PDF Oxu

Müxalifət

  • 10

“İSA QƏMBƏR - 55”

“İSA QƏMBƏR - 55”

Müsavat partiyasının qanbaşısı, başıqanlı başqan İsa Qəmbər 55 ildir yatıb yuxusunda elə bir halü-qəzavələr görür ki, burada bişmiş toyuğun nəinki gülməyi, hətta dirilərək hinə qaçmağı gəlir. Ancaq məsələ təkcə həmin toyuğun dirilərək hinə qaçmasından ibarət deyil. Çünki yazıq toyuq İ.Qəmbərin həmin yuxusuna baxır və özünün yuxusu gəlir. Və nə görür yazıq toyuq? DARI! Həmin darını ki, məhz Müsavat başqanı da öz şirin röyasında görüb. Yəni görüb ki, artıq onun zamanı yetişib və olub Allah eləməsin, "prezident". Əslində, bir zamanlar "KQB" agenti kimi bu sözə bənzər, lakin bu sözdən fərqli vəzifəni icra edib Müsavat başqanı. Yəni "prezident" deyil, "devyatıy otdel"in rezidenti olub. Məhz həmin rezidentlik sonradan onun "prezident" olmaq kamına yeriyib. Amma ki, bu istək, bu arzu İsanı edib dəli və salıb müxalifət düşərgəsinin bom-boş çöllərinə. Və nədi-nədi "Demokratiyaya yumşaq keçid xəritəsi" adlı qara-quranı da yuxusunda görüb və özünü "dahi" hesab edərək, onu gecəylə köçürüb dəftərinə. Sonra da ki, utanmaz-utanmaz göndərib hökumətə ki, ay hökumət bəs görün, baxın və bilin ki, mən necə "dahiyəm". Mənim yerim beş-on nəfər müsavatçının başında (yəni rəhbərliyində ha!) oturmaq yeri deyil, daha yuxarıdır. Bax, bu yerdə ona deyilib ki, əşşi, ta sənsən də, gəl ol "baş nazir", məsələ də bununla bitsin-qurtarsın. Amma nə? Bizim Kambar başqa Kambarıymış sən demə. Bizim Kambar "baş nazir" deyil, "prezident" və yenə də "prezident" olmaq istəyirmiş. Özü də həmin bu "yol xəritəsi" ilə birgə gedib kabinetdə oturmağa əhd edibmiş həmən Kambar. Beləcə, yuxarıda dediyim ac toyuğu yüz dəfə öldürüb-dirildən Müsavatın qanbaşısı, başıqanlısı, başağrısı və baş filanı hər gün eyni yuxusunu görür və hər gün də yuxudan duran kimi qaçıb baxır həmin toyuğun hininə. Ki görsün toyuğunun qabağında darı var, ya yox? Amma sən demə heç toyuq da yox imiş. Sadəcə, bir boş hin və həmin hinin içində toyuq və darı axtaran İsa Qəmbər. Belə yerdə isə məhz belə bir ideyanı vermək olar: deyirəm "baş nazir" deyil, "prezident" olmaq istəyən İ.Qəmbər gərək ilk öncə həmin beş-on müsavatçısını yığsın başına və desin ki, " ya məni aparıb "prezident" edəcəksiniz, ya da ki, mən girəcəm, bax, bu hinin içinə və bir daha çölə-bayıra çıxmayacağam!" Ba,x buna deyərdim əsil siyasi mübarizə. İddialarını gerçəkləşdirməkdən ötrü acından ölmüş toyuğun yerini tutmaq və yuxusunda darı görmək. Bəlkə onda İsanın taleyinə "aydınlıq" gələr. Heç bu da inandırıcı görünmür, vallah.

RÖVŞƏN

Digər xəbərlər