PDF Oxu

Müxalifət

  • 12

“Azadlıq” səviyyəsində olan Qərb telekanalları

“Azadlıq” səviyyəsində olan Qərb telekanalları

Bu ərəfələrdə, xüsusilə, Azərbaycan "Eurovision" kimi mötəbər Beynəlxalq Mahnı Müsabiqəsinə hazırlaşdığı dönəmdə Qərbin bir çox media qurumları qərəzli və böhtançı kampaniyaları çərçivəsində ölkəmizin, dövlətimizin imicinə zərbə vurmağa cəhdlər göstərməkdədirlər. Buna misal kimi "France 2", "ARD", BBC kimi telekanalların, eləcə də, digər media qurumlarının sifariş xarakterli informasiyalarını xatırlatmaq mümkündür. Lakin həmin telekanallara ABŞ-ın CNBC kimi media qurumunun da qatılması özündə bir çox gizli məqamları aşkar edir. Qeyd edək ki, bu günlərdə BBC-nin iç üzü ifşa olunaraq həmin telekanalın məkrli planları ictimaiyyətə açıqlanmışdı. Belə ki, həmin kanal Azərbaycan hökumətindən rüşvət ummuş, lakin bu, baş vermədiyi vəziyyətdə qarayaxma kampaniyasına başlanılmışdı. Və görünür, bu səbəbdən də, ABŞ-ın CNBC telekanalı da həmin yolu getmək istəyindədir. Belə ki, artıq bir neçə gündür ki, "Azadlıq" kimi səviyyəsiz bir kağız parçasında adıçəkilən telekanalın verilişləri haqqında anonslar verilir. Həmin anonslardan da bəlli olur ki, CNBC ümumiyyətlə, tamaşaçı reytinqində ciddi kasadlıq yaşayır. Ona görə də həmin kasadlığını gizlətməkdən ötrü bu kimi çirkin niyyətlərini müxtəlif vasitələrlə reallaşdırmağa çalışır. "Azadlıq" kimi yalan və böhtan dağarcığına öz qondarma anonslarını etibar edən CNBC məqsədinin nədən ibarət olduğunu özü tərəfindən də açır.


CNBC-dən "Azadlığ"a tulapayı


Sirr deyil ki, CNBC telekanalı müəyyən xarici siyasi dairələrin sifarişləri ilə sənədli filmlər və xəbər hazırlayan bir kanal kimi fəaliyyət göstərir. Apardığımız araşdırma zamanı o da məlum olmuşdur ki, CNBC-nin pərdəarxası sükanı arxasında ABŞ konqresinin ermənipərəst senatorlarından biri oturub. Həmin senatorun "zəhmətinin" nəticəsidir ki, adıçəkilən kanalda qondarma erməni soyqırımına aid sifarişli sənədli film nümayiş olunmuşdu. Özü də həmin filmin pul-parasını ABŞ-da yaşayan erməni lobbisi ödəmişdi. Məhz bu baxımdan, əgər nəzərə alsaq ki, həmin kanal ölkəmi haqqında böhtanlı verilişlər hazırladığını "Azadlıq" adlı kağız parçası vasitəsilə verirsə, demək bura da da erməni barmağının olması qaçılmazdır. Çünki məhz erməni qəzetləri, saytları və informasiya agentlikləri "Azadlığ"a istinadən informasiyalar yayırdılar.


R.RƏSULOV

Digər xəbərlər