PDF Oxu

Müxalifət

  • 13

“Radikal müxalifət liderlərini yeniləri əvəz etməsə, partiyaların dağılması qaçılmaz olacaq”

“Radikal müxalifət liderlərini yeniləri əvəz etməsə, partiyaların dağılması qaçılmaz olacaq”

Dağıdıcı və pozucu yol tutan radikal müxalifət liderləri xarici qüvvələrdən aldıqları təlimatı yerinə yetirmək üçün hələ də uğursuz səylərinin davam etdirməkdədilər. Demək olar ki, bu kimi qüvvələrin xalq tərəfindən heç bir siyasi dəstəyi yoxdur. Vəhdət partiyasının sədri Tahir Kərimli bizimlə söhbətində bildirdi ki, həmin partiyalara rəhbərlik edən liderlər üçün oturduqları fəaliyyətsiz kreslolar onlara xoş təsir bağışlayır.

T.Kərimlinin sözlərinə görə, vaxtilə radikal müxalifət qüvvələrinin etdiyi bütün hərəkətlərini xalq öz gözü ilə yaxından görərək, öz seçimini edib. Yəni xalqın gözü tərəzidir. Yəni, xalq pisi yaxşıdan ayırmağı bacarır. Demək olar ki, bu gün ölkə daxilində radikal müxalifət partiyalarına rəhbərlik edən sədrlər öz liderlik obrazlarını yaratmaqla məşğul olurlar. Eyni zamanda, ətraflarında olan şəxsləri də özlərindən asılı vəziyyətdə saxlayırlar. Radikal müxalifət liderləri ətraflarında QHT-lər yaradaraq, xaricdə olan qüvvələr tərəfindən maliyyə yardımları əldə edirlər. Belə olan halda da, həmin partiyalara rəhbərlik edən liderlər üçün oturduqları kreslolar onlara xoş təsir bağışlayır. Ona görə də, müxalif liderlər öz yerlərini gənclərə verməkdən çəkinirlər: "İnandırıcı görünmür ki, radikal müxalifət liderləri öz yerlərini tərk edərək, yeni liderlərə versin. Çünki müxalifət partiyalarına rəhbərlik etmək həmin sədrlər üçün xoşdur. Ona görə də, müxalifət liderləri çalışırlar ki, öz yerlərini qoruyub saxlasınlar. Bir sözlə, qısa bir zaman ərzində radikal müxalifət düşərgəsində nə isə bir yeniləşmənin olmasını gözləmirəm.

T.Kərimli onu da bildirdi ki, radikal müxalifət düşərgəsində olan qüvvələr öz fəaliyyətsizliklərini çox gözəl dərk edərək, başa düşürlər. Yəni, həmin qüvvələrin partiya daxilində müsbətə doğru heç bir fəaliyyəti yoxdur. O cümlədən, xalq tərəfindən də dəstəyi yoxdur. Sadəcə olaraq, bu kimi qüvvələrin yeganə yolu hansısa müxalifət qəzet səhifəsində qalmaqdan ibarətdir. Demək olar ki, Azərbaycan dövlətinin hər sahə üzrə inkişaf etməsini görmək, bu kimi qüvvələrə müsbət təsir bağışlamır.


GÜLYANƏ

Digər xəbərlər