kimi, onun öz bloqunda qurdalanmağı ilə, yaxud guya hansısa "ideyalarla" çıxış etməsi ilə nəticələnir. Yəni Ə.Kərimov şəxsi bloqundan o tərəfə getmək imkanında deyil.

Məlum Münhen təhlükəsizlik forumunda hansısa savadsız jurnalistin "savadına" valeh olan, həmin "suala" görə az qala həmin savadsız jurnalistin altına belə yıxılmağa hazır olan AXCP (i) sədri neçə gündür ki, həmin qondarmalığın və qərəzin ucundan tutub (harasından tutmasından asılı olmayaraq), ucuzluğa gedir. Amma bu, onun digər bir "xüsusiyyətini" ortaya çıxarmış olur. Daha dəqiq desək, beynəlxalq siyasi ictimaiyyət tərəfindən də istehza ilə qarşılanan bir "sualın" az qala özü tərəfindən "tərtib olunmasını", necə deyərlər, sırımağa cəhd göstərir. Sanki bu "adam", həqiqətən də, həmin savadsız jurnalistin yerində olsa idi bu "sualı" tərtib edəcəkdi. Bu isə, həqiqətən də, onun nə qədər ucuz birisi olduğuna dəlalət edən yetərli amildir. Baş verənlər sayəsində isə, bəlli olur ki, artıq bu hal onun, həqiqətən də, qanına işləyib və onun qaranlıq ruhu həmin kirli qanla qidalanır. Təbii ki, "qandığı qrafa" da bundan o tərəfə getmir. Çünki anlamaq qrafası onda ümumiyyətlə inkişaf etməyib. Baş verənləri isə (uğur və perspektivləri) görməməzlikdən gəlməsi onun həm fiziki, həm də əqli inkişafdan nə qədər kənar olmasına dəlalət edir. "Əsas bu sualın səslənməsi idi" deyə yazan Ə.Kərimov dolayısı ilə həmin qondarma sualın heç bir həqiqətə, məntiqə söykənmədiyini də öz dili ilə etiraf edib: " Amma hər halda cavab da şərh olundu".

Bu isə onun nə demək istədiyini, hansı nala-mıxa döyəclədiyini bir daha məlum edir. Belə ki, özünü "lider" hesab edən Ə.Kərimov o qədər özündən razı olub ki, bloqunda yazdıqlarını özü tərəfindən ifşa edir.


RÖVŞƏN

Digər xəbərlər